Böyüyəndə Evlənməyəcəm!


Xədicə Şahin
Bu yazıya 1213 dəfə baxılıb.

On iki yaşlarında yaşıl gözlü, bir uşaq quran öyrənmək üçün gəldiyi yaz kursunda, mənzildə yaşayan, ana istiliyi hiss etdiyi 50-60 yaşlarında ev xanımı olan xalanın yanına gedib dərdləşərdi. Bir gün mövzu ailəsindən açılanda atasının öz anasından ayrıldığını və qardaşları olan ögey anasından da ayrılmaq üzrə olduğunu söylədi. Xala bunun qarşılığında "balam sən anasız qaldın, qardaşların da atasız qalacaq" dəyincə, uşağın günahsızlığı bir anda yox olub gözlərini nifrət bürüyərək "bu səbəbdən mən əsla evlənməyəcəyəm"  sözləri ağzından töküldü. İçindəki nifrəti atdıqdan sonra təkrar köhnə məsumluğuna büründü.

Hər cütlüyün boşanması yetkinlərdən çox günahsız ürəklərdə təmir edilməyəcək yaralar açmaqdadır. Ailəsi bədbəxt olan uşaqlar böyüyüncə özlərinin də eyni qədəri paylaşacaqlarını zənn edərlər və "heç olmazsa bizim balalarımız ağrı çəkməsin" deyə düşünərlər. Kiçik yaşlarında böyük qərarlar alırlar. Bu düşüncələrində bir azda olsa haqlılıq payı vardır. Araşdırmalara görə ailəsində boşanma hadisələrinə şahid olan uşaqların, yetkinlik həyatları boyunca daha çox problem yaşadıqları; hətta, valideynləri boşanmış uşaqların, öz evliliklərinin də daha yüksək nisbətdə boşanmayla nəticələndiyi bildirilməkdədir. Həkimlərin bədəndəki xəstə orqanı əməliyyatla çıxarıb attıqlar kimi böyüyüncə başlarına gələcəkləri hiss edən  uşaqlar da evlənməmək kimi qəti qərarlar alırlar.       

Ana-atalar ailəsini mənzilə çatdırmağa çalışan şoferlərdir. Diqqətsiz bir şoferin qəza etməsi və canlarını özünə əmanət etdikləri insanları təhlükəyə atması an məsələsidir. Uşaqlarımızı qəzasız həyata hazırlaya bilmərik, əhəmiyyətli olan bu qəzaları ən az zərərlə sovuşdura bilməkdir. Qazaxıstanda həm Kazaklar həm də Ruslar yıxılanuşağın yanına qaçıb qaldırmazlar. Bunun səbəbi uşağın həyata özünə güvənərək başlamasını təmin etməkdir.

Uşaqlar ana və atalarının sanki fotokopiya maşınlarıdır. Məsələn, bir ana, mətbəxdəki qarışqanı və ya hər hansı bir böcəyi görüncə "ay səni yaramaz, sənin nə işin var burada, gəl səni başqa bir yerə aparım" desə və kağızla onu götürsə və bu hadisəni uşaq görsə sevgi və mərhəməti öyrənər. Amma ananın qarışqaya qışqırdığını, əsəbləşdiyinivə intiqam alarcasına onu öldürdüyünü görsə uşaq bu dəfə şiddəti və əsəbiləşməyi öyrənər.

İnsanın ailəsi bu dünyadakı cənnətidir. Cənnət bağçasında sevgi və şəfqətlə böyüyən cənnət meyvələrinin qurduğu yuvalar da cənnət olar. Bunun əksinə dava və səs-küylərlə günləri keçən evlər cəhənnəm çuxuru da ola bilər. Cəhənnəm çuxurunda böyüyən balalar yetkinlik dövründə başqalarının həyatını da cəhənnəmə çevirə bilərlər.

Firon taxtını qorumaq üçün təxminən 980.000 körpəni öldürdü. Öldürülən körpələrin fani dünyaları bitdi amma axirətlərinə bir zərər gəlmədi. Ailələr balalarının gələcəyini düşünmədən yalnız bədəni ehtiyaclarını düşünüb ruhi ehtiyaclarını düşünməzsə onların həm dünya həm də axirətlərini məhv etmiş olar. Bəzən firondan da təhlükəli ola bilər.

Məskən; insanın yaşadığı yer, yəni evi deməkdir. Məskən sekene sözündən gəlir. Sekene sakitlik deməkdir. Hüzur,dinclik olan yer deməkdir. Uşaqlar hüzuru, dincliyi, sakitliyi evdə tapa bilməzsə küçələrdə,internet kafelər də axtararlar.

 Bir hökmdar alimlərə, "mənə həyatı ən qısa halıyla izah edin" demiş. Alimlər bu sözlərdə ümumiləşdirmişlər: "Gəldilər, sevindilər, kədərləndilər və öldülər". Uşaqlarımızın bu dünyaya gəlişləriylə sevindik. Ana-ata olaraq onları sevindirək ki, məskən tutduqları evləri cənnət bağçası olsun və başqa yerləri məskən tutmadan həyata hüzurlu məskənlərində son versinlər ki, həyatın dadı olsun.

Hz. Məryəmin gözəl bir duası vardır: "Allahım nəslimin nəfsini və nəslini sənə əmanət edirəm". Allaha əmanət etdiyimiz nəsilimiz Allah tərəfindən də bizə əmanətdir. Əmanətlərimizin məskənlərini cənnətə çevirmək duası ilə…


Xədicə Şahin
Bu yazıya 1213 dəfə baxılıb.