Gənc Qalmağın Sirri - YERKÖKÜ


Kəmalə Hüseynova
Bu yazıya 4281 dəfə baxılıb.

Bu dəfə də sizə kökün çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirəm ki, faydalanacaqsınız. 

Dünya florasında kök cinsinin 60-a qədər növü yayılmışdır. Kök cinsinə daxil olan növlərin əksəriyyəti birillik, ikiillik kökümeyvəli ot bitkiləri sayılır. Dünyada kökün 50-dən artıq sortu becərilir. Əkilən kök ikiillik, ətli kokumsovu olan ot bitkisidir. Qida və ədviyyat kimi ən qiymətlisi qırmızı, narıncı-qırmızı, bəzən sarı, bənövşəyi, ağımtıl-yaşıl, tünd bənövşəyi rəngdə olan kök sortlarıdır. Kökümsovunun tərkibində 88,8% su, 1,1% azotlu birləşmələr, 0,2% piyli yağ, 9,2% sulu karbohidratlar, meyvəsinin tərkibindən çoxlu sayda mikroelementləri vardır. Bundan əlavə, meyvələrdə vitamin qruplarından 25 mq% A, B2, B6, D, H, E, K və PP, piy və efir yağı, flavonoid birləşmələri, fizioloji fəal maddələrdən – sterol, lesitin və s. fermentlər tapılmışdır.

Dərman kimi yerkökünün kökü və tumları işlədilir. Yerkökünün tərkibində 9%-ə qədər A provitamini (karotin) olduğu üçün bundan A vitamini alınır. Yadda saxlamaq lazımdır ki, yerkökü yağla daha yaxşı həzm olunur. Kökdən hazırlanmış şirə qarınişlədici dərman kimi işlədilir. O, böyrəklərin, qaraciyərin xəstəliyində, duz yığılmasında, yüksək təzyiqdə çox xeyirlidir. 

Xora xəstəliyində, kolitdə yerköküdən istifadə etmək məsləhət görülmür. Xalq arasında yerkökü sidikqovucu və sidik kisəsindəki qum və daşları əridici vasitə kimi geniş yayılmışdır. Bunun üçün yerkökünün özündən istifadə edilir. Lakin yerkökünün, xüsusilə yabanı yerkökünün tumu daha yaxşı təsir göstərir. 

Yerkökü tumundan hazırlanmış toz və həlim qarın köpməsində və əsasən böyrək daşlarının əridilməsində işlədilir. 

İstifadə qaydası: tumun tozunun 1 qramını gündə 3 dəfə bölüb içmək lazımdır. Həlimi kökdənsə, tumdan hazırlansa yaxşıdır: 1 xörək qaşığı tum 1 stəkan suya tökülüb sobada bir neçə saat vam odda buğa verilir, isti-isti gündə 3 stəkan içilir. 

Şirin və şirəli kök antioksidant mənbəyidir. Həm də yerkökü qan azlığı olanlar üçün də yararlıdır. Bunun üçün hər səhər şirəsini içmək, ya da sürtgəcdən keçirdilmiş yerkökünü yemək lazımdır. Kök həm də qandakı xolesterolu aşağı salır, uşaqlarda boy artımına kömək edir, həzm prosesini yaxşılaşdırır. Bol miqdarda A vitamini saxlayan Kök B, C, D və E vitaminləri baxımından da olduqca zəngindir. Ayrıca karoten, şəkər və fosfor ehtiva edir. Bağırsaqları işlədərək həzmə kömək edir. Sidikqovucu və qazqovucudur. Qəbizliyi aradan qaldırar, ishalı kəsər Bağırsaq iltihablarını və böyrək ağrılarını aradan qaldırar. Bağırsaq qurdlarını salmağa köməkçi olar. Bədənə, ürəyə və gözlərə qüvvət verər. Yorğunluğa və qansızlıya yaxşı gəlir. Astma, bronxit kimi tənəffüs yolu xəstəliklərinə və öskürəyə qarşı faydalıdır. Xərçəngə qarşı qoruyucudur. Qandakı xolesterol nisbətini salan kök, ürək xəstəlikləri və damar sərtliyinə faydalıdır. İnfarkt və iflic riskini azaldır. Bədəndəki zərərli maddələri uzaqlaşdırmağa köməkçi olaraq qanı təmizləyir. Dəriyə təzəlik və canlılıq verir. Dəri xəstəliklərinə qarşı faydalıdır. Revmatizm  xəstəliyinə yaxşı təsir edir. Diş ətlərini gücləndirir. 

Kökün qurudulmuş toxumları qaynadılır. Hazırlanan çay iştah açır və ana südünü artırır.  Hamilə qadınlara yerkökü şirəsi qəbul etmək məsləhətdir. Qırmızı rəngli kök meyvəsinin tərkibində çoxlu karotin olduğuna görə, onu nazik hissələrə bölür və irinli yaraların, yanıqların üzərinə qoyub müalicə edirlər.

Kökdən hazırlanmış maskalardan kosmetikada geniş istifadə olunur. Rəndələnmiş yerkökünə limon suyu qatılaraq hazırlanan maska ​​xüsusilə yağlı dəri üçün çox faydalıdır. Kök saçlar üçün üçün də faydalıdır.

Saç baxımı üçün hazırlanan maskanın istifadə qaydası: 2 ədəd kökü rəndələyirik, 4 stəkan su 20 dəqiqəyə qədər qaynadılır, qaynayan suyun içinə rəndələnmiş  kökləri əlavə edirik. Su ilə birlikdə bu bitkilər də 20 dəqiqə qaynadılır. Daha sonra süzülərək kök suyuna 1 yumurta əlavə edirik. Bu qarışıq soyuduqdan sonra saça sürtürük və 1,5 saat gözləyirik. İlıq suyla saçlar yaxalanır və yuyulur.

Yerkökü salatı

Ərzaqlar:

4 ədəd yerkökü

2 xörək qaşığı zeytun yağı

1 stəkan qatıq (çox turş olmasın)

3 diş sarımsaq

sarı kişmiş

xırda doğranmış qoz

duz, istiot

Hazırlamaq:

1. Yerkökülərin qabığını soyun və sürtgəcin iri dişindən keçirin.

2. Tavada zeytun yağını qızdırın.  Yerkökünü yağa əlavə edib tez-tez qarışdıraraq yerkökülər yumşalanadək (təxminən 6-7 dəqiqə) bişirin. Bişmiş yerkökülər yumşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib yerköküləri soyudun.

3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyulmuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin.

4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl bir qaba qoyub üzərini qara zeytunla bəzəyin. Nuş olsun!


Kəmalə Hüseynova
Bu yazıya 4281 dəfə baxılıb.