İffət İnternetdən Əvvəl Də Vardı


Əli Can
Bu yazıya 1020 dəfə baxılıb.

İnternet, bir əyləncə və xəbər vasitəsi olaraq özündən əvvəlki bütün əyləncə və xəbər

mediasını dəyişdirdi. Eyni zamanda bir ictimai ünsiyyət vasitəsi olaraq istifadə edilən internet, ictimai əlaqə formalarımızın və ənənələrimizin bir çoxunu taxtından endirdi, dünyayla və bir-birimizlə olan əlaqələrimizi dəyişdirdi. Texnoloji icadlar və bunların yayılması mövzusunda məşhur olan iki fikir vardır: Birincisi, bu yenilik və icadların insanların həyatında nə kimi dəyişikliklər edəcəyi gözardı edilə bilməz. Bu müsbət fikirdir. İkincisi isə, texnoloji icadlar və dəyişikliklər bir manipülasiya və istismar vasitəsi kimi qəsdli olaraq təşkil edilir. Burada, cəmiyyətlərin mədəni və psixoloji çatışmazlıqlarının, passivliklərinin istismar edilməsidir. Yəni başqa faktorlarla, üfüqi və şaquli hərəkətlərlə, böyük ölçülü, kompleks amma parçalanmış yeni bir cəmiyyətin ehtiyaclarını həm istismar etmə həm də yoxetmə vardır. Bu görüşə görə əgər internet hələ icad edilməmiş olsaydı, biz yenə başqa bir

vasitə ilə manipulyasiya edilir ya da ağılsızca əyləndirilir olacaqdıq. İstər müstəqil bir sahədə icad

edilib, daha sonra yeni cəmiyyətlər və yeni həyat şərtləri ortaya çıxarmış olsun, istər qəsdli

olaraq yeni həyat formaları üçün icad edilmiş olsun internet məhsuldar tarlalardan hissə-hissə

torpaq qoparır.

İnternetdə ictimai rollar bir kənara qoyula bilir. Qarşılıqlı təsirə keçərkən fərqli bir yaşda

və cinsiyyətdə görünməniz mümkündür. Forumlarda, bloklarda, ictimai paylaşma saytı facebook-da

özünüzü ayrı bir cinsdən, tam fərqli biri olaraq tanıda bilərsiniz, sizə aid olmayan milyonlarla

insanlardan birinin fotoşəklini mənimdir deyə adınızın üzərinə yapışdıra bilərsiniz. İnternet

istifadəsinin ən təhlükəli cığırlarından biri; qadınların və kişilərin, üz-üzə deyə bilməyəcəkləri ifadələrlə görünüş və video paylaşmaları ilə həya və iffət sərhədlərini sıxışdırmasıdır.

Sizcə internet, texnologiyanın icadı və istifadəsi fikirlərin hansına görə var oldu?

Təhlükənin fərqinə vardıq. İndi bizi çəkib qurtaracaq bir əl lazımdır. Axtarışa başladıq. Yeni bir əxlaq sahəsi kəşf etdik: "İnternet əxlaqı". Eynilə digərləri kimi: "siyasət əxlaqı", "idman əxlaqı", "birlikdə həyat əxlaqı". Onun əxlaqı, bunun əxlaqı. Qiyamətə qədər daha minlərlə məsələ ilə

qarşılaşacaq insanoğlu və hamısına bir əxlaq örtüyü tapacaq. Qarşılaşılan son məsələyə, son

əxlaq olacaq ümidiylə. Beləcə kamala çatmamış şəxsiyyətlər hər dəfə yeni bir uyğunlaşma

problemiylə üz-üzə gələcəklər. İddia edirəm əxlaq təkdir. Bu da hər sahədə etibarlıdır.

İnsana yalan danışmağın haramlığını ilmə-ilmə işləyək, sözünü tutmağı anladaq, başqasına əziyyət verməyin əzabını azca hiss etdirək. Fitnə fəsadı aradan qaldırmağı, həsədin yandırıcılığını öyrədək. Kinin, nifrətin yox ediciliyini hiss etdirək, vəzifələrin müvəqqəti olduğunu bildirək. Cəmiyyətin əxlaqsızlığının, insanın əxlaqsızlığından yarandığını göstərək. Müsəlmanın başqalarının namusundan da məsul olduğunu çatdıraq. İnsana iffəti öyrədək, davranış və həssaslıq

ölçüsünü daşıyaq, sonra küçədə, işdə, internetdə hamı o şəxsiyyəti, əxlaqı sərgiləsin.

