Televiziya və milli dəyərlərimiz


Bu yazıya 1278 dəfə baxılıb.

Xalqımız dini və milli dəyərləri hər zaman üstün tutaraq, tarixi ənənələrimizə sadiqliyini qoruyub mühafizə etmişdir. Azərbaycan dövləti öz müstəqilliyini elan etdikdən sonra digər sahələrdə olduğu kimi dini və mənəvi sahələrdə də özünün tolerant və müstəqil siyasətini uğurla həyata keçirməyə başladı.Vətənimizdə demokratik prinsiplərin ali tələblərinə uyğun olaraq ölkə vətəndaşlarının sərbəst düşünərək istədiyini ifadə etmək hürriyyəti dövlətimiz tərəfindən tanındı.

Ölkəmizin əhalisinin əksəriyyətinin müsəlman olduğunu nəzərə aldıqda, milli genefonumuz olan mənəvi dəyərlərimizin təbliği və mühafizə olunması dövlətimizin mənafeyi üçün ən başlıca prinsiplərdən birinə çevrildi. Bu kimi həsas məsələlərdə ölkə mətbuatı ilə yanaşı televiziya və radio verilişlərinin xidməti olduqca vacibdir. Çox əfsuslar olsun ki, son aylara qədər ölkə televiziyalarında dini və milli kimliyimizə yad olan tele seriyalların ardıcıl olaraq yayımlanması tarixi adət və ənənələrimizə, müqəddəs dinimizin gətirdiyi dəyərlərə sağalmaz yaralar vurdu. Mətbəximizə qədər soxulan bəzi tele kanallarda göstərilən mənəviyyatımıza zidd tele seriallar yeniyetmə və gənc övladlarımızın psixoloji və mənəvi aşınmalarına yanlış yollar açdı. Lakin son aylarda dövlətimizin aidiyyəti orqanları mənəvi dəyərlərimizin qorunması yolunda cəsarətli qərarlar verərək, ölkə tele məkanında milli heysiyyatımıza yad olan, gənclərimizin əxlaqi dəyərlərinə zərbə vuran serialların efirə verilməsinə sərt qadağalar qoydu. Bununla da ölkəmizdə milli və mənəvi dəyərlərimizin həqiqi təşşübüskeşinin Azərbaycan dövləti olduğu bir daha təsdiqləndi. Son aylarda dövlət sifarişiylə ərsəyə gələn milli tele serialların çəkilməsi təqdir olunasıdır. Dövlətin maliyyə dəstəyi hesabına çəkilən tele seriallar milli vətənpərvərlik ruhunun oyanmasına, milli və mənəvi dəyərlərimizin təbliği yönündə olduqca uğurlu mədəniyyət lahiyəsidir. Zərərli meyllərə sövq edən bəzi televiziya verilişlərinin yenə də mövcudluğu narahat edici məqamdır. Hər birimiz dəqiq bilirik ki, uşaqlarımızın doğru olana sahiblənməsində televiziyaların rolu danılmazdır. Hər bir ailədə böyüyən uşağın əxlaqi dəyərlərə yiyələnməsi, soyuna, millətinə və dövlətinə candan bağlanması parlaq gələcəyimizin qarantisi deməkdir. Ədalətli cəmiyyətin formalaşmasında ilahi dəyərlərin gerçək maarifləndirməsi olduqca vacibdir. Gələcəyimizin milli sərvəti sayılan gənclərimizin dövlətçiliyimizin bütövlüyü yolunda sağlam mühitdə fəaliyyətə cəlb olunması həm də milli televiziyaların hazırladığı verilişlərdən də çox aslıdır. Sevginin və şəfqətin nifrətə qalib olması, insanlığın zəfər çalması müsəlmanın ən ali istəyi olmalıdır. Can vətənimiz Azərbaycanımızın rifahı və dirçəlişi mənəvi dünyamızın zənginliyindən aslıdır. Müasir dünyamızda televiziyalarımız vasitəsilə daha geniş şəkildə proqramlı təbliğat mexanizminin qurulması mənəvi həyatımızın durulmasına səbəb olar. Unutmamalıyıq ki, istər tele məkanlarda istər də dostlarla danışıqlarımızda qəlbə toxunacaq davranışlara yol verdiyimiz xətalarımız bizi günahlara düçar edir. Bu mövzuda türk islam dünyasının böyük eşq pərvanəsi Mövlana buyurmuşdur: “Dostlarla danışarkən çox diqqətli və ehtiyatlı davranılmalıdır.Çünki söz var kəskin qılınc kimidir: dostluğu kəsər, öldürər, qəlbdə müalicəsi mümkün olmayan yaralar açar, qəlb bağçasındakı yaşıllıqlar, sevgi çiçəklərini qış mövsümü kimi öldürər. Söz də var yaz mövsümü kimidir: hər tərəfi bəzəyər, gözəlləşdirər”.

Unutmamalıyıq ki, həyatımız boyunca hər birimizin yaşamımız bir kino serialıdır. Bu serialın müsbət obrazı yazılmış ssenarinin qəhrəmanıdır. Bizlər isə çalışmalıyıq ki, həyat adlı filmimizdə də öz rolunu gerçəkdən iman və təqva təslimiyyəti ilə başa vuranlardan olaq. Amin!



Bu yazıya 1278 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.