Bizim Qalaktikada Günəşin Yeri


Nazim Qaraməmmədli
Bu yazıya 792 dəfə baxılıb.

Maraqlıdır, Günəş sistemi Qalaktikamızın kənarında yerləşsəydi, nə baş verərdi?

Əgər Günəş sistemi Bizim Qalaktikanın kənarında yerləşsəydi, onda sistemin kənar hissələrində titrəmə və müəyyən qanunauyğunluqdan kənara çıxmalar çox olardı. Belə olan halda Yerdə həyat uzun müddət qorunub saxlanıla bilməzdi. Bizə belə gəlir ki, Günəşin bizim Qalaktikadakı yerinə Qurani Kərimin əl-Vaqiə surəsini 75-76 ayəsində bir işarə vardır. Doğrudur, bir sıra müəlliflər bu ayəni qara çuxurlara bir işarə kimi yozurlar. Qeyd etmək lazımdır ki, Qurani Kərimdə qara çuxurlara uyğun gələn bir çox ayələr vardır. Biz gələcək işlərimizdə qara çuxurlarla bağlı məsələyə toxunacağıq.

Günəş sisteminin bizim Qalaktikadakı hər cür bəladan hifz olunmuş mövqeyini aşağıdakı ayə açıq-aşkar bildirməkdədir.

Fussilət surəsi, ayə 12.

“Allah onları ( səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılışı altı gün ərzində başa çatdı). O, hər bir göyün işini vəhy edib özünə bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu hər cür bəladan) hifz etdik. Bu yenilməz qüvvət sahibi olan, ( hər şeyi bilən) Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”

Ayətdən göründüyü kimi “O, hər bir göyün işini vəhy edib özünə bildirdi” ifadəsi Günəşin Qalaktikadakı yerinin təsadüfi olmadığını göstərir. Bundan başqa “Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu hər cür bəladan) hifz etdik. Bu yenilməz qüvvət sahibi olan, (hər şeyi bilən) Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!” ifadəsinə diqqət yetirsək görərik ki, onu hər cür bəladan hifz etdik – Günəş sisteminin Qalaktikadakı yerinin seçilmiş olmasına bir işarədir.

Bu cür böyük dəqiqliklə tənzimləməni həyata keçirməyə isə Allahdan başqasının qüdrəti və elmi çatmazdı. Bizə belə gəlir ki, belə bir dəqiqlik təsadüfi proseslər nəticəsində yarana bilməz. Bu hər şeyi yerli-yerində və bacarıqla edən Allahın əzəli hökmünün nəticəsidir. İbrət götürüb düz yola qayıtmaq üçün bundan böyük dəlilmi istəyirsiniz?

Bizim bildiyimiz bu qədər. Daha yaxşısını və doğrusunu Allah Təala bilir.


Nazim Qaraməmmədli
Bu yazıya 792 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.