Şiş nani-Layla balam


Xədicə Şahin
Bu yazıya 1122 dəfə baxılıb.

 

         İlk cinayət hadisəsi, ilk insan olan Adəm (ə.s.)in övladları ilə başlamışdır. İlk ana olma şərəfinə layiq olan Həvva anamız eyni zamanda ilk övlad ağrısını da dadmışdır. Həvva anamızla birlikdə anaların göz yaşları axmağa davam etməkdədir.

         Qabilin varisləri, qana doymaq bilməyən zalımlar min illlərdir dayanmadan zülmə davam etmişlər. Ən dəhşətli zülmlərdən biri də 1934 və 1949-cu illərdə yaşanan Kazak soyqırımıdır. Rusların zülmündən qaça bilənlər Qazaxıstandan karvanlar halında Çinin Altay bölgəsinə, oradan Pakistan və Əfqanıstana, oradan İrana və bir hissəsi də İrandan Türkiyəyə köç etmək məcburiyyətində qalmışdır. 

         Türkiyədən Qazaxıstana geri dönmüş kazaklardan Hənifə Xanım o günlərə aid belə bir hadisə danışır: “Köç üçün çıxan karvanların arasında 20 nəfərlik bir qrupda yaşlısından gəncinə, uşağından böyüyünə, gəlinindən qızına hər yaşda insan vardı. Bunlar köç edərkən gündüzlər rus əsgərlərindən gizli yerlərdə saxlanır, gecələri yola davam edirdilər. Bu qrupun içində gənc, körpəsi qucağında, könlü evində, cehizlərində olan bir gəlin vardı. Karvan bu şəkildə günlərlə, həftələrlə yol getdi. Soyuq, isti havalarda gəlinin körpəsi xəstələndi. Gəlinin xəstə körpəsinə dərman ola biləcək nə isti şorbası, nə də isti yatağı vardı. Körpə ağrısını ağlamaqla bildirir, hər xəstə körpə kimi bu körpə də davamlı ağlayırdı. Karvanın sağ-salamat xilas olması üçün səssizlik çox əhəmiyyətli idi. Öz aralarında qərar verdilər ki, “ya karvanın hamısı tutulub yox olacaq, ya da bu körpəyə bir çarə tapılsın”-dedilər, amma anadan heç bir şey soruşmadılar, bəlkə də soruşa bilmədilər. Qazaxıstan Özbəkistan sərhədindən keçən Sırdərya çayının yanına gəldikləri zaman gənc gəlinin qara bağlayacağı vaxt idi. “Tutulmağımız an məsələsidir, bundan sonra bu körpə ilə yola davam etməyimiz qeyri-mümkündür”-deyib, bir yaşındakı körpəsinin əlinə çörək verərək Sırdəryanın yanındakı bir ağacın yanına qoyub yola davam etdilər. Gəlinin səsi böyüklərin yanında çıxarmı heç? Bağrına atəş düşən gəlin yola düşsə də ayaqları geri gedirdi. Artıq bu gəlinin ayrılıq atəşini, bir Sırdərya deyil, onun kimi yüzlərlə çay axsa söndürə bilməzdi.

         Bağrı yanıq gəlin əvvəl Əfqanıstana oradan İrana və sonra Türkiyəyə köç etdi. Gənc gəlinin daha sonralar 13 uşağı oldu, hamısı da 1 və ya 2 yaşına çatar çatmaz öldülər. Əlləri ilə körpələrini bir-bir torpağa vermək, ağrılı anaya Sırdəryanın yanında buraxdığı körpəsi qədər ağrı vermirdi. Günləri göz yaşı ilə keçən gəlin hər kəs kimi yaşlandı. Bu gəlinin adı Fatma idi. İstanbul Zeytinburnunda Fatma Aje (nənə) deyə çağırırdılar. Bu nənə 2000-ci illərə yaxın zamanda Haqqın rəhmətinə qovuşana qədər “körpəm səni qurdmu yedi, quşmu? Dostmu tapdı, düşmənmi?”-deyər daim ağlardı.

        Tarix bu günə qədər sürgünlərlə doludur. Bütün anaların sürgün hekayəsi tarixə keçsəydi ürək dözərdimi? Ürək parçalayan bir hekayə də 1864-cü ildə Çərkəz sürgünü əsnasında insanların balıq kimi yığıldığı gəmidə Qaradənizə çatmağa çalışılarkən yaşanmışdır. Abxaz bir ananın körpəsi səfər əsnasında ölmüşdü. Gəmidə ölən hər kəs epidemiya, xəstəlik qorxusu ilə Qaradənizin azğın sularına atılırdı. Körpəsinin öldüyünü anlayan ana körpəsindən ayrılma qorxusu ilə davamlı; “şiş nani, şiş nani, vıçüa sarpıs va naniy” (layla balam layla, yat balam layla) deyə layla söyləyirdi. Körpənin cəsədi iylənməyə başlayınca fərq edilərək ananın qollarından alınıb, dənizə atıldı. Ana buna dözə bilməyib, arxasından o da özünü Qaradənizin azğın sularına atdı.

Söyləndiyinə görə bu sürgündən sonra Qaradənizin şimal və şərq sahillərinə illərcə insan cəsədlərindən parçalar gəlmişdir. Qarğaların kişi saqqallarından və qadın saçlarından yuva düzəltdiyi görülmüşdür. Bu səbəbdən abxazların bir hissəsi qaradənizə küsüb, balıqların, soydaşlarını yediyini düşünərək balıq yeməzlər.

Abxaz ananın ürək parçalayan hekayəsinə yazılan laylanın sözləri bunlardır:

 

Layla balam layla.

Yat balam layla,

Atanla ananın evində deyilsən,

Qaradənizin qoynundasan.

 

Qabaran dalğalar,

Səni daim yırğalar.

Külək əsdirir ağarmış yelkənləri,

Beşiyində soyğunçunun gəmisi.

 

Layla balam, layla,

Yat balam layla,

Atanla ananın evində deyilsən,

Qaradənizin qoynundasan.

 

Əsincə qüvvətli külək,

Kiçicik ölkələrini almaq üçün,

Dənizi necə duzladığını xatırla,

Sürgünlərin gözyaşının. 

 

 

Xədicə ŞAHİN

 

 

 

 


Xədicə Şahin
Bu yazıya 1122 dəfə baxılıb.