Xocalı yurdum, yuvam, anam, Vətənimdir.


Aygün Məmmədzadə
Bu yazıya 1278 dəfə baxılıb.

Dr. Sevinc ASLANOVA

1) Salam Aleykum Sevinc xanım.

Aleykum salam.

2) Zəhmət olmasa bizə özünüz haqqında məlumat verin.

1976-cı ildә Xocalı şәhәrindә dünyaya gәlmişәm. Orta mәktәbә dә Xocalıda başlamışam, amma 1992-ci il işğalından sonra təhsilimə Ağdam şәhәri 6 nömrәli orta mәktәbdә davam etdim, Ağdam da işğal edildikdәn sonra təhsilimi Bakı şәhәrinin əvvəlcə Şüvәlan, sonra isә Buzovna qәsәbәsindәki orta mәktәblәrindә davam edib, tamamladım. 1992-ci ildә Bakı Dövlәt Universiteti İlahiyyat Fakültәsinә daxil oldum. 1997-ci ildә universiteti bitirdim. Daha sonra Türkiyə Cumhuriyyəti Ankara Üniversitetindә magistr vә doktora tәhsilini alıb xidmәt üçün vәtәnimә geri qayıtdım. Ailəliyəm, 4 övladım var.

3) Xocalı sizin üçün nədir?

Xocalı yurdum, yuvam, anam, vәtәnimdir. Bu mәfhumlar mәhәbbәt, istilik, doğmalıq, әminlik, rahatlıq mәnalarını özündә daşıyır. Xocalı da mәnimçün bu ifadәlәrin hamısını özündә toplayan, bir dә özünә hәsrәt qatan bir yaralıdır. Әlimin çatmadığı, qoxusunu ala bilmәdiyim, yarasını sara bilmәdiyim, dәrdinә әlac tapa bilmәdiyim, yağı әlindә qalmış qanadı qırıq bir quşdur. Vә o, mәnimdir.

4) Xocalı kəlməsini eşitdikdə ağlınıza gələn ilk fikir?

Xocalı kәlimәsini eşitdikdә ağlıma gәlәn ilk fikir, bir gün oraya geri gedә bilmәkdir. Orada yuva qurub yaşaya bilmәkdir, onu xilas edә bilmәkdir, ona sahib ola bilmәkdir. Bilirәm ki, ana öz övladının hәsrәtini çәkdiyi kimi, Xocalı da doğma övladlarının hәsrәtindәdir.

5) Xocalını bizim üçün təsəvvür edə bilərsinizmi?

Xocalı gәzib gördüyüm yerlәrin әn gözәlidir. Xocalı hәr tәrәfindәn çaylarla әhatә olunmuş, mәhәllәlәrindә bulaqları çağlayan, kiçik göllәr olan, tut vә üzüm bağları, taxıl tarlalarıyla tәbii yaşıllığına әlavә bir gözәllik qatılan, göy çәmәnliklәri olan bir şәhәrdir. Gecәlәri uzaqdan görünәn Şuşa vә Xankәndinin işıqları ulduzlarına ayrı bir parlaqlıq qatan gündüzü dә, gecәsi dә heyrәtamiz olan bir yerdir. O, Allahu Tәalanın mәxsusi gözәlliklәr verdiyi bir mәkandır.

6) Siz müharibə zamanı Xocalıda olmusunuz. Bilirəm ki, sizin üçün çətindir. Amma o zamanki hissilərinizi bizimlə bölüşməyinizi xahiş edirəm.

Müharibә zamanı, son təyyarə ilə çıxarılmışam, ondan sonra da faciә, qәtliam, vәhşәt kimi sözlәrin ifadә etmәyә yetmәdiyi o hadisә baş verdi. Hadisәlәr 1988- ci ildәn cәrәyan etmәyә başlamışdı. İlk günlәrdә gündüzlәr normal hәyat yaşayıb gecәlәr silah atәşindәn qorunmaq üçün evlәrin işığını söndürәrәk yaşayırdıq. Yalnız silahlar artıq evlәri viran qoymuşdu. Bundan sonra sığınaqlar düzәldib gecәlәri sığınaqda keçirmәyә başladıq. Hәm dә artıq gündüzlәr dә raket atmağa başlamışdılar. Dәrs keçdiyimiz zaman silah sәslәrinә öyrәşmişdik. Amma yenә dә tәhsilimizә davam edirdik. Gecә qorxudan xәstәlәnməyәk deyә anam yağ әridib verirdi. Әn çәtini dә daha ağlı kәsməyәn dörd yaşındakı qardaşımın raketi fişәng bilib, baxması idi. O da qorxmasın deyә atam elә demişdi. Düşündükcә valideynlәrimin necә әziyyәt çәkdiyini indi anlayıram. Biz uşaqlar sadәcә qorxurduq, qorxduğumuzu da gizlәtmirdik. Amma onlar, bizim üçün qorxmaqla yanaşı, bunu gizlәmәyә çalışırdılar.

7) Bu gün Xocalıya getsəniz ilk ziyarət edəcəyiniz yer haradır?

Bu gun ilk ziyarәt etmәk istәdiyim yer dәrs keçdiyimiz siniflәrimizdir. Silah sәslәrinә baxmayaraq orada necә dәrs keçirdik hәlә dә inana bilmirәm. Yalnız indi inkişaf edәn texnikanın sayәsindә internet üzәrindәn ziyarәt edirәm vәtәnimi. İnsanın doğulub böyüdüyü yeri gәzmәyә, görmәyә tәbii, mәnәvi ehtiyacı var. Mәn dә bu ehtiyacımı bu şәkildә tәmin etmәyә çalışıram.

8) Sevinc xanım, siz vətənindən ayrı düşən bir insan kimi gənclərə nə kimi tövsiyələr edərdiniz?

Gәnclәrә tövsiyәm tarixi öyrәnsinlәr, hiss etsinlәr, yaşasınlar, unutmasınlar, dәrs çıxarsınlar. Hansı şәrtlәrdә olursa olsun özlәrini yaxşı yetişdirsinlәr. Çünki vәtәnin yaxşı kadrlara hәr zaman ehtiyacı var. Biz öz işimizi görәcәk dәrәcәdә yetişmәsәk, bizim işimizi başqaları görәr.

Sevinc xanım dəyərli vaxtınızı və fikirlərinizi bizimlə bölüşdüyünüzə görə sizə təşəkkür edirik. Allah Təala Vətən həsrəti çəkən bütün bacı və qardaşlarımızı tezliklə sevindirsin, öz doğma torpaqlarına qayıtmalarını nəsib etsin. Amin!


Aygün Məmmədzadə
Bu yazıya 1278 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Xocalı yurdum, yuvam, anam, Vətənimdir.
  • Günəş ulduz kimi
  • Yaşıl mərcili əriştə supu
  • Asan türk ev paxlavası
  • Gəncliyə yardım fondunda sertifikat mərasimi
  • Bakıda mövlana işığına toplaşdılar
  • Bananlı karamelli kek
  • Kartoflu muffin
  • MÜBARƏK ÜÇ AYDA HƏYATI YENİLƏNMƏK FÜRSƏTİ
  • İspanaq Yeməyi
  • HƏR YERDƏ İLAHİ KAMERALAR
  • Toyuq sosiskası,Xarço Şorbası
  • Möminlərin anası və sədaqət nümunəsi Hz.Xədicətul-Kübra. (r.a.)
  • Mərhum Musa Topbaş Əfəndidən XANIMLARA TÖVSİYƏLƏR
  • Şeytana Qalib Gəlməyin Yolu
  • Mərhum Musa Topbaş Əfəndinin uşaq tərbiyəsinə verdiyi önəm
  • Qurban Allaha yaxınlaşmaq üçün bir vasitədir
  • Hz. Zeynəbin Emalatxanası
  • İki Qanadlı Təhsil
  • Onu Anarkən
  • Quranda bir ata örnəyi HƏZRƏT LOĞMAN
  • Göbələkli salat
  • Toyuqlu boxça
  • Manna yarmalı tort
  • Yardımlaşmanın fəziləti
  • Ölüm Haqdır
  • Ananaslı keks
  • Yaşıl mərcili makaron salatı
  • Çolpalı Şorbalı Xəngəl
  • Sadə Rulet
  • İçlikli Kartof Topları
  • Pomidor Qəlyanaltısı
  • Aşura
  • Tərəvəzli Gül Kələmi Şorbası
  • Ləzzətli Yuvalar
  • Brovni Keksi
  • Məhərrəm Ayı
  • Təqvimin Tarixi
  • Gavalı Salatı
  • Qurudulmuş Ətli Sürhüllü
  • Buxarda Toyuq Ruleti
  • Donut
  • Ən Gözəl Adlar "O"nundur
  • Əncirli Qozlu Qurabiyə
  • Ev Şəraitində Lülə Kabab
  • Olivye Salatı
  • Toyuq Xəngəli
  • Ər-Rahman, Ər Rəhim
  • İspanaqlı, Qaymaqlı Börək
  • Dadlı Qurabiyə
  • Tezbazar Kök Salatı
  • Arzuman Küftəsi
  • Əl-Məlik, Əl-Quddüs
  • Kumpir
  • Albalılı Parfe
  • Quru Çörək Şirniyyatı
  • Halva
  • Əs-Salam, Əl-Mümin
  • Çaylı keks
  • Sevimli üzlər (uşaq yeməyi)
  • Üzüm Salatı
  • Sobada badımcan börəyi
  • Əl-Muhəymin, Əl-Əziz
  • Midya Şirniyyatı
  • Mərcimək küftəsi
  • Üç rəngli börək
  • Sulu küftə
  • Əl-Cabbar, Əl-Mütəkkəbir
  • Qatıqlı buğda şorbası
  • Kartof pizzası
  • Toyuq ətindən göbələk salatı
  • Ərik cemli piroq
  • Əl-Xaliq, Əl-Bari
  • Ətli Ərzurum şorbası
  • Ətli qat-qat
  • Xanım kaprizi salatı
  • Qozlu piroq
  • Əl-Musavvir, Əl-Ğaffar
  • Omlet kekslər
  • Balqabaqlı, isbanaqlı tort
  • Mərciməkli, küftəli şorba
  • Ətli keks
  • Əl - Qahhar
  • Mövlana və Məsnəvisi
  • Göbələkli kartof damlası ilə şorba
  • Ağlayan kek
  • Tərəvəzli kartof salatı
  • Əl-Fəttah
  • Təbriz Küftəsi
  • Kartoflu Kroket
  • Rulet salatı
  • Kartoflu-pendirli zapekanka
  • Kəsmikli pendirli xaçapuri
  • Portağallı Lokum
  • Əl-Qabid
  • Ətli salat
  • Soğan dolması
  • Göbələkli, kartoflu piroq
  • Qozlu qurabiyə
  • Əl-Basit
  • Xallı toyuq salatı
  • Toyuq ruleti
  • Urfa kababı
  • Qat-qat bükmə
  • Kartof ruleti salatı
  • Beşamel souslu sobada vermişel
  • Plovlu toyuq dolması
  • Qurabiyə
  • Ər-Rafi
  • Əl-Muzil
  • Almalı qurabiyə
  • Toyuq supu
  • Tərs Dolma
  • Saxsıda küftə
  • Qələm qabı
  • Əs-Səmi