Virtual Asılılıq


Reportaj
Bu yazıya 931 dəfə baxılıb.

Kəmalə Xancanova: Alov doğru zamanda və doğru istifadə olunduğunda çox faydalı, yalnış istifadədə isə bir o qədər zərərli olar. Eynən televizor, kompüter və internet kimi.  

Bizim Ailə: Kəmalə xanım, zəhmət olmasa özünüzü təqdim edin.

Kəmalə Xancanova: “Memoria Center” nevropsixologiya mərkəzinin psixoloqu Kəmalə Dilsuz

qızı Xancanova.

Bizim Ailə:. Kəmalə xanım, bu gün sosial media dedikdə nə başa düşülür?

İnternet həyatımıza 1993-cü ildən daxil oldu və ölkəmizdə çox sürətlə

yayılmağa başladı. Facebook, twitter, whatsapp, instagram kimi sosial şəbəkələrin

də meydana gəlməsi ilə hərkəs, xüsusən də qadınlar, uşaqlar və yeniyetmələr

kompüter qarşısında daha çox vaxt keçirməyə başladılar. Bir baxıma sosial bir

dönüş nöqtəsi oldu. Təbii ki, bunun müsbətləri olduğu kimi mənfiləri də var. Bir

tərəfdən bir neçə düymə ilə dünyanın bir ucundan digərinə bağlanma, ordakılarla

canlı görüşmə, araşdırmalar aparma kimi avantajları olduğu halda digər yandan isə

əxlaqi dəyərlərə neqativ yöndən təsir edə biləcək bir çox yayın özünə yer etmiş

oldu. Əslində günümüzdə əsl problem texnologiya alətlərinin yararlı və yararsız

olması deyil, insanların bu alətlərdən necə istifadə etsələr daha faydalı ola

biləcəyi problemidir. Və bunlarla bərabər yeni bir xəstəlik meydana çıxdı:

kompüter və internet asılılığı.

3. Kəmalə xanım, son zamanlar tez-tez eşitdiyimiz virtual asılılıq haqqında nə

deyə bilərsiniz?

Virtual asılılıq eyniylə zərərli maddə asılılığı kimi ciddiyə alınıb hətta lazım

gələrsə stosionar müalicə edilməlidir. Bu asılılığın olduğu qənaətinə gəlmək üçün

bir sıra əlamətlərə fikir vermək lazımdır. Məsələn, spirtli içki qəbul edən bir insan

səhər yuxudan oyandığı zaman alkoqolu necə tələb edirsə, virtual asılılığı olan

insan da səhər ilk olaraq internet təlabatını hiss edir. Lakin biz bu asılılığı hər hansı

bir maddə ilə məsələn, alkoqol və ya nikotin kimi konkret maddələrlə müşahidə

edə bilmədiyimiz üçün davranış asılılığı adlanır. Davranış asılılığının digər

bir əlaməti isə məhrumluq hissidir. İnsan fərqli məkana getdiyi zaman əgər getdiyi

yerdə internet yoxdursa bu zaman əsəbləşir, özündə sanki bir çatışmazlıq hissinə

qapılır. Başqa bir əlaməti isə davamlı olaraq artırmaq istəyidir. Yəni əvvəllər yarım

saat kifayət etdiyi halda get-gedə bu zaman artaraq demək olar ki, günün çox

hissəsini əhatə etməyə başlayır. Əslində isə bu, internet və ya sosial

şəbəkələrdən deyil, onların insanlara təqdim etdiyi mühitdən asılılıqdır. Bu mühit

sosial şəbəkələr, pornoqrafik və ya erotik material olduğu kimi, oyunlar və ya

filmlər də ola bilir.

4. Bundan ən çox zərər çəkən kim olur? Gənclərin, yeniyetmə və uşaqların bu

şəbəkələrdə vaxt keçirməsi nə ilə nəticələnə bilər?

Təbii ki, əgər ortada hər hansı bir pozuntudan söhbət gedirsə istənilən yaş

kontingentini əhatə edə bilir. Lakin ən çox zərər çəkən olaraq azyaşlıları, daha

dəqiq desək uşaq və yeniyetmə qruplarını düşünə bilərik. Çünki insanın ilk 6 ili

onun bütün şəxsiyyətinin formalaşmasında ən önəmli rolu oynayır və çox təəssüf

ki, hətta bu yaş dövründə belə uşaqlarımızı inkişaf etmiş texnikanın kənarında tuta

bilmirik. Və əgər bir halda ki, texnikadan danışırıqsa doğrusu buraya sırf internet

deyil ailələrin ən çox şikayət etdiyi digər bir texnikanı, televizoru da aid etmədən

keçə bilmərik. Təəssüf ki, müasir ana işini daha rahat icra etmək üçün hələ körpə

yaşlarından uşağını televizor qarşısında oturdur, bir müddət sonra isə “uşağımız

televizora həddindən artıq çox bağlıdır” şikayətləri ilə müraciət edir. Çünki

televiziya və ya kompüter qarşısında oturan uşaq nə sizin çağırışlarınızı eşidir, nə

də ətrafında baş verən hadisələrə münasibət bildirir. Digər halda uşaqlarda

pantomimanı artırır, demək olar ki, uşaqlar heç sözdən istifadə etmədən ünsiyyətə

üstünlük verirlər. Ən pis halda isə ümumiyyətlə real ünsiyyətdən imtina edirlər.

