Cənub Meyvələrinin Padşahı - Ananas


Kəmalə Hüseynova
Bu yazıya 2283 dəfə baxılıb.

Banandan sonra Amerikada ən çox tələbat duyulan tropik meyvələr arasında ikinci yerdə ananas durur. Ananasın bеcərdilməsi ilə hələ ən qədim zamanlardan məşğul olmağa başlamışdılar. XV əsrdə anansın dadı Xristofor Kolumbu hеyrətləndirmişdi. Tarixi xronikalar xəbər vеrirlər ki, Kolumb bu tropik mеyvəni daddıqda, onun tamı dəniz səyyahında "hеyrət və hеyran"a səbəb olmuşdur. Sonra Kolumb onun xoşuna gələn bu mеyvəni Avropaya gətirdi və orada da insanlar bu mеyvəyə biganə qalmamışdı.

Bu mеyvəni çox vaxt cənub mеyvələrinin padşahı adlandırırlar. Ananasın sulu, incə, ətirli və çox dadlı əti vardır. Bu gün ananas Cənubi Amеrika və Filipində daha gеniş bеcərilir. Ananas geniş və slindirik səthli, nahamar, qəhvəyi-sarı rəngi olan bol lifli tropik bir meyvədir. Həm meyvəsi  yeyilə bilər, həm də şirəsi içilə bilər. Ananası salatlarda da istifadə etmək olar.  

Ananasın əfsanəsi

Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu, o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevir. Arzu edirlər ki, həmişə birlikdə olsunlar. Allah onlara mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaradır. Beləliklə, ananas yaranmışdır. Məhz bundan sonra meyvə əbədi sevgi və məhsuldarlıq simvoluna çevrilmişdir. O vaxtdan bəri bir çox Latın Amerikası ölkələrində, nikah mərasimi zamanı ananas şirəsi içirlər.

 

Ananasın faydaları.

Bakteriya və parazitlərlə döyüşmək tam onun işidir. İltihablanma riskini azaldır, yaraların sürətlə yaxşılaşmasını təmin edir.

Tropik ölkələrin xalq təbabətində ananasın şirəsi sinqaya qarşı, damaq xəstəliyində faydalı vasitə kimi istifadə olunur. Onu soyuqdəymədə profilaktik vasitə kimi təyin еdirlər. Angina xəstəliyinə tutulan zaman, boğazı bu şirə ilə yaxalamaq xеyirli sayılırdı. Ananas həzmеtməyə və qidanın həll еdilməsinə kömək еdir.

Müasir tədqiqatlar müəyyən еtmişlər ki, ananas ətinin tərkibində şəkər, limon, alma, üzüm turşuları, B qrupu vitaminləri və C vitamini mövcuddur. O, həmçinin həddindən artıq bitki lifləri ilə boldur.

Yağ ehtiyatının azalmasına kömək edir, trombların əmələ gəlməsinin qarşısını alır, zülallı qidanın həzminə kömək edir.

Ananasın içində orqanizmə piy yığılmasının qarşısını alan və onlar fəal şəkildə yox etməyə imkan verən maddələr var. Ananas şirəsini böyrək və angina xəstəlikləri zamanı müalicəvi vasitə kimi qəbul etmək tövsiyə olunur. Qan dövranını yaxşılaşdırır, boğaz ağrısı, titrəmə və stress zamanı kömək edir. Ananas, hüceyrə itkisinin qarşısını alır və enerji istehsalına kömək edir.

Təcrübələr ananasın xərçəng xəstəliyinin qarşısını aldığını da təsdiq edib. Ananasın gövdə və sap hissəsinin xüsusən yemək aralarında qəbul edilməsi daha yaxşı nəticə verir və bromelin fermenti iltihab və şişin qarşısını alır.

İmmun sistemin köməkçisi olan ananasın tərkibinə bioloji cəhətdən çox yararlı olan “C” vitamini daxildir. “C” vitamini antioksidant xüsusiyyəti ilə bədənə ziyan verən sərbəst radikalların təsirini azaldır və hüceyrə itkisinin qarşısını alır.

Qastrit, xora xəstəliyi olan insanların az istifədə etməsi məsləhətdir.

Ananas salatı

Tərkibi:

            1 ananas

            1-2 banan

 1 portağal

 1-2 kivi

 1 alma

 qoz, fındıq, sidr qozası, araxis  

Üstü üçün:

 şəkər pudrası və ya yoqurt

Hazırlanması:

            Ananası uzununa iki yerə bölün. İçini çıxarın. Bərk olan hissəsini atın, lətini kubik doğrayın. Bananı, kivini, almanı kubik doğrayın. Portağalı təmizləyin, pərdələrini arıtlayıb xırda doğrayın. Bunları qoz-fındıq (iridirlərsə xırdalayın) qarışdırıb ananasdan düzəltdiyiniz «qab»ın içinə yığın. Üzərinə şəkər pudrası səpin və ya yoqurt gəzdirin.

Ananas maskası

Əgər sağlam və pürüsüz dəriyə sahib olmaq istəyirsinizsə ananaslı üz maskası tam sizə görə! Bu sadə ananaslı üz maskası həm tamamilə təbii,  həm də son dərəcə ucuz başa gəlir. Ananaslı üz maskası sayəsində sağlam və parlaq bir dəriyə sahib ola bilərsiniz.

Lazım olan vəsaitlər:

4 böyük ananas dilimləri 

3 x. q zeytun yağı 

1 x. q  bal

Hazırlamaq:

Ananasları dilimləyin və dörd böyük parçaya ayırın. Dilimlədiyiniz ananasları, zeytun yağını və balı blenderə yerləşdirin. Krem halına gələnə qədər qarışığı blenderdə qarışdırın.

Ananaslı üz maskasını sürmədən əvvəl üzünüzü yuyub təmizləyin. Ananaslı üz maskasını üzünüzə sürdükdən sonra 15 dəqiqə gözləyin. Ardından üzünüzü təmizləyə bilərsiniz.

Bu maska  dərinizdəki məsamələrin bağlanmasını və dərinizin dinc və sağlam görünməsini təmin edir. Şişlik və ya iltihabı azaldır.

 


Kəmalə Hüseynova
Bu yazıya 2283 dəfə baxılıb.