Günəş Və Planetlərin Nisbi Ölçüləri


Nazim Qaraməmmədli
Bu yazıya 1019 dəfə baxılıb.

Qurani-Kərim, ər-Rad surəsi, ayə 3.

“Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!”

Yer yeganə planetdir ki, onun adı Yunan və ya Roma mifologiyasından götürülməmişdir. O, öz adını ingilis, yaxud da alman dilindən götürür. Bu planetin başqa dillərdə də adları çoxdur. Məsələn, Roma mifologiyasına görə, Yerin tanrısı Teluzadır. “Tellus”- məhsuldarlıq tanrısı deməkdir. Yunan mifologiyasına görə Yerin anası “Giadır”.

Ancaq XVI əsrdə müəyyənləşdirildi ki, Yer də Günəş sisteminə daxil olan adi planetlərdən biridir. Həmin dövrə qədər Yeri Dünyanın mərkəzi hesab edirdilər. Bütün digər planetlərin və Günəşin Yerin ətrafında  dövr etməsi qəbul edilmişdi. Bu sistemə Geosentrik sistem deyirdilər. Hazırda Heliosentrik sistem qəbul olunmuşdur. Bu sistemdə Günəş mərkəzi cism hesab olunur.

Biz səma cisimlərinin quruluşunu və təkamülünü təqdid edərək, ümumilikdə, Kainatın təkamülü, yaradılışı, müxtəlif inkişaf mərhələləri haqqında məlumat əldə edə bilirik. Bu səma cisimlərindən biri də sonsuz kosmik fəzada insanın “evi” olan Yer planetidir. Yer günəş sisteminə daxil olan səkkiz planetdən biridir, nə ən böyüyü, nə də ən kiçiyidir. Öz ölçülərinə görə beşinci və Günəşdən məsafəsinə görə üçüncüdür. Günəşlə Yer arasındakı orta məsafə 150 milyon km-dir. Onun radiusu orta hesabla 6400 kilometrdir. Forması kürədən bir az fərqli, qütblərdən basıq və fırlanma ellipsoidinə yaxındır. Kütləsi 5,98.1027 qramdır.

Günəş sisteminə daxil olan 8 planetin və Günəşin nisbi ölçülərinin görünüşü, planetlərin ölçüləri haqqında aydın təsəvvür yaratmaq üçün şəkil də verilmişdir.

Bəs Yerin daxili quruluşu necədir?

Yer kürəsinin dərin qatlarının quruluşunu öyrənməkdə alimlərin köməyinə seysmologiya elmi gəlir. Seysmologiya zəlzələ haqqında elmdir. Zəlzələlər və vulkan püskürmələri Yerin mantiya qatında baş verir.

Məlumdur ki, orta hesablaYer kürəsində hər sutkada müxtəlif yerlərdə 200-ə yaxın zəlzələ baş verir. Orta hesabla ildə bir dəfə isə katostrofik, yəni böyük fəlakətlə nəticələnən zəlzələ olur. Məsələn, 1920-ci ildə Çində olan zəlzələ zamanı 200 min nəfər, 1923-cü ildə Yaponiyada baş verən zəlzələ zamanı 142 min nəfər, 2004-cü il dekabr ayının 26-da cənub-şərqi Asiyada baş verən zəlzələ və zəlzələdən sonra yaranan sunami nəticəsində isə təxminən 170 min nəfər həlak olmuşdur.

 

 


Nazim Qaraməmmədli
Bu yazıya 1019 dəfə baxılıb.