Çanta


Mətanət Kərimova
Bu yazıya 965 dəfə baxılıb.

Çantanı hazırlamaq üçün bizə lazım olanlar:

İstədiyiniz rəngdə dəri parça

1 ədəd qayçı

Uc hissələrində qarmağı olan qayış

Bir ədəd də istədiyiniz rəngdə lent

Hazırlanması:

Şəkil 1

Əvvəlcə dəri parçanı dairəvi kəsmək üçün bir kağıza dairəvi lövhə çəkirik. Sonra həmin lövhəni dəri parçanın üzərinə qoyub qayçı ilə kəsirik.

Şəkil 2

Daha sonra dairənin kənarlarından xüsusi alət vasitəsilə, olmasa qayçı vasitəsi ilə bir neçə ədəd az aralıqlarla kiçik dəliklər açırıq.

Şəkil 3

Bəzəkli lenti götürüb bu dəliklərdən keçiririk və şəkildə göründüyü kimi düzəldib ön hissədən lenti bant kimi bağlayırıq.

Şəkil 4

Sonda isə qarmaqlı qayışı götürüb çantanın kənar hissələrindən lentə keçirdirik.

Şəkil 5

Budur, dəbli çantamız hazırdır.

 

 

 

 


Mətanət Kərimova
Bu yazıya 965 dəfə baxılıb.