Bizim Qalaktikanın Quruluşu necədir?


Bizim Ailədən
Bu yazıya 2205 dəfə baxılıb.

Ağ Yoldakı çoxlu sayda ulduzların bizim Qalaktika adlanan vahid bir ulduz sistemi təşkil etməsi fikri heç də asan əldə olunmamışdır. Səma cisimlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri də onların birləşərək sistem əmələ gətirmələridir. Yer və onun təbii peyki olan Ay iki cisimdən ibarət bir sistem təşkil edirlər. Yupiter özünün 63 peyki, Saturn 40-a yaxın peyki ilə nisbətən daha çox cisimdən ibarət olan sistem əmələ gətirirlər. Günəş, səkkiz planet, onların peykləri komet və asteroidlərlə birlikdə Günəş sistemi əmələ gətirirlər.

  Bizim Günəş kimi Qalaktikamıza təxminən 150-200 milyarda yaxın ulduz daxildir. Bütün bu sistem vahid bir kütlə mərkəzi ətrafında birləşərək bizim Qalaktikanı əmələ gətirir.

Onda sual doğur, başqa ulduzlar da birləşərək sistem əmələ gətirə bilərlərmi?

Qalaktikanın mərkəzi müstəvisindən uzaqlaşdıqca sayı sürətlə azalır. Qalaktikanın mərkəzindən ən uzaq məsafədə 1000 ps-də bir ulduz olur. Əgər qalaktikanın sərhəddi kimi ən uzaq hissədə 1000 ps3 –də bir ulduz olduğunu fərz etsək belə, yenə Qalaktikanın təsəvvür olunan forması dəyişməyəcəkdir və daha böyük ölçülərlə ifadə olunacaqdır. Qalaktikanın ölçüləri haqqında təsəvvür yaratmaq üçün aşağıdakı misal kifayətdir. İşıq şüası Qalaktikanın diametri boyunca bir başından o başına 100 000 işıq ilinə gedir. Bir işıq isə 300 000 km/san sürətlə hərəkət edən işığın bir ildə qət etdiyi məsafədir. Daha bir müqayisə, İşıq bizə Ayda 1,5 san, Günəşdən 8 dəq 15 san, ən yaxın ulduz olan Sentavranın  alfasından 4,3 işıq ilinə, Qütb ulduzundan  işıq bizə 45 işıq ilinə, şimal yarımkürəsinə ən yaxın qalaktika olan Andromeda

Dumanlığından isə 2,2 milyon işıq ilinə gəlib çatır. Ən uzaq qalaktikadan isə işıq bizə 13.73 mlrd. işıq ilinə gəlir. Göründüyü kimi, bizim Qalaktikada küllü miqdarda ulduz var, müxtəlif mülahizələrə əsaslanan hesablamalara görə onların sayı təxminən 150-200 milyard tərtibindədir. Bizim Qalaktikada məskunlaşan ulduzların sayı bizim planetin insanlarının sayından 30 dəfədən də çoxdur. 

Bizim Qalaktikanın yaxın qonşuları Andromeda dumanlığı, Böyük və Kiçik Maqellan Buludlarıdır. Ancaq bu üç qalaktikanı adi gözlə görmək mümkündür. Andromeda dumanlığını şimal yarımkürəsində yaşayanlar Aysız gecədə adi gözlə diqqətlə baxsalar görə bilərlər. Bizim Qalaktika kimi spiral quruluşa malikdir. Böyük və Kiçik Maqellan Buludları isə cənub yarımkürəsində adi gözlə yaxşı görünürlər. Bu iki qalaktika düzgün olmayan quruluşa malikdirlər. Kainatda isə belə ulduz sistemlərinin, yəni qalaktikaların sayı təxminən hesablamalara görə 200 milyard tərtibindədir. Belə nəhəng sistemləri yaratmağa və qüsursuz idarə etməyə ancaq Allahın elmi və qüdrəti çatar. Sonsuz qüdrət və elm sahibi yalnız Allahdır.

“Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar”.

ət-Talaq, 12    


Bizim Ailədən
Bu yazıya 2205 dəfə baxılıb.