Yeniyetməlik dövrü isə daha həssas və böhranlı dövr olduğundan bu dövrdə

internet asılılığı fərqli formada özünü göstərir. Uşaqlar internetdən daha çox

oyunlar üçün istifadə etdiyi halda yeniyetmələr üçün bu mühit tanışlıq və ya sırf

ünsiyyət xarakteri daşıyır. Yeniyetməlik dövründəki qızlarla oğlanları müqayisə

etdiyimizdə oğlanların daha utancaq və özlərini ifadə etməkdə daha geri planda

olduğunu görə bilərik. Məhz bu utancaqlıq nəticəsində oğlanlar virtual aləmdə

kimliklərini dəyişərək daha rahat bir şəkildə özlərini ifadə edə bilir və buna görə də

belə mühitləri sevirlər. Bəzi valideynlər “virtual” olduğu üçün ortada təhlükəli bir

vəziyyət olmadığını düşünürlər. Lakin virtual aləm ən başda uşağın yalan

danışmasını, rol davranışlarını artırır. Bir çox ailələr uşaqlarının internet asılılığını

anladıqlarında onun həm də yalanlar danışdığının fərqinə varırlar. Bundan başqa

bu sosial şəbəkələrin yayılması digər təhlükələri də gətirdi. Bu gün bu

təhlükələrdən xəbərsiz olan, valideynləri tərəfindən bu mövzuda

maarifləndirilməyən uşaq və yeniyetmələr aldadılma təhlükəsi ilə qarşı-qarşıyadır.

Günümüzdə çoxlu sayda gənc qız internet vasitəsi ilə tanış olduğu, ona diqqət və

maraq göstərən, gözəl sözlər söyləyənə aldanaraq evdən qaçır.

5. Sosial media xəstəliyinə tutulanlara nə kimi məsləhətləriniz var?

Kompüter və internet faydalı olduğu qədər görüldüyü kimi yanlış istifadə

olunduğu halda böyük və geri dönüşü olmayan zərərlərə yol açır. Lakin bunların

yalnış istifadə oluna biləcəyi tamamilə qadağan olunmalıdır anlamına gəlmir. Əgər

valideynlər bunu tamamilə qadağan etsələr (bu da dövrümüzdə o qədər də

mümkün deyil) uşaqlarının hərtərəfli inkişafına mənfi təsir etmiş olarlar.

Uşaqlarına fürsət verməli, lakin kontrolu itirməməlidirlər. Əgər qadağan olarsa bu

da uşağın sosial həyatına təsirsiz ötüşə bilməz. Məsələn, müəllimi bir tapşırıqverdiyi zaman tapşırığı internetdən araşdırmalı ola bilər. Bu zaman digər yoldaşlarının heç bir məhdudiyyətsiz bunu edə bildiyi halda uşağın edə bilməməsi onda özünü qiymətləndirməni aşağı salar və sanki özünü geridə qalmış hiss edər.

Bu səfər çarəni internet kafedə tapar ki, bu da təbii olaraq ev mühitində internetə

girməsindən qat-qat daha təhlükəli xarakter daşıyır. İnterneti müəyyən yaşa qədər

də qadağan etmək həll yolu deyil. Çünki bu zaman da uşaq daha irəli yaşda ilk dəfə

mənfi halla qarşılaşanda onun təsirində daha uzun müddət qala bilər. Bu sanki

peyvəndə bənzəyir. Yəni, uşağın doğru zamanda və müəyyən miqdarda internetdən istifadəsi mümkündür. Xüsusilə anaların etdiyi ən kobud səhvlərdən biri də uşaq kompüter qarşısına keçdiyi zaman

onu zorla qaldırıb dərslərini oxumağa yollamaq olur. Çünki bu zaman uşaq nə

kompüterdə istədiyi kimi zaman keçirə bilir, nə də dərslərinə konsentrasiya ola

bilir. Bunun üçün də valideynlər uşaq və ya yeniyetmə ilə əvvəlcədən danışıb

yemək, dərs və asudə vaxtdan ibarət plan hazırlamalıdır. Dərslərini hazırlamasına 5

dəqiqə qaldığı zaman ana onu dərs oxumağa göndərmək istəsə uşaq “5 dəqiqəm

daha var” deyib 5 dəqiqə sonra özü dərslərinin başına gedəcək. Uşaq 1 saat

kompüter qarşısında oturubsa onun 15-20 dəqiqəsində yanında olub ona lazımlı

mesajları ötürmək, nəzarət olunduğunu hiss etdirmək lazımdır. Unutmayaq ki, alov

doğru zamanda və doğru istifadə olunduğunda çox faydalı, yanlış istifadədə isə bir

o qədər zərərli olar. Eynən televizor, kompüter və internet kimi.

Bizim Aile: Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. 


Reportaj
Bu yazıya 931 dəfə baxılıb.