Tələlərlə Dolu Meşə


Albina AXISKALI
Bu yazıya 1055 dəfə baxılıb.

Asiyada meymun tutmaq üçün istifadə edilən müxtəlif cür tələ vardır. Bir kokos oyulur və iplə bir ağaca və ya yerdəki bir payaya bağlanır. Kokosun altından nazik bir yarıq açılır və oradan içinə şirin bir yemək qoyulur. Bu yarıq yalnız meymunun əlini açıqkən sala biləcəyi büyüklükdədir. Əlini yumduqda çölə çıxara bilməz. Meymun şirin yeməyin qoxusunu alır, yeməyi götürmək üçün əlini içəri salır, amma yemək əlindəykən əlini çölə çıxarması mümkün olmur. Yumruq edilmiş əl, bu yarıqdan çölə çıxmır. Ovçu gəldiyində meymun dəliyə dönür, amma qaça bilmir. Əslində,  bu meymunu məhbus edən heç bir şey yoxdur. Onu yalnız öz ​​nəfsinin gücü məhbus etmişdir. Etməli olduğu tək şey, əlini açıb yeməyi buraxmaqdır. Amma zehnində tamah o qədər güclüdür ki, bu tələdən xilas olan meymun çox nadir hallarda görülür.

Dünya, təmiz doğulub yeni paltarıyla palçıqda oynayan uşaq kimi kirləndiyimiz yerdir. Anasının hirsləndiyini bilə-bilə bir anlıq oyun zövqü və həvəsi üçün hər şeyi gözə alan uşaq kimi... Bəli, oynadığımız və əyləndiyimiz... Oyundan əl çəkməyən bir varlığıq. Uşaqkən oynadığımız o qədər oyun azmış kimi, böyüyərkən də oyunlar davam edir. Amma oyunun rəngi büyüdüyümüzdə bir az daha dəyişər, bu oyunlar uşaqkən oynadığımız kimi məsum deyil. Duyğularımızla, ümidlərimizlə, xəyallarımızla, gələcəyimizlə və hətta hayatımızla oynayırıq. Dünya, eynilə yuxarıda verdiyimiz hekayədəki kimi şeytan deyilən mərhəmətsiz ovçunun hazırladığı tələlərlə əhatə edilmiş bir meşədir. İçi oyulmuş, bütün pisliklər, haramlar doldurulub, xaricdən bəzənmiş və qurbanının bütün zəif nöqtələri diqqətə alınaraq hazırlanmış bir tələ... Həyat səfərində getdiyimiz yollara qoyulmuş və hiyləgərcəsinə qurbanını gözləməkdə olan bir tələ... Və qurban, İnsan ..!

Nəfsi istəkləri, acgözlüyü üzündən sahib olduqlarının belə şükrünü əda etməkdən məhrum olan varlıq... Gördükcə istəyən, əldə etdikcə çoxaldan, çoxaldıqca doymayan varlıq... Meşədəki tələlərdən xəbərdar olmasına baxmayaraq, həqiqətlərə göz yumub, həlaka doğru istəklə qaçan varlıq... Nəfsiylə döyüşə girdiyi halda dara düşdüyündə təsəllini düşməndən axtaran varlıq... Bir saat sonra belə həyatda olub-olmayacağını bilmədiyi halda yığma duyğusundan əl çəkə bilməyən bir varlıq...

Halbuki Rəbbim insanoğlunu bir neçə loğma ilə kifayətlənəcək şəkildə yaradıb. Sahib oldularınıza şükür edin və infaq edin ki, çoxaldım deyir. Yalançı dünya bazarında dürüst tacir ola bilsəydik ticarətimizdən qazancımız olardı. Biz fərqində olmasaq da ömür sərmayəmiz azalır, eynilə ağacda tələyə düşmüş və ovçunu gözləməkdə olan qurban kimi. Və gün gəlir hər yalanın bir sonu olduğu kimi, gözlər də həqiqətə açılır. Qaranlıq meşəyə günəş doğur hər tərəf işıqlanır. Artıq yalanların saxlana biləcəyi bir kölgə qalmır.

İnsanoğlu bir uçurum kənarında həqiqətlə qarşılaşan yalanlar kimi çırpınır. Həyəcan onu sarmışdır, artıq yolun sonuna gəldiyinin fərqindədir. Ovlanan bütün qurbanlar kimi xarici görünüşü bəzənmiş yalanlara aldanmışdır və artıq bütün iplər ovçunun əlindədir. Hər qurban kimi insanoğlu da asan olan qaçış yolunu seçir. Amma bütün həyatını uğruna fəda edərək yığdıqlarını bir göz qırpımında silib qaçmaq asan deyil. Kim asanlıqla edə bilər bunu? Bax elə buna görə zəifliyinin qurbanı olur . Əslində, qurtuluş çətin deyil. Bəzən bütün gücünü istifadə edərək, özünü əldən salmağın üçün bir səbəb yoxdur. Əslində, insanı fəlakətə sürükləyən nəfsi istəkləri və daha çox qazanc əldə etmək ehtirasıdır. Bax buna görə məqsədimiz ov və ya ovçu olmadan o qədər hiyləyə baxmayaraq, dünya meşəsindən sağ-salamat çıxmaq olmalıdır.

Rəbbim nəfsiylə mübarizədə zəfər çalanlardan etsin cümləmizi ... Amin! 


Albina AXISKALI
Bu yazıya 1055 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Yanmaq
  • Tələlərlə Dolu Meşə