Tədbir - "Sağlam Ailənin Təməlləri"


Bizim Ailədən
Bu yazıya 1041 dəfə baxılıb.

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Bu gün boşanma hallarının artması, ailələrdə baş qaldıran problemlər “Bizima ailə” jurnalı olaraq bizləri də narahat etməyə bilməzdi. Elə bu səbəbdən də “Sağlam ailənin təməlləri” mövzusunda tədbir keçirməyə qərar verdik. Tədbir dekabr ayının 14-də Gəncliyə Yardım  Fondunda gerçəkləşdi. Dəyərli qonaqlarımız və oxucularımızla bir araya gələrək ailələrimizdə baş qaldıran problemlərdən danışdıq.

Tədbirdə ilk olaraq Qurani-Kərimə söz verildi. Sonra “Bizim Ailə” jurnalının baş redaktoru f.f.d. Gülnarə xanım Seyidova çıxışı zamanı ailələrimizdə baş verən problemlər haqqında danışdı. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini f.f.d. Qəmər xanım Cavadlı da böyüyümüz və ağbirçəyimiz kimi çıxış edərək gənclərə və ailə başçılarına dəyərli məsləhətlərini və təcrübələrini bölüşdü. Həmçinin tədbirdə psixoloq Kəmalə xanım Xancanova “Ailə psixologiyası” haqqında geniş məlumat verdi. Psixoloq Kəmalə xanım qonaqlarımıza qadınların, kişilərin və uşaqların psixologiyası haqqında ətraflı məlumat verərək baş verən problemlər zamanı nələr edilə biləcəyini söylədi. “Peyğəmbərimizin ailə əxlaqı” ilə bağlı Dr.Sevinc Aslanova danışdı. O, nümunəvi ailə və qadınlar olan Peyğəmbərimiz (s.ə.s.)in xanımları haqqında danışaraq onlardan sitatlar gətirdi. “Qafqaz Müsəlmanları İdarəsi Şəbnəm mədrəsəsi”nin tələbələri ilahilər oxuyaraq qonaqları feyziyab etdi. Sonda qonaqlara jurnallar və kitab hədiyyə olundu.


Bizim Ailədən
Bu yazıya 1041 dəfə baxılıb.