25-ci kadr nədir?


Kubilay Aktaş
Bu yazıya 2788 dəfə baxılıb.

Gündəlik həyatımızda yaşadığımız bəzi problemlərin şüuraltımızdan qaynaqlandığını həmişə söyləyirik, amma əslində şüuraltımızın gücünün və əhəmiyyətinin fərqindəyikmi? Təxminən 15 ildir şüuraltı ilə bağlı işlər görən Kubilay Aktaşın "Gizli Təlqinlə Quran Müalicəsi" kitabında şüuraltımızın necə daha çox alış-veriş etməyimiz üçün ya da müəyyən bir mövzu haqqındakı düşüncələrimizin dəyişməsi üçün proqramlaşdırıldığını izah edir.

Eyni texnikanın müsbət istiqamətdə də istifadə edilə biləcəyini ifadə edən Aktaş, bu üsulla problemlərimizi aşa biləcəyimizi söyləyir. Kubilay Aktaşdan şüuraltı nədir, necə proqramlaşdırıla bilər, nə işimizə faydası olacağını soruşduq.

MƏNFİ TƏLQİN MÜVƏFFƏQİYYƏTSİZLİYİN SƏBƏBİDİR

Aktaş, şüuraltının sonsuz olduğunu, şüurun isə bu sahədən fərq edə bildiyimiz qismi, yəni cəmiyyətin ədəbləri, ənənələri, adətləri və qanunlarımızı ifadə etdiyini söyləyir. Şüuraltımız bir saniyədə 400 milyard bit məlumatı toplaya bildiyi halda, şüurumuz bunun yalnız 2000 dənəsini fərq edə bilir. Şüuraltı bir uşaq kimidir. Özünə deyilən hər şeyi götürüb tətbiq edir və yaxşı pis ayırımı etmir. Məsələn, uşaqlara deyilən "kiçiksən, edə bilməzsən, edə bilməzsən, olmaz" kimi mənfi təlqinlər şüuraltı tərəfindən alınaraq böyüdükcə onun müvəffəqiyyətsizliyinə səbəb ola bilir.

25-ci KADRDAKI MESAJLAR

Şüurun bu xüsusiyyəti kəşf edildikdən sonra, texnologiyanın da inkişafı ilə, Subluminal Texnika, yəni şüuraltına gizli mesaj göndərmə üsulu istifadə edilməyə

başlandı. Şüuraltına mesaj göndərmə müxtəlif yollarla edilə bilir. Musiqinin altına insan qulağının eşidə bilməyəcəyi, amma şüuraltımızın qəbul edə biləcəyi dalğa boyunda mesajlar yerləşdirilə bilir. Gözümüz saniyədə 24 kadrı qəbul edə bilir. Beləcə filmlərin, serialların, reklamların arasında 25-ci kadr istifadə edilərək bəzi mesajlar verilə bilir.

Qoxuyla belə şüuraltına mesaj göndərmək mümkündür. Bu texnikaları, qadağan olmasına baxmayaraq, daha çox reklam sektoru istifadə edir. Verilən reklamın arasına yerləşdirilən mesajlar sizi o məhsulu almağa istiqamətləndirə bilər. Aktaş, kino teatrlarda verilən 10 dəqiqə aralarda kola içilməsinə istiqamətli mesajlar çatdırıldığını söyləyir. 25-ci kadrdakı "kola iç" təlimatı film arasında qaçaraq kola almağa səbəb ola bilər.

CİZGİ FİLMLƏRİ MƏSUMDURMU?

Aktaş, bəzi supermarketlərdə səsləndirilən sürətli musiqilərin altına "daha çox al, daha çox al" mesajının yerləşdirildiyini də söyləyir. İnsan şüurunda alver şövqünü artıran Paçuli yağının da marketlərdə müəyyən zamanlarda istifadəsi qoxuyla təlqin üsullarından biridir. Aktaş, uşağınızın seyr etdiyi məsum cizgi filmlərində səs və görünüş yoluyla pornoqrafiya və şiddət ehtiva edən mesajlar yerləşdirilmiş ola biləcəyini iddia edir.

