Quran Əhli - Salihə qızlarımıza müraciət


Osman Nuri Topbaş
Bu yazıya 1235 dəfə baxılıb.

Bu yazıda, Quran kurslarımızda bir tərəfdən elmi təkamüllərini gerçəkləşdirərkən, digər tərəfdən könül dünyalarını da rəhmət dərgahına çevirən və yeganə məqsədləri, Cənabı Haqqın rızasını qazanmaq olan salihə qızlarımıza müraciət olunur.

Heç vaxt unutmayın ki, siz:

XIV əsr əvvəl təşrifi ilə aləmləri rəhmətə qərq edən Peyğəmbərimiz (s.ə.s.)in gözəl əxlaqı ilə zinətlənib, ümmətə ana olmuş Hz.Xədicə, Hz.Aişə və digər validələrimizin bu günkü nəvələrisiniz. Onların bütün ehtişamı ilə həyatlarında sərgilədikləri “Müsəlman xanım” modelinin bu günkü təmsilçilərisiniz.

Bu etibarla sizin könül dünyanızda:

Bütün malını Allah üçün cömərdliklə bağışlayan Hz.Xədicə varsa,

Peyğəmbərimiz (s.ə.s.)in “Dininizin üçdə birini Aişənin evindən öyrənin!” buyurduğu hədisə müctəhid dərəcəsində bir Hz.Aişə varsa,

Özü ac və bir parça çörəyə möhtac ikən, öncə din qardaşını düşünərək comərdlik sərgiləyən Hz.Fatimə varsa,

Uhud döyüşündə iki oğlu, atası, yoldaşı və qardaşının şəhid olduğu xəbəri verilərkən, bunlara fikir verməyərək və böyük bir narahatçılıqla:

“Allah Rəsuluna: “salamatdırmı?” deyən və onu görərkən anam-atam sənə fəda olsun ey Allahın Rəsulu! Sən salamatsansa heç bir şeydən narahat olmaram!” deyərək könlündəki məhəbbəti göstərən Sumeyra xatun varsa,

Kadisiyə döyüşündə dörd oğlunun şəhid olduğunu xəbər alarkən, böyük iman sevgisilə:

“İslamın zəfəri üçün dörd oğlum fəda olsun!” deyərək Allaha təvəkkül və təslimiyyət içərisində şükr edən bir Hansa xatun varsa,

“Qızım sabah satacağımız südə bir az su qarışdır!” deyən anasına:

“Anacan! Deyək ki, xəlifə görmür, bəs Allah da görmür? Bu hiyləni insanlardan gizlətmək asandır, amma hər şeyi görüb bilən kainatın Xaliqi Allahdan gizlətmək mümkündürmü?..” deyəcək səviyyədə könlü Allah sevgisi və qorxusu ilə diri olan və Ömər ibn Əbdüləzizlər doğan analar varsa,

Olduğu karvanı soyan soyğunçuların:

“Səndə qızıl varmı?” deyə soruşanlara, anasının can köynəyinə tikdiyi 40 qızıl pulunun olduğunu söyləyən, “Övladım sən niyə qızıl pulunun olduğunu söylədin? Sən deməsəydin heç kim sənə baxmazdı!” deyən soyğunçuların başçısına:

“Mən evdən çıxarkən anama heç vaxt yalan söyləməyəcəyimə dair söz vermişdim. 40 qızıl pul üçün verdiyim sözü heç pozarammı?” cavabını verəcək dərəcədə, kiçik və məsum ürəyindəki böyük əsaləti sərgiləyən Əbdülqadir Geylani Həzrətlərini yetişdirən doğruluq nümunəsi olan analar varsa,

Qəlblərə Cənabı Haqqın ismini nəqş etmək üçün bir ömür boyu çırpınan Şahı Naqşıbənd Həzrətlərinin, idrakları hikmət dəryasına sövq edən sözləri ilə Mövlana Həzərləri, şeirləri ilə ruhları hüzura qərq edənYunus Əmrə Həzrətləri, nəsihətləri ilə cahan sultanlarına yol göstərən Hüdayi Həzrətləri və Haqq dostlarının könül torpağına, ilk hikmət toxumlarını atan irfan sahibi analar varsa,

Yaradandan ötrü yaradılanlara şəfqət və mərhəmət düsturu ilə yetim qızları mühafizə və onları evləndirmə vəqfi başda olmaqla, bir sıra xeyriyyəçilik edən Mahpeykər Kösəm Validə Sultan varsa,

Yenə yağışlı bir gündə, Əyyub Sultan Məscidinə ziyarətə gedərkən, bir su yığımında çırpınan pişik balasını görərkən çıxarmaq üçün çirkli suyun içinə girən və soyuqdan titrəyən o pişiyi qucağında isidən mərhəmət dəryası Pertevniyal Validə Sultan varsa,

Hacıların Ərəfatda susuz qalmamaları üçün Şamdan şirin su gətirən və var-dövlətini bu yolda sərf etmək istəyən, könlündəki şəfqət və mərhəməti ilə “Xidmətkarların qırdığı və ya zərər vurduğu əşyaları, onların şəxsiyyətləri və mənəviyyatları incinməsin deyə təzmin etmək vəqfi” quran Bəzmialəm Validə Sultan varsa,

Üstündə titrəyərək yetişdirdiyi övladını cəbhəyə göndərərkən, qurbanlıq qoçları xınaladıqları kimi xınayanlar, “Övladım, əgər kürəyindən qurşun dəysə, analıq haqqımı sənə halal etmərəm!” sözləri ilə döyüşdən əsla qaçmaması gərəkdiyini təlqin edən fədakar, cəfakar və çiləkeş analar varsa,

Övladına olan həqiqi mərhəmətindən dolayı, onun sadəcə dünyəvi istiqbalını deyil, əsl axirət istiqbalını qazanması üçün daim dualar edən və bu yöndə əlindən gələni əsirgəməyən ömürlük bir təşəkkürə layiq olan salihə analar varsa,

Sən;

Fəzilət səmasında, ulduz olan şəxsiyyətlərlə dolu bir mədəniyyətin varisisən deməkdir.

Yəni sən;

Keçmişi şan və şərəflərlə dolu olan fəzilətlər mədəniyyətinin bu günkü təqibçisi və təmsilçisi vəzifəsindəsən. Bu səbəbdən də çox dəyərli və çox qiymətlisən. Məhəmməd İqbalın bu ifadələri yerinə düşür:

“Ey örtüsü namusumuzun pərdəsi olan müsəlman qadını! Sənin üzündəki nur, iman qəndilimizin sərmayəsidir. Yaradılışındakı saflıq, Haqdan bizə rəhmətdir, dinimizin qüvvətidir, ümmətimizin varlıq əsasıdır. Övladımız süddən kəsilən kimi, ona kəliməyi tövhidi ilk öyrədən sənsən. Sənin məhəbbətin bizim halımızı, fikrimizi, sözümüzü, işimizi tənzim edir.

Toplum fidanının abı həyatı sənsən. Ümmətin əmanətini qoruyan mühafiz sənsən. Fitrətindəki ülvi hissləri kəşf et. Hz.Fatimə sənin üçün bir nümunədir, ondan gözünü və könlünü ayırma. Ta ki, sənin ağacın da bir Hüseyn meyvəsi versin, gülüstan əvvəlki mövsümü gətirsin”.   

Arif Nihat Asyanın dediyi kimi:

Bu kitablar Fatehdir, Səlimdir, Süleymandır,

Bu mehrab Sinanuddin, bu minarə Sinanındır,

Haydı, artıq uyuyan dastanını oyandır!

 

Bilməm, nədən gündəlik işlərlə təlaşdasan

Qızım, sən də Fatehlər doğuracaq yaşdasan!

 

Bir də bunu ifadə etmək lazımdır ki, salehə bir xanımın Haqq qatındakı qiyməti çox böyükdür. Belə ki, Peyğəmbərimiz (s.