İnsandan başqa heç bir canlının davranışlarının əxlaqiliyi sorğulanmaz. İnsanın əxlaqlı

davranışı onun bəzi dəyərlərə müəyyən bir məna verməsi və öz davranışlarını bu anlayışa görə nizamlaması deməkdir. Yalnız qarşımızdakılar deyil, özümüz də əxlaqi davranış çərçivəsində olmalıyıq. Elə isə insan başqalarını qiymətləndirərkən öz şəxsiyyəti

haqqında da bir fikir sahibi olmaq məcburiyyətindədir. Hər kəsdə bir mənlik anlayışı, yəni öz şəxsiyyəti

haqqında bir qənaət vardır. Siz necə bir insansınız? Öz şəxsiyyətinizə qarşı necə duyğular

bəsləyirsiniz? Özünüzə qarşı necə davranırsınız? Suallarına veriləcək cavablar, insanın

mənliyini ortaya çıxarar. İnsanın əxlaq anlayışı və ya əxlaq məlumatı ilə davranışı arasında hər

zaman bir uyğunlaşma olmur. Ən böyük dərdimiz, bu uyğunlaşmanı təmin etmək olmalıdır.

İffəti ələ alaq! Haramdan uzaq dayanmaq, halal və gözəl olmayan söz və davranışlardan

çəkinmək mənasını verən iffət, insanı bədəni və maddi həzzlərə həddindən artıq düşkünlükdən qoruyan ərdəm deməkdir.

Peyğəmbərimiz (s.ə.s.), "Hər kim dilinə və şəhvani arzularına hakim olacağına dair mənə söz

versə mən də onun cənnətə girməsinə zamin olaram" buyurur. Baxın, sizə universal bir əxlaq

meyarı. Hər yerdə istifadə edin. İstər siyasətdə, istər internetdə, istər işyerində. Hökmü bilmək kafi deyil. “Mən bunun harasındayam? Buna görə özümü necə göstərirəm? Bunu qəbul edirəmsə digərləriylə bunun işığında necə qarşılaşaram?” Suallarına veriləcək cavab olmalıdır. "Mömin kişilərə söylə: Gözlərini haramdan çəksinlər, ismətlərini qorusunlar. Bu özləri üçün daha təmizdir. Şübhəsiz ki Allah onların

bütün etdiklərindən xəbərdardır. Mömin qadınlara da söylə, gözlərini haramdan çəksinlər

və ismətlərini qorusunlar, zinətlərini açmasınlar!" (Nur Surəsi, 30-31) ayəsini anlamış, dərk etmiş, özünü buna uyğunlaşdırmış müsəlman kişi və qadın internetdəki hansı qeyri ciddi

səhifəyə baxa bilər? Bu ayə yalnız küçədəki davranışlarımız üçünmü bizi xəbərdar edir?

Müsəlmanın şəxsiyyəti təkdir. Hər vəziyyətdə və mühitdə zinanın haramlığını bilib, ona

bulaşmaz, ona yaxınlaşdıracaq vasitələrdən də uzaq dayanar. "Yeddi qrup insanı Allah, kölgəsindən

başqa kölgənin olmadığı gündə Ərşinin kölgəsində kölgələndirər" Onların arasında bunu

da sayar: "Mövqe və gözəllik sahibi bir qadın özünü (pisliyə) çağırdığı halda (çağırışını

rədd edib) "Şübhəsiz mən Allahdan qorxaram" deyən kimsə "hədisini qavramış mömin kişi,

internetdə qeyri ciddi niyyətlərlə tanışlıq saytlarına baxa bilərmi? Möminlərin anaları

olduğu Quranda bəyan edilən "Peygambərin xanımlarından bir şey istədiyiniz zaman pərdə

arxasından istəyin. Bu, həm sizin ürəkləriniz, həm də onların ürəkləri üçün daha təmiz bir

davranışdır", (Ahzap 53) ayəsini bilən həm də özünü bilən bir qadın, internetdə söhbət

səhifələrində necə davranar? "Evlənməyə imkanları olmayanlar isə; Allah, lütfü ilə

özlərini varlıqlı edənə qədər iffətlərini qorusunlar", (Nur 33) ayəsini eşitmiş möminə

namuslu olmaq üçün nə qədər əxlaq sahəsi açmaq lazımdır?

En böyük idealları mükəmməl bir əxlaqa çatmaq olan kəslər, özləriylə daim

hesablaşmalıdır. Təsəvvüfdə nəfs mühasibliyi adı verilən şey budur. İnsan hər

fürsətdə daxilə baxmaqla mənliyini fərq edərək, etdiyi hərəkətlərin və başındakı fikirlərin

Allahın əmrlərinə və qadağanlarına uyğunluğuna nəzarət etməlidir. Həyatın hər anında, həmçinin internetdə...


Əli Can
Bu yazıya 1020 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.