Cənnətlik Xanım Ola Bilmək


Bizim Ailədən
Bu yazıya 1431 dəfə baxılıb.

İndiki vaxtda qadına qarşı şiddət deyilən bir mövzudan çox bəhs edilir.

İslamda qadına şiddət varmı? İslam dinində salehə qadının yeri, cənnətdir.

Əfəndimiz: "Sizin ən xeyirliniz, ailələrinə ən gözəl rəftar edəninizdir!.." (İbn-i Macə, Nikah, 50; Darımı, Nikah, 55) buyurdu.

"Qadınları döyməyin!.. Qadınlarını döyən kəslər, sizin xeyirliniz deyil". (Əbu Davud, Nikah, 42; İbn-i Macə, Nikah, 51) buyurdu.

Vida Xütbəsində Peyğəmbərimiz qadınların haqqına diqqət çəkərək belə buyurmuşdur:

"Sizin onların üzərində haqqınız olduğu kimi onların da sizin üzərinizdə haqqları vardır".

Yenə: "İki zəif kimsənin, qadının və yetimin haqqını yeməkdən hər kəsi şiddətlə çəkindirirəm", buyuran da Əfəndimizdir.

Bu gün qadının haqqı yeyilməkdədir. Çünki qadın küçəyə atılmışdır. Bir brilyantın zibil tənəkəsinə atılması nə qədər kədərlidir, deyilmi? Qadınlar bu dövrdə, bir vitrin əşyası və nəfsani bir mal olaraq istifadə edilməkdədir. İslam "Cənnət, anaların ayaqlarının altındadır" deyərkən,indiki cəmiyyət isə onu nəfsani bir mal halına gətirməkdədir.

"Dünya keçici bir faydadan ibarətdir. Onun fayda verən ən xeyirli varlığı; dindar, salehə bir qadındır". (Müslim, Rada, 64; Nəsəs(n)i, Nikah, 15; İbn-i Macə, Nikah, 5)

İşdə Allah Rəsulu (s.a.s.) xanımları bu şəkildə görmək istəmişdir. Küçənin çirkabından və palçığından özlərini mühafizə etmələrini əmr etmişdir.

Peyğəmbərimiz, "Cənnət, anaların ayaqları altındadır." buyurmuşdur. Lakin cənnət, Onun izindən gedən, Həzrət Həsən və Hüseyn Əfəndilərimiz kimi övladlar yetişdirən anaların ayaqları altındadır.

Atalara cənnət vəd edilməmişdir. Çünki analar cefakardır, mərhəmətlidir, şəfqətlidir. Ana, bu hisslərlə gözəldir. Bir xanımda bu hisslər yoxsa analıq deyə bir xüsusiyyəti də yoxdur. Allah, qız uşaqlarına daha kiçik yaşda analıq xüsusiyyətlərini vermişdir. Bir qız uşağı, oyuncaq körpəsini yelləyib yatırdar. Kiçik yaşda analıq fitrətini yaşar. Həqiqətən ana olmasa da, daha o yaşda ananın mərhəmət və şəfqətini öyrənər. Oğlan uşağı, oyuncaq körpə ilə oynamaz, avtomobillə oynayar. Bunların hamısı fitrət fərqindən qaynaqlanmaqdadır.

İslam, hüdudları fitrətə görə çəkmişdir. Fitrət pozulsa nizam pozular, fəsad çıxar. Lakin bu gün qadın kişiyə, kişi qadına bənzəməyə çalışaraq aradakı fitrət fərqini yıxmağa çalışmaqdadırlar.

Salehə qadın, cəmiyyətin gözüdür. Xədicə Anamız, Allah Rəsulunun ruhuna elə girmişdi ki, Peyğəmbərimiz (s.a.s.) onun vəfatıyla çox kədərləndi. Xədicə Anamızın vəfat etdiyi ilə "hüzn ili" deyildi.

Nakşibəndi Həzrətləri "Mənim qəbirimi ziyarət etmək istəyənlər, əvvəl anamın qəbirini ziyarət etsin", demişdir.

Əbdürrəhman Məscid Həzrətləri, "Mən anamı necə sevmərəm. O məni bir müddət qarnında, cismində; bir müddət qollarında; həyatı boyu da ürəyində daşıdı", buyurmuşdur.

Əbu Hənifi Həzrətləri, Bağdad qazılığını rədd etdiyində zindana atıldı. O vəziyyətdə belə tək narahatlığı, anasının bu xəbəri eşidib kədərlənməsi idi.

Tarix boyunca bütün müvəffəqiyyətlərin əslində anaların zəfəri olduğunu görməkdəyik.

Məsələn, Çanaqqala Zəfəri... Çanaqqala Zəfəri, əsas anaların zəfəridir.

O zamanlar aslan ürəkli igidlər yetişdirən analar vardı. Bu gün də oğlunu xınalayarak toya göndərirmişcəsinə cəbhəyə göndərən analara möhtacıq.

Şəhid olarkən, iman gücü ilə yerdən götürdüyü çubuğu qanına batıraraq, kağıza, "qiblə haradır" deyə yazan, son nəfəsində də qulluğunun dərdində olan övladlara möhtacıq. O cəngavər övladları yetişdirən fədakar analardır. Bu gün də cəmiyyət belə fədakar analara möhtacdır.

Mövlananın gözəl bir sözü vardır. O belə buyurur:

"Heç buğda əkib də arpa bitdiyini gördünmü?"

Əgər analar bir göz nuru olmağı bacara bilsə, o analardan da göz nuru nəsillər yetişər.

İslam, ananı yalnız bioloji bir quruluş olaraq görməz. Ananın mənəvi quruluşunu tərbiyə etməyə çalışar. Çünki ana həyalı və ədəbli olmalıdır ki, gözəl bir nəsil yetişdirə bilsin.

Bir uşağın təhsili ana qarnında başlar. Ananın xüsusiyyətləri uşağa keçər. Ana siqaret çəkirsə, uşaq da siqaret çəkəcək. Ana, musiqiyə maraqlıdırsa uşaq da musiqiyə maraqlı olar. Onun üçün ana ürəyi, uşağın təhsil aldığı bir məktəb kimidir.

Yüksək xarakterli kəslər, yüksək xarakterli anaların övladlarıdır. Bir millətdə salehə xanımlar yoxdursa, o millət üçün yüksəlişdən danışmaq olmaz.

Salehə bir xanım; malı mühafizə edər, evi tənzimləyər, nəsili və namusu qoruyar. Evdəki fərdlərə nizam və intizam verər. Belə bir ev xanımı, ömürlük bir təşəkkürə layiqdir.

Lakin xanım, Allah qorusun, küçələrə düşsə, yollar şüşə qırıqlarıyla dolar.

Salehə xanımların yetişməsinə vəsilə olmaq üçün Peyğəmbərimiz (s.a.s.) hədisi şəriflərdə belə buyurmuşdur:

"Hər kim üç qız uşağını və ya bacılarını himayə edib böyüdər, gözəlcə tərbiyə edər, evləndirər və onlara lütf və yaxşılıqlarını davam etdirsə, o kimsə cənnətlikdir". (Əbu Davud, Ədəb, 120-121/5147; Tirmizi, Birr, 13/1912; Əhməd, III, 97)

"Hər kim iki qız uşağını yetkinlik çağına gələnə qədər böyüdüb tərbiyə etsə, qiyamət günü o kimsəylə mən, belə yan-yana olacağıq", buyurmuş və barmaqlarını birləşdirmişdir. (Müslim, Birr, 149; Tirmizi, Birr, 13/1914)

 

 


Bizim Ailədən
Bu yazıya 1431 dəfə baxılıb.