Ruhsuz Bədən


Kübra Çoban Yıldırım
Bu yazıya 1082 dəfə baxılıb.

Dua etməyi tərk edən şəxs zamanla ibadətlərinin azalması təhlükəsi ilə qarşı-qarşıya olduğunu görəcəkdir.

   Həsən Bəsri-quddisə sirruh- bəlkə də axır zaman ümmətini qəsd edərək belə demişdir:

   “Ey insanlar! Dualarınız qəbul olmayacaq deyə qorxmuram, dua etməz hala gəlməyinizdən qorxuram”.

 

   Dua... Dua, qulluğun əsasıdır. Dua, insanı Rəbbinə yaxınlaşdırır. Dua, bütün ibadətləri içinə alır. Dua, Rəbbimizə qarşı acizliyimizin fərqində olmağımızı təmin edir, qulluq şüurumuzu artırır. Dua, bəlli bir yeri və zamanı olmayan, hər an, hər yerdə edilə biləcək ən asan ibadətdir.

   Madam ki elədir; ibadət etməyə başlayarkən öncə dilimizi duaya alışdırmalıyıq. Duanın vaxtı-zamanı yoxdur. Təbii ki, bəzi zamanlarda ədəbi ilə edilən dualar daha məqbuldur; fəqət hər vaxtda və hər halda dua  edilə bilər. Duanın yaşı da yoxdur. Məsələn, uşaqlarımızı yeddi yaşında namaza alışdırmağa başlamağımız tövsiyə edildiyi kimi, onlar ilk cümlələrini qurmağa başladıqları zaman dillərini də duaya alışdıra bilərik. Beləcə uşaq, ömrü boyunca mülkün gerçək  sahibi Rəbbindən istəməyə öyrəşəcək və yaşı artdıqca;  “Səbəblərin də bir Yaradanı var!” düşüncəsi könlünə yerləşərək səbəblərdən mədət ummayacaq!..

   Düzgün danışmasını bilən hər kəs  dua etməsini də bilər. Yetər ki, dilimizi xeyirli duaya və həmişə xeyir danışmağa alışdıraq. Sözlərimiz qəlbimizin aynasıdır. Əcdadımız qəzəbləndiyi insana belə, “Allah sənin dərdini alsın, Allah sənin xeyrini versin, Allah köməyin olsun...” deyərək xeyir dua edərmiş. Bu nə gözəl bir qulluqdur və nə gözəl bir dil tərbiyəsidir.

   O halda öncə özümüz dilimizi duaya alışdırmalı və başda ailəmiz olmaq üzrə bütün çevrəmizə örnək olmalıyıq.

   Bir də uşaqlarımız bir şeyi istədiyi zaman onları Allahın mütləq elm və qüdrətinə sövq etməyə çalışmalı və:

   “- Mən də aciz bir qulam... Sənin bu istəyini qarşılamağa bəzən gücüm yetməyə bilər. Ən yaxşısı Allahdan istə!.. O hər şeyin ən xeyirlisini, ən yaxşısını verir”, deməliyik. Beləcə həm öz qulluq və acizliyimizi etiraf etmiş, həm də uşaqlarımızı Allahın sonsuz qüdrət və hikmətini düşündürməyə yol açmış olarıq. Bu da insanın qulluq və şüurunun inkişafına böyük bir fayda göstərər.

   Dua, insanın Cənabı-Haqq ilə danışmasıdır. Tez-tez görüşdüyümüz insanlar kimi; dua edən qul da Rəbbinə yaxınlaşır, Onunla danışır, zamanla aralarında dərin bir məhəbbət hasil olur. Bunun dadını alan qul; həmişə Mövlasıyla bərabər olub dərdləşmək istəyər. Bəzən namaz ilə, bəzən təsbeh, bəzən də Qurani-Kərim ilə... Yəni bir növ vasitələrlə Rəbbinin hüzuruna çıxmaq üçün fürsət axtarar. Belə ki, etdiyi dualar hörmətinə o insana digər ibadətlər də nəsib olar.

   Namazlarını vaxtında qılmağa vərdiş almış bir şəxs; azan vaxtlarını səbirsizliklə gözləyər, sanki “qəlbi məsciddə asılmış kimi” məsciddə Rəbbinin hüzurunda durmağa tələsər.

   Dua, insanın Cənabı-Haqqı sevməsinə və qulun Allah qatında mövqeyinin yüksəlməsinə vəsilədir. Ayəti-kərimədə belə buyurulur:

   “Duanız (ibadətiniz) olmasa, Rəbbim sizə nə deyə dəyər versin?!” (əl-Furkan,77)

   Demək ki, etdiyimiz dualar və etdiyimiz xeyirli əməllər nisbətində sevir bizi Rəbbimiz...Sevdiyi, dəyər verdiyi qulunu da hüzuruna almaqla nəsibləndirir. Dolayısıyla ixlasla edilən ibadətlərin alışqanlığı da bu şəkildə başlayır. Necə ki, çox sevdiyimiz insanlarla tez-tez görüşmək istəyiriksə, Rəbbimiz də sevdiyi qullarını daha çox hüzuruna alaraq fərz ibadətlər xaricində nafilələrlə də nəsibləndirir.

   Ağzı duaya, könlü qulluğa vərdiş etmiş, hardan və necə istəyəcəyini bilən şəxsə digər ibadətlər də çətin gəlməz. Hətta hava və suyun həyat qaynağı olması kimi; ruhunun  hüzuru üçün də ibadətə möhtac olduğunun fərqində olar.

   Həmçinin, duasız ibadət ruhsuz bədən kimi şəkildən ibarətdir. Namaz qılıb ardından əl açıb dua edilmədiyi bir vaxt əslində namaz əskik qalır...

   Etdiyimiz dualar xeyrimizə vəsilə olur. Etdiyimiz dualar sayəsində pisliklərdən qorunuruq. Belə ki, dua, mömin üçün bir qalxan, yeri gəldiyində də silahdır. Dua, ibadətlərin qəbuluna səbəbdir. Çünki, ibadətlərimiz də dualarımız kimi qəbula möhtacdır.

   Dua etməyi tərk edən şəxs zamanla ibadətlərində geriləmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu görəcəkdir. Həsən Bəsri-quddisə sirruh- bəlkə də ahir zaman ümmətini qəsd edərək belə demişdir:

   “Ey insanlar! Dualarınız qəbul olmayacaq deyə qorxmuram, dua etməz hala gəlməyinizdən qorxuram.”

Ya Rəbbim!.. Bizləri Səndən başqasına əl açdırıb möhtac etmə. Bizi dua etmə nemətindən məhrum buraxma. Etdiyimiz dualar hörmətinə bizləri hüzuruna qəbul et. İbadətlərimizi dualarımızla taclandırmağı, qulluğumuzu Sənin əmr etdiyin kimi etməyi və sonunda rizana nail ola bilməyi nəsib eylə!..

Amin!..

 


Kübra Çoban Yıldırım
Bu yazıya 1082 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.