Müalicəsi olmayan xəstəlik: QİÇS


Vüqarə Məmmədova
Bu yazıya 6046 dəfə baxılıb.

Müalicəsi Olmayan Xəstəlik - QİÇS

 

QİÇS-in yaranması və tanınması:

Yetmişinci illərin sonlarında müalicəsi mümkün olmayan bir xəstəlik meydana çıxdı. Mütəxəssislər əllərini çırmalayıb bir iş görənə kimibu xəstəlik milyonlarla insanın ölümünə səbəb oldu. QİÇS (Qazanılmış İmmun çatışmazlığı Sindromu) xəstəliyi sürətlə insan orqanizminin müqavimət sistemi ilə çarpışaraq öz qurbanını möhkəm infeksiyalara və nevroloji pozğunluğa yoluxduraraq zəiflədirdi. Belə ki, bu xəstəliyə yoluxan şəxsin ölümdən başqa çarəsi qalmır. Hətta bu xəstəlik təbii yolla onu öldürməsə də onun ağrı və acılarından, əzabından azad olmaq üçün özünə qəsd etməsi və öldürməsi də mümkündür.  

QİÇS –ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir. Xəstəliyin hazırda real göstəricisi 100%-dir. QİÇS zamanı ölüm, ya opportunist infeksiyalardan, ya da bəd xassəli şişlərdən və onların yayılmasından (metastazvermə) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.

Cinsiyolla - xüsusilə də, qeyri-təbii əlaqələr zamanı.

Xəstəlik əsasən damardaxili inyeksiyalar yolu ilə - narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damar daxili inyeksiyalar zamanı və s. yolla yoluxur.

Transplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.

Ümumiyyətlə, QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə ikinci yeri tuturlar - 20-25%.

            QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.

QİÇS-ə necə yoluxurlar?

            1. Cinsi əlaqə zamanı.

 2. Narkamanlar arasında eyni iynədən istifadə zamanı.

            3. Tatuaj zamanı (Eyni iynə ilə bir neçə nəfər tatu olunduqda).

            4. QİÇS-li ana uşağını əmizdirdikdə.

 5. Qan köçürmə zamanı.

 

 

 

QİÇS-in ön mərhələsi

        Bir neçə il davam edir. Bu dövrdə artıq başlanmaqda olan immun çatışmazlıq fonunda xəstələrdə qızdırma, diareya, tərləmə, ümumi əzginlik və zəiflik (asteno-vegetativ sindrom əlamətləri), arıqlama müşahidə olunur.

       QİÇS mərhələsi (Qazanılmış immunçatışmazlıq sindromu mərhələsi)

        Təxminən 2 il davam edir. Bu mərhələdə immun sisteminin tam iflici ilə əlaqədar qanda anti-QİÇS-antitellər demək olar ki, aşkar olunmur, QİÇS-viruslarının miqdarı isə əksinə kəskin şəkildə yüksəlir. Xəstələrdə tez-tez və ağır gedişə malik opportunist infeksiyalar, bədxassəli şişlər baş verir.

QİÇS Simptomları

1.      Çəkinin həddən artıq  itirilməsi.

2.      Uzun müddətli ishal.

3.      Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.

4.      Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.

5.      Bir aydan çox sürən öskürək.

6.      Uzun müddətli subfebril qızdırma (37).

Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara qarşı müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.

·  Virus daşıyıcısı tamamilə sağlam görünə bilər.

·  QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.

·  Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.

Latent dövr.

        Latent dövrü bir neçə həftədən bir neçə ilə qədər (hətta 15 il) ola bilər. Latent dövrün müddəti yoluxma zamanı orqanizmin immun siteminin vəziyyətindən, virusun konsentrasiyasından (miqdarından) və yoluxma mexanizmindən asılıdır. Latent dövrdə xəstənin qanında QİÇS–viruslar və onlara qarşı yaranmış anti–QİÇS-antitellər aşkar olunur. İlk dövrlərdə qanda kəskin şəkildə artan virusların miqdarı, təxminən, 1,5-2 ay sonra antitellərin təsiri ilə azalır. Buna serokonverisya deyilir.

QİÇS-ə qarşı stiqma ilə necə mübarizə aparmaq olar?

Hər birimiz İİV/QİÇS haqqında düzgün informasiyaya malik olmalıyıq. Xəstəlik barədə oxumalı, öyrənməli və bilməyənləri maarifləndirməliyik. İİV-dən özümüzü qorumağı, QİÇS-li insanlara diqqət və qayğı ilə yanaşmağı bacarmalıyıq. Yada salaq ki, katolik dünyasının lideri, Roma Papası Birinci Fransisko bir neçə il bundan əvvəl QİÇS-li xəstələrin ayaqlarını yuyaraq öpməsi ilə bu xəstələrə qarşı stiqmanın əsassız və insanlığa zidd olduğunu göstərmiş, belə xəstələrin İİV-ə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına qarşı çıxmışdır. Ona görə də QİÇS-li xəstələrlə bir yerdə işləməkdən, bir süfrə arxasında oturmaqdan, yol getməkdən, əl verib görüşməkdən çəkinmək lazım deyil, onların istənilən tədbirlərdə iştirakına məhdudiyyətlər qoymaq, eləcə də təhsil müəssisəsindən, iş yerlərindən xaric edilməsi isə tamamilə yolverilməzdir.


Vüqarə Məmmədova
Bu yazıya 6046 dəfə baxılıb.