Aslan Kral, Ələddinin lampası 25-ci kadrları şəxsən təsbit etdiyi cizgi filmlərindəndir. "Donald Duck əmi”, cizgi filmində notbook ilə yazışır. Amma görünüşü dondurub yaxınlaşdırdığınızda ekranda çılpaq bir qadın görürsünüz. Orada nə işi var?", deyə Aktaş soruşur. Uşağınızın seyr etdiyi xətt filmindəki 25-ci kadrı anlaya bilmək üçün DVD-də ağır çəkilişdə izləyə bilərsiniz", deyir.

QURANIN SƏSLƏNDİRİLMƏSİ İLƏ YANAŞI “MÜQAVİMƏT GÖSTƏRMƏYİN” MESAJI

25-ci kadr filmlərdə də çox istifadə edilən bir texniki vasitədir. Aktaş, "Fight Clup” filmində 26 dənə 25-ci kadr vardır” deyir. Ağır çəkilişlə izləsəniz bu kadrları tuta

bilərsiniz. Bu filmin rejissoru, musiqilərini hazırlayan cinsi azlıqlardan və 25-cı kadrlara da cinsi azlıqlarla əlaqədar mesajlar yerləşdirilmişdir. Bu mesajları gördüyünüzdə cinsi azlıqlar sizə normal bir hadisəymiş kimi gəlir. “Üzüklərin Əfəndisi”ndə də 25-ci kadr mesajları var. Musiqi səsləndirilməsində də Madonna və Michael Jackson iştirak edir.

Bəzi siyasi partiyalar belə 25-ci kadrı bəzən istifadə edir", deyir. Aktaşa görə bu mesajların ən çox istifadə edildiyi ölkələrdən biri Rusiyadır. Amma Aktaşın əsl maraqlı iddiası "Amerikanın İraqı işğalı əsnasında radioda Quran səsləndirilərkən bununla yanaşı İraqlıların şüuraltına "müqavimət göstərməyiniz faydasızdır" kimi mesajlar verilirdi".

PROBLEMLƏRİ ŞÜURALTINIZ HƏLL ETSİN

Şüuraltımız mesaj bombardmanı altındadır. Yaxşı xəbərlə bu texnikadan müsbət istiqamətdə istifadə edilə bilər. Deyək ki, cəmiyyət qarşısında danışa bilmirsiniz. İstədiyiniz bir musiqinin altına probleminizi həll edəcək təlqinlər yerləşdirilir. Siz musiqini dinləyərkən şüuraltınız da bu təlqinləri götürür. Beləcə adama xüsusi hazırlanan təlqinlərlə probleminiz həll edilir.

Kubilay Aktaşın texnikasını daha xüsusi edən cəhət isə, bu təlqinləri Qurani Kərim ayələri, Cevşən, Əsmalardan istifadə etməsidir. Əvvəlcə insanın problemləri psixoloqlar tərəfindən təsbit edilir. Sonra o problemə uyğun Qurani Kərim ayələri və Əsmalar seçilib müəyyən bir ritimlə oxunur. Bu qeyd 8- 12 hertz dalğaya, beynin alfa dalğa ölçüsünə uyğunlaşdırılır və istənilən musiqinin altına yerləşdirilir.

Məsələn, insanın ünsiyyətlə əlaqədar problemi varsa, Hz. Musanın duası olan "Dilimdəki düyünü aç. Könlümə fərahlıq ver. Söylədiklərim aydın olsun", ayəsi istifadə edilir. Depresiya və şizofreniyalı bir vəziyyət varsa, daha çox tövhidə, bütünləyici mənalara aid ayələr, insanın ruh bədən və zehnini sinxronizə

edəcək, tarazlayacaq ayələr istifadə edilir. Adam bu musiqiləri dinləyərkən aldığı təlqinlərlə problemini aşa bilər. Aktaş, bu texnikanın onsuz da bütün dünyada istifadə edildiyini, öz texnikasını ayıran istiqamətin isə Quran ayələrinin istifadə edilməsi olduğunu söyləyir. "Quran qədər şüuraltına təsir edən, neyron şəbəkələrini xəbərdar edən başqa bir şey yoxdur. Bu baxımdan bu texnika onsuz da istifadə edilir, amma Quranla edilməsi, bənzəri olmayan bir texnika halına gətirir", deyir.

Ayətəl Kürsü oxuyaraq ətrafınızda işıqdan bir qoruma qalxanı olduğunu düşünün.


Kubilay Aktaş
Bu yazıya 2788 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.