Bronxit


Vüqarə Məmmədova
Bu yazıya 1383 dəfə baxılıb.

Siz düşünəndə ki, artıq soyuqlamısınız, sinənizdə ağrı, öskürək əmələ gəlib, bir qədər sonra isə temperaturunuz yüksələndə bu kəskin bronxitin əlamtləri ola bilər. Kəskin bronxit sizin ağciyərlərinizin əsas çıxarıcı tənəffüs yolları iltihablananda əmələ gələn vəziyyətdir. Bronxitlər adətən respirator infeksiyanin davamı olaraq əmələ gəlir. Siqaret çəkmə də bronxitin risk faktorlarındandır. Kəskin bronxitlər bir çox hallarda bir neçə gün ərzində keçib gedir. Lakin bəzən öskürək bir neçə həftə çəkə bilər. Əgər bronxit əlamətləri təkrarlanırsa bu həkim diqqəti tələb edən astma və ya xroniki bronxit ola bilər. Odur ki, mütləq həkimə müraciət edin.

Əlamətləri: Sarı bozumtul və ya yaşıl bəlğəm bronxitin əsas simptomlarındandır. Bəlğəm özü tənəffüs yollarının ifrazatı olmaqla siz xəstə olmayanda da tənəffüs yollarında olur, lakin xəstəlikdən fərqli olaraq sağlam vaxtı bəlğəm yığılıb qalmır və vaxtaşırı udlağa gələrək udulur..Lakin xəstəlik zamanı sizin tənəffüs yollarınız artıq miqdarda bəlğəm ifraz edir. Bu proses 3 aydan çox davam edərsə bronxit xronik sayılır. Bəlğəmin rəngli olması ikincili infeksiyanın qoşulmasının əlamətidir.

Bronxitin simptomları yalançı ola bilər. Belə ki, bronxitli xəstələrin heç də hamısı bəlğəm ifraz etmir.

Uşaqlar isə bəlğəmlərini udurlar və valideynlər bəlğəmin nə rəngdə olduğunu təyin edə bilmir. Siqaret çəkənlər isə hər səhər bəlğəmlərini təmizləməli olurlar.

Kəskin bronxitlər zamanı əlavə müşahidə olunan simptomlar: - Sinədə qıcıqlanma və yanğı hissi, boğaz ağrısı, sinusitlər, sıxılma, tənginəfəslik, xırıltılar, yüngül qızdırma və üşütmə, zəiflik.

Bəzən sinusitlər, yəni sizinq burunun uzun ətrafında olan sümük boşluqlarında infeksiyanın olması da bronxitə oxşar əlamət yarada bilər. Çünki bu zaman burunda əmələ gələn sarı və yaşıl selik və öskürək xəstələr tərəfindən bronxitlə səhv salına bilər.

Bronxitlər eyni zamanda sizin mədənizdən turşular qida borusuna düşərkən əmələ gələ bilər. Müxtəlif tozlar və tüstülər olan şəraitdə işləyən insanlarda da bronxitlər əmələ gələ bilər.

Xronik Bronxitlər

Bəzən nəfəs yollarınızın iltihabı daimi olaraq xronik bronxitə çevrilir. Əlamət və simptomlar tənəffüsün qısalması, davamlı öskürək, bəlğəmin çox həcmdə olmasıdır. Xronik bronxit diaqnozu o zaman qoyulur ki, il ərzində öskürdüyünüz günlərin sayı cəmi ən azı 3 ay etsin və bu 2 il dalbadal davam etsin. Adətən, xronik bronxiti olan siqaret çəkən şəxslər hər gün öskürürlər. Kəskin bronxitdən fərqli olaraq xronik bronxit ciddi xəstəlikdir. Siqaret çəkmə əsas səbəbdir, lakin ekologiyanın çirkli olması, tozlar və zəhərlər xəstəliyə səbəb ola bilər. Bəzi şəxslərdə tənəffüs yollarının xronik iltihabı astma yarada bilər.

Risk faktorları

Siqaret çəkən şəxslər və onlarla bir evdə yaşayanlar, xüsusən də uşaqlar kəskin və xronik bronxitlər üçün risk qrupu sayılırlar. Digər risk faktorları: - Bədən müqavimətinin aşağı olması - Gastroezofagezl refluks xəstəliyi (GERD). Mədə turşuları qida borusuna gələrək xronik öskürəyə səbəb olurlar. Bura tekstil fabriklərində işləyənlər, iş yerində ammonium, turşularla kontaktda olanlar daxildir. Belə bronxit bəlğəmsiz ola bilər və həmin qıcıqlandırıcılar ilə kontakt kəsilərkən sağalır.

Nə zaman həkimə müraciət etməli: Əgər siz dincəlirsiniz və çox həcmdə maye qəbul edirsinizsə, bronxitlərin bir çoxu bir neçə günə təmizlənir.. Siqaret, digər tüstü və qazlardan uzaq olmağa çalışın. Öskürəyiniz kəskindir, sizi yatmağa qoymur, 3 gündən artıq davam edən elə də yüksək olmayan qızdırma, tənginəfəslik, yaşıl-sarı bəlğəm olduqda həkimə getməyiniz məsləhətdir. Bu ola bilər ki, həm də sətəlcəm olsun, həkimə müraciət edin və tibbi yardım alın. Sizin ağciyər və ürək problemləriniz varsa, bir neçə dəfə bronxit olmusunuzsa, bu xronik hala keçə bilər. Bronxitlər bəzi insanlarda pnevmoniya ilə (sətəlcəmlə) ağırlaşır. Yaşlı şəxslər, körpələr, siqaret çəkənlər, ürək xəstəliyi olanlar, xronik respirator xəstəliyi olanlar risk qrupunu təşkil edirlər.

Təkrarlanan bronxit hallarını ciddi qəbul edin. Onlar xronik bronxit, astma və digər ağciyər xəstəliklərinə səbəb ola bilər. Əgər sizdə xronik bronxit varsa və eyni zamanda siqaret çəkirsinizsə bu ağciyər xərçənginə səbəb ola bilər. Kəskin bronxitin müalicəsində əsas məqamlar: Dincəlmək, çox həcmdə maye qəbul etmək, öskürək əleyhinə müalicə olunmaqdır.

Profilaktika

Əgər sizdə təkrarlanan tutmalar varsa problem sizin yaşadığınız mühitdə ola bilər. Soyuq, nəm şərait, siqaret tüstüsü sizi kəskin bronxitə həssas edə bilər. Belə bir problem varsa siz yaşayış və iş şəraitinizi dəyişməli ola bilərsiniz. Bəzi profilaktik tövsiyyələr: Siqaret tüstüsündən uzaq olun, qripə qarşı vaksinasiya olunun. Əksər hallarda bronxit qripdən sonra əmələ gəlir. Əllərinizi tez-tez dezinfeksiya edin. Burununuzun içinə və gözlərinizə çirkli əllərlə toxunmayın. Xəstələrin ətrafında olanda üz maskası geyinmək imkanı varsa istifadə edin.


Vüqarə Məmmədova
Bu yazıya 1383 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.