Quyruq Yağı Sevən Uşaq


Xədicə Şahin
Bu yazıya 1862 dəfə baxılıb.

Qazaxıstanda olan qız kursunun yeməkxanasında yemək yeyərkən 2-3 yaşlarındakı qız uşağı “ana may jiymın” (ana yağ yemək istəyirəm), ana quyruq (ana quyruq yağı) deyirdi. Mən də nə istəyir deyə soruşduqda anası: “quyruq yağını çox sevir, biz onun üçün soyuducuda saxlayırıq, indi yemək istəyir”-dedi. Mənim qabımda olan yarı yağlı kiçik ət parçasını kiçik qıza verincə uşaq sanki ən sevdiyi şokolada qovuşmuş kimi “ana quyruuuuq, ana maaaay (yağ)” deyərək gözləri sevincdən parladı. Təbii ki, bu qabında əti yeməmək üçün çək-çevir edən, azca yağ ağzına dəysə dərhal zibilə atan uşaqlara sahib olan bir ana üçün maraqlı və xoş bir hal idi.

Eyni şəkildə kazaklar uşaq daha beşikdəykən, ağ tül kimi bir bezə bişmiş quyruq yağını uşağın əmzik kimi əmməsi üçün beşiyə bağlayarlarmış. İnsan ağlı başında bir şəkildə düşününcə nələrdən emal edildiyi bilinməyən əmziklərdən, diş qaşıma rezinlərdənsə bu daha sağlamdır deyir (orqanik əmzik). Ümumiyyətlə kazak uşaqları gürbüzdür,  böyüdükcə zəif və çevik olurlar. Bu səbəbdən Hz. Osmanın gözəl bir uşaq gördüyündə alnına quru sürmə adəti buralarda məşhurdur. Toppuş və gözəl uşaqların iki qaşının arasına qazan hisi sürtülür ki, ilk andakı nəzər uşağa deyil bu qazan hisinə yönəlsin.

 -Ebu'd Dərdə (r.a.) rəvayətinə görə: Rəsulullah əleyhissalatu vəssalam belə buyurmuşdur: Dünya və cənnət əhlinin yeməklərinin başı ətdir. “Orta Asiyaya gələn və ya buralarda yaşayanlar, kazak xalqının da yeməklərinin başının ət olduğuna şahid olarlar. Əvvəllər köçəri həyat yaşayan kazaklar üçün ət və ət məhsulları həyat qaynağıdır. Qış aylarında Qazaxıstan soyuq iqlimə sahib olduğu üçün at əti, qoyun əti, quyruq yağı güclü qalmalarını təmin edir. Kazaklar artıq koçəri həyat sürməsələr də at əti, qoyun əti, quyruq yağı kimi qidalar imtina edə bilməyəcəkləri qidalardandır. Kazaklarda at ətiylə əlaqədar atalar sözü vardır “at ətini yesən dişinə, yeməsən yuxuna girər”. Bir qrup kazak Türkiyəyə ziyarət zamanı türk ev sahibləri kazaklar əti sevər deyərək ikram

üçün yağsız ətdən yeməklər hazırlamış. Kazaklar bunu görüncə “bunun yağı haradadır?” deyərək, yağsız əti kazakların sevmədiyini dilə gətirmişlər.

Kazak qız şagirdləri Türkiyəyə təhsil almağa getdikləri zaman türklərin qurban ətini kiçik parçalara bölüb aylarla saxlayaraq az-az bişirdiklərini görüb çox gülmüşlər. Qazaxıstanda  qurban bayramında bir qoyun kəsilincə bayramın ən gec 3-cü gününə qalar ya da qalmaz. Gələn qonaqlara əti ikram edərkən böyük parçalar halında olmazsa ayıb sayılar. Qonaq da "məni saymadı, kiçik-kiçik ət parçalarını mənə ikram etdi" deyər. 

  Xalqlarda dəyişməyən və ya ən gec dəyişən şeylərdən biri də yemək mədəniyyətidir. Yemək mədəniyyətlərinin dəyişməyə məruz qalan məkanları  isə marketlər və alış-veriş mərkəzləridir. Bir qohumumuz universitetə daxil olmuşdu. Seçim edərkən bəzi şəhərləri araşdırırdı və ilk soruşduğu şey “görəsən oranın mədəniyyəti, yeməkləri necədir?” yerinə “orada alış-veriş mərkəzi varmı?” sualı oldu. Təəssüf ki, bu hadisə gənclərimizin kapitalizmin oyuncağı olduğunu göstərən misallardan yalnız biridir. 

Məhsul sahibləri, reklamlar məhsullarını o qədər bəzəyərək satır ki, artıq iyrəniləcək şeylər nuşla, zövqlə yeyilməyə; yeyiləcək faydalı qidalar da iyrəndirilməyə başlanır. Yenə Qazaxıstanda bir qonaqlığa getdiyimiz zaman Özbək plovunun üzərinə bizə verdikləri dəyəri göstərmək üçün böyük parçalar halında ətin yanına quyruq yağlarını diqqətlə yerləşdirmişdilər. Biz nə qədər təşəkkür edib plovdan və ətdən yesək də, yanımazdakı 3-4 yaşlarında iki kazak yoldaşların uşaqları yağları alıb nuşla yedilər. Bəlkə şokolad onlara o qədər ləzzət verməzdi.

  Atalarımız “arıq ətdən yağlı tikə olmaz” demişlər. Ət yağıyla ləzzətlidir, ağızının dadını bilənlərə. Evində orta Asiyadan gələn bir qonağı ağırlayacaq olanlara tövsiyəmiz, əti yağıyla birlikdə ikram etmələridir. Hətta yanında bir miqdar quyruq yağı olsa qonaqların könlünü qazanarlar. 

                                                                                            


Xədicə Şahin
Bu yazıya 1862 dəfə baxılıb.