Qızılları yox idi, amma Gözləri Almaz Kimi Parlayırdı

Əlif Güldar
Bu yazıya 1042 dəfə baxılıb.

      Həmd, şükür, təslimiyyət və razılıq duyğuları ilə götürdüyüm qələmim ilə könlümdəki təəssüratı yazmağa hazırlaşıram. Bəli, Tanzaniyadakı beşinci günümdə hələ yeni-yeni şeylər kəşf etməyə, fərqliliklər yaşamağa davam edirəm. İlk gəldiyim günkü kimi həyəcanlıyam.                                                           

       Yoxluğun, çarəsizliyin, müstəmləkəçiliyin ağrısıyla sovrulan uşaqların, qadınların və insanların səsləri, səssizlikləri, üsyanları və sirləri ilə üz-üzə gələrkən onların həyatlarını müşahidə etməyə, mədəniyyətlərini tanımağa, yaşadıqlarını anlamağa  çalışıram.

       İstanbulda hava limanında həyəcanla Darüssəlama gedən təyyarənin qapısına çatırıq. Həyəcanımız təyyarəyə minənlərin meydana gətirdiyi  növbəyə qədər davam edir. Burada həyəcanımızın yerini bir az qarışıqlıq alır. Çoxu ağdərili olan yolçuların yanında zənci qız və oğlanları görmək bizi bir az çaşdırdı. Doğma uşaqları  olmasa da, yetimxanadan götürdükləri bu zənci qız və oğlan uşaqlarına göstərdikləri qayğı və diqqət Afrikadakı missionerlik fəaliyyətlərinin nə qədər dərin və güclü olduğunu göstərir.

         Təxminən yeddi saat yarım, səkkiz saatlıq bir təyyarə səfərinin ardından Afrikanın incisi - Darüssəlamdayıq. Salamatlıq yurdu mənasını verən bu diyarda bizi qarşılamağa gecə saat 3-də qardaşlarımızla birlikdə daha beş aylıq Xədicə Hümeyra da gəlmişdi. Qardaşlarımızın səmimi və mehriban qarşılamalarından havanın  istiliyini belə fərq etmirik. Qardaşlarımıza təşəkkür və minnətdarlığımızı bildirib qalacağımız mehmanxanaya doğru yola çıxdıq. Darüssəlam küçələri boş idi. Betül bacı “gecə gəlməyiniz yaxşı oldu, çünki, gündüz tıxac olur bir saata qədər çatarıq” - deyib, yolumuzun qısa olacağını söyləyir.

        Tanzaniyaya, Rehama Dostluq və Qardaşlıq Vəqfinin qonağı olaraq gəldik. Rehama Vəqfi: “Kamil möminlər, cəmiyyətlərinin və hətta bütün dünyanın gedişatından özlərini məsul görən, bütün möminləri özlərinə əziz hiss edən həssas ruhlardır. Bu gün xüsusilə texniki imkanların artması, bizləri dünyanın o biri ucundakı din qardaşlarımızla belə qonşu etdi. Bütün İslam coğrafiyasındakı məzlum, döyüşən, biçarə qardaşlarımızı düşünə bilmək, onların dərd ortağı ola bilmək, hamımızın vicdan borcudur…”  - deyən bir mərkəz, ürəyin könül çağırışına qaçan Hüdayi könüllüləri tərəfindən Darüssəlamda qurulmuş bir xidmət qurumudur...

        Xidmətdəki qardaşlarımızla söhbətlə keçən nahardan sonra ilk dayanacağımız Safına Müəllim Məktəbi oldu.  Öyrəndiyimizə görə,Tanzaniyaya  Qərbli ölkələr tərəfindən hər il 5 milyard dollar pul gəlir. Bu pul kilsələr, məktəblər, yetimxanalar və s. təşkilatlar vasitəçiliyi ilə xalqa paylanır.

        Missioner fəaliyyətləri üçün gələn pul əsasən təhsil sahəsində istifadə edilir. Bu səbəbdən də bu gün Tanzaniyadakı rəsmi məktəblərdəki müəllimlərin yüzdə 80-i xristianlardan ibarətdir. Müsəlmanlar üçün çox böyük çətinlik yaradan  xristian müəllimlər səbəbiylə yerli bəzi qurumlar müəllim məktəbləri açmağa cəhd etsələr də, xüsusilə maliyyə problemi üzündən çox da müvəffəqiyyətli ola bilməmişlər. Safına Müəllim Məktəbi buna görə  burada yaşayan müsəlmanlar üçün əhəmiyyətlidir.

        Məktəbə çatdığımız zaman müəllimlərin və tələbələrin üzlərindəki təbəssüm, mehribanlıq, səmimiyyət, qucaqlaşmalar, dualar insanda sanki o qədər il bir-birimizi tanıyırmışıq və ayrı qalmışıq düşüncəsi yaradır.  Bu gözəl görüşmənin verdiyi sevgi nümayişi və söhbət vəsiləsi ilə  Ayəyi Cəliləni yenidən  xatırlayırıq. “Bütün  möminlər ancaq  qardaşdır”. Bir-birlərimizin dillərini bilməsək də könül dili ilə çox yaxşı razılaşırıq. Hazırlamış olduqları kiçik proqramla məst olub təşəkkür edirik. Oxumuş olduqları Türkcə və yerli Svahili dilindəki ilahilər qardaşlığın timsalı olur. Bizlər də Azərbaycandan və  Türkiyədən  göndərilən salam, söhbətləri onlarla bölüşdük.  Gözəl keçən görüşmələrdən sonra şükür edib birlikdə süfrəyə oturduq. Bizə yerli yemək olan Ugali ikram etdilər. Hərəmizə bir qaşıq gətirdilər.  Onların əlləri  ilə yedikləri bu sadə süfrədə  plovu və ugalini birlikdə paylaşdıq.

       O anda könlümüzdən İstanbul, Bakı keçir. Maddi və mənəvi dəstəyi ilə hər zaman  dəstək olan,  əlləri və ürəkləri Tanzaniyaya qədər çatan qardaşlarımızı ürəkdən salamlayırıq. Onların bu könül süfrəsində  bizimlə olduğunu hiss edirik.

       Sonra yeməyi hazırlayan aşbaz xanımlara təşəkkür edib ayrılırıq. Allah xidmət edən qardaşlarımızdan razı olsun. İnşallah yetişdirdikləri mənəvi dəyərlərə sahib  olan gənclik Tanzaniya üçün xeyirli, öz  axirətləri üçün isə sədəqəyi cariyə olar..

     Safına Müəllim Məktəbindən ayrılıb qaldığımız mehmanxanaya gələrkən küçədəki uşaqların ayaqlarının çılpaq, paltarlarının da çox köhnə olduğunu kədər ilə gördük. Amma buna baxmayaraq, bizim yanımıza qaçaraq təbəssümlə öz dillərində “Karibu, Karibu” deyə salam vermələri bizləri xoşbəxt etdi. Yanımızda şokolad, şəkər nə varsa ikram etdik.  Üzlərindəki sevinc və təbəssümü görməyə dəyərdi.  Bəli, qızılları yox idi, amma gözləri almaz kimi parlayırdı. Öz dillərində “Ahsansada, ahsansada” deyərək ayrıldılar. Könül dili ilə təşəkkür etdiklərini anlamışdıq.

           Halbuki nə alırsan al heç cür həyatından məmnun olmayan, hər zaman çoxunu istəyən uşaqlarımız var.  Televiziya reklamlarında gördüyü yeni ləzzətləri dadmaq üçün ağlayan uşaqlar, onların hər istədiyini almaq üçün pərvanə olan ana atalar ... Halbuki plastik su qabından avtomobil düzəldən uşaqlar, neylon paketlərdən top hazırlayıb oynayan uşaqlar, bir ağac  budağına minərək özünə velosiped və ya  at düzəldən Afrikalı uşaqlar... Quru çörək tapa bilməyən uşaqlar... Yalnız bir-iki dollarlıq dərmanı tapa bilmədiyi üçün ölən uşaqlar... İllərcə istismar edilən, ac qalan, Allahdan başqa yardım edənləri olmayan insanlar...

     İkinci gün ziyarət etdiyimiz  Hüdayi  Salehə Qız Quran Kursu yatılı xidmət edən nümunəvi bir təhsil təşkilatıdır. Ümumiyyətlə, Lisey və universitet məzunları qəbul edilir. Burada Qurani-Kərim, təcvid, İslam tarixi, başda olmaqla bir çox dərs tədris edilir. Türk, ingilis və ərəb dillərinə çox maraq var. Burada da  bizim kurslarımızdakı kimi nizam-intizam, gülərüz və qardaşlıq eynidir. Buradakı qardaşlarımızdan 17-si İstanbula təhsil almağa getmək üçün hazırlanır. Bir  il əvvəl 14 qızımız getmişdi. Burada azərbaycanlı  müəllim Xanım bacımızın olması bizləri çox məmnun etdi.

      Üçüncü gün isə Azərbaycandan gələn qonaqların da iştirak etdiyi bir su quyusunun açılış proqramında iştirak etdik. Su, Afrika insanı üçün çox dəyərlidir. Suyun qiymətini ən yaxşı, hər gün başlarındakı su vedrəsini ən az bir neçə kilometr uzaqdan daşıyan Afrikalı xanımlar  bilərlər, deyə düşünürük. Su quyusunun başına toplanmış yüzlərlə qadın, uşaq bizləri ilahilərlə qarşılayırlar. Uşaqların əllərində Azərbaycan, Türkiyə və Tanzaniya bayraqları vardı. Söhbət olunur, dualar oxunur... Sonra su quyusunun açılışı olur. Quyu üçün edilən ad lövhəsinin üzərində: “Azərbaycandan Allahın bir kasıb qulu” yazısı çox mənalı oldu...

      Yetimxana ziyarətimiz isə bizi ən çox duyğulandıran yerlərdən biri oldu. Qardaşlarımızın söylədiyinə görə bu yetimxana, Afrikada olan minlərlə yetimxanadan biri idi. Burada üç yaşından on beş yaşına qədər olan yüzdən çox yetim uşaq var. Üç-dörd yaşındakı bir yetim qız uşağına, bir az ondan böyük on-on bir yaşlarındakı  bir başqa yetim qızcığazın analıq etməyə çalışması, bizləri çox duyğulandırdı. Bura daha əvvəllər palçıq içində imiş. Bir Azərbaycanlı xeyirsevərin yetimxananın həyətinə daş döşətməsindən sonra palçıqdan xilas olmuşlar. Başqa sözlə, burada hər kəs Azərbaycanı çox yaxşı tanıyır. Burada da uşaqların hamısı ətrafımızı əhatə etdi. Biz də yanımızdakı hədiyyələrdən ikram etdik. Yetimxananın məsulu Həlimə xanımın bizlərə söylədiyi: “Uşaqlar hədiyyələri sevirlər. Amma ən çox onlar başlarının oxşanmasından, saçlarının daranmasından, onlarla danışılmasından xoşbəxt olurlar” sözləri gözlərimizi yaşartdı.

       Həzrəti Cəfər Tayyar vasitəsi ilə İslam, Hicaz torpaqları xaricində ilk dəfə Afrikada intişar etmişdi. Peyğəmbər (s.ə.s.)in dostlarına sahib çıxan Afrikalı Nəcaşinin yaşadığı ərazini görmək, oxuduğu azanlarla ilk müsəlmanları ibadətə dəvət edən, bütün işgəncələrə baxmayaraq, müsəlmanlığını qoruyan Bilal Həbəşinin, əsrlər sonra da olsa, nəvələrini görmək, onlarla birlikdə olmaq, bizlərə yeni-yeni qardaşlıq üfüqləri açdı. Bu vəsilə ilə bir daha oralardakı xidmətlərə maddi və mənəvi dəstəklərini əsirgəməyən insanlarımıza təşəkkür edirəm. Bundan başqa adlarını burada tək-tək saymaqda çətinlik çəkəcəyim bu müqəddəs karvanın yolçularına dünya və axirət səadəti diləyirəm.

Tanzaniyada bizi çox təsirləndirən bir qız tələbənin yaşadıqları:

Zühura Y. Ntalage 16 yaşındadır, həkim olmaq istəyir. Tanzaniyanın qərbində, paytaxtdan 700 km uzaqlıqda olan Mvanza şəhərində aylıq 37 dollar gəliri olan bir ailənin 4-cü qız uşağıdır. Orta məktəb imtahanlarından aldığı bal onu həkim edə bilər, amma məktəbə gedəcək pulu yoxdur. Əmisindən aldığı 20 dollar ilə 5 gündəlik qatar səfərinin ardından Tanzaniyanın paytaxtı Darüssəlama gəlmiş və qatar stansiyasından 15 km uzaqda olan Safına Müəllim Məktəbinə gedərək fərdi müraciətini etmişdir. Aldığı yüksək bal səbəbi ilə müsahibəsiz və imtahansız qeyd haqqı qazanan Zühura, əlində qalan son 3 dollar ilə məktəbə yaxın bir yetimxananın vəzifəlilərini razı salaraq, bir həftə yalnız su və çörək yeyərək məktəbin açılmasını gözləmişdir. Üç həftədir məktəbimizdə təhsil alan Zühura, oxuması üçün arasında 5 dollar sıxışdırılmış, daha əvvəl Svahili dilinə çevrilmiş olan “Məsnəvi dərgahından əsintilər” adlı kitabı bitirdikdən sonra, pulu kitabın arasında unutduğumuzu düşünərək qaytarmaq istədi. Onu hədiyyə məqsədilə qoyduğumuzu söyləsək də, pulu qəbul etməyən Zühura özünün üç pay yeməyi və yatacaq yeri olduğunu ifadə edərək, özü kimi yola çıxıb yolda qalanların haqqı olan bu pulu ala bilməyəcəyini söylədi. Və əlavə etdi ki, oxuduğum bu kitab verdiyinizdən daha böyük bir hədiyyədir. Zühura bizlərə “onlar iffətlərindən kömək qəbul etməzlər” ayəsinin canlı təfsiri oldu. Bu gün əlində hər cür imkanı olan, lakin kifayət qədər qədrini bilməyən biz müsəlmanlara qənaətkarlıq dərsi vermişdir. İnsanlıq adına təşəkkürlər, Zühura!

Bir Xatirə