Taxta atlarla yola salınan duyğular


Xədicə Şahin
Bu yazıya 1079 dəfə baxılıb.

"Xəstəlikdə və sağlamlıqda, yaxşı gündə və pis gündə birlikdə olacağımıza söz verirəm" cümləsi cəmiyyətimizin dünyasına xarici filmlərdən gəlmişdir. Uşaqlığımızdan bəri bu sözlər elə şüur altına yerləşdirilmişdir ki, türk filimlərindəki nikahlarda "bu gəlini həyat yoldaşın olaraq qəbul edirsənmi?" sualı artıq bizim üçün bəsit sözlər hesab edilir.

Bu yay Azərbaycanda olarkən Zaqatala şəhərində Yaşar müəllim və Taliyə bacının evini ziyarət edərkən uşaqlığımdan bəri xarici filimlərdə daim eşitdiyim “xəstəlikdə və sağlamlıqda birlikdə olmaq” sözünün canlı nümunəsinə şahid oldum. Bəlkə bu ailə evliliklərinin ilk təməlini qurarkən bu sözlər ağıllarına belə gəlməmişdir. Əhəmiyyətli olan gənclik zamanlarında, özünü kimsəyə möhtac halda hiss etmədiyin vaxtlarda bu sözü əzbər kimi söyləmək deyil, əsl olan o sözlərdəki hala düşdüyün zaman bu andını yerinə yetirə bilməyindir. Bax, bu cütlüyün xanımı xəstələnmişdir. Elə bir xəstəlikdir ki, aylarla qolunu da tərpədə bilmirdi. Vəfalı həyat yoldaşı aylarla xanımının yeməyini yedirib hər cür ehtiyacını təmin edərək "mən sənin xəstəlikdə və sağlamlıqda, yaxşı gündə və pis gündə vəfalı yoldaşınam, dostunam, yaxınınam, hər şeyinəm" mesajını vermişdir.

Eyni şəkildə kiçik bir mübahisə ilə hazır olan çamadanını yığıb evini tərk etməyi də ilk dəfə xarici filimlərdə gördük. Daha sonra bu cür yaşam tərzini həyatımıza daha çox daxil etmək üçün türk seriallarından məharətlə istifadə olundu. İndi isə ətrafımız çamadanını yığıb, arxasına belə baxmadan çəkib gedən cütlüklərin canlı nümunələri ilə dolub daşır.

Seriallar artıq bizim bir parçamıza çevrilib. Qurani Kərimdə Tövbə surəsi 119-cu ayəsində "Ey iman edənlər! Allahdan qorxun və salehlərlə birlikdə olun" əmrini unudub xəbərlərdə reklamları keçən filimlərin cazibəsinə qapılaraq "cəmiyyətin axışına özünü burax və seriallarla birlikdə ol" şüarlarını həyatımızda düstur qəbul etdik. Eynilə sürü psixologiyasında olduğu kimi. Türkiyənin Şərq bölgəsində bir qoyun uçurumun aşağısında nə var görəsən deyə, maraqla atılınca 200 qoyun yoldaşları atlandığına görə atlandı. Serial izləmə xəstəliyi də sürü psixologiyası kimi biri izləyincə bütün məhəllə də bunda nə var görəsən deyib bu uçuruma düşür. Seriala olan sədaqət izləməklə bitmir qonaqlıqda, yolda, bazarda həvəslə izah edərək seriala olan sevgisini göstərir.

Xaricdə yaşayan bir türk olaraq ilk tanış olduğumuz insanların adımızı belə öyrənməyə fürsət tapmadan soruşduğu ilk sual “Kənan İmirzalıoğlunu gördünmü, Süleymanı gördünmü, Ana sultanı gördünmü?” olur. Seriallar yalnız türk xalqının deyil bütün qonşu olan millətlərin də həyatına, mənliyinə daxil olmuşdur. Hətta Azərbaycanda belə bir hadisə ilə qarşılaşmışdım. “Yarpaq tökülməsi” adlı serialı izləyən Azərbaycanlı bir gəlin o serialdakı pis xasiyyətli, dik başlı, kimsənin sözünü baxmayan gəlini görüncə "ah niyə bu serial əvvəllər verilmirdi? Mən bu serialı illər əvvəl izləsəydim qayınanamın öhdəsindən gələrdim" demişdir. Bu sözlər belə serialların zərərini izah etməyə yetər. Serialları izləyirik oradakı xarakterlər kimi qayınanamızın, həyat yoldaşımızın, qonşumuzun, hətta ana-atamızın belə öhdəsindən gəlirik.

Harada qaldı, əziyyət vermək üçün qəsdli bir şəkildə Peyğəmbərimizin evinin önünə nəcasət tökən qonşusu və əmisi olan Əbu Ləhəbə qarşı göstərilən peyğəmbər səbri… Harada qaldı, zalım ərinə səbr edən qadına Hz. Asiya savabı və pis xasiyyətli arvadına səbr edən kişiyə Hz. Lut və Hz. Nuh savabı müjdəsinə nail olan səbir daşı kimi insanlar… Harada qaldı süd anasının oturması üçün əbasını yerə sərərək hörmət göstərən Peyğəmbər vəfası… Harada qaldı qonağı böyrək sevir deyə yeddi qoyun kəsən müsəlmanın qonaqpərvərliyi (Kazakların keçmiş atalarında olan hadisə)… Harada qaldı nazlı qonaq "mən başqasının yatdığı döşəkdə

yatmaram" dediyi üçün yatma vaxtına qədər yeni döşək tikən qadının mülayimliyi… Yoxsa taxta atlara minib gedən o gözəl insanlar kimi bu duyğularımızı da yola saldıq?

Seriallar zəhərli sarmaşıq kimi əvvəl beynimizə hiyləgər-hiyləgər girib damarlarını saldı, sonrada ürəyimizi zəbt edərək vəfa, təvazökarlıq, səbir, bağışlayıcılıq, mərhəmət, mülayim duyğularımızı zəhərləyərək keyitdi.

Əsrə (zamana) and içən Rəbbimizin bizə verdiyi ən qiymətli nemətimizi əldən qaçırmadan, gözəl duyğularımızı taxta atlara mindirib yola salmadan vaxtımızı fayda verməyən seriallar yerinə, xəstəlikdə və sağlamlıqda, yaxşı gündə və pis gündə bizə ehtiyacı olan sevdiklərimizlə keçirək….

Xədicə Şahin

Çimkənd. QAZAĞISTAN

01-12-2012


Xədicə Şahin
Bu yazıya 1079 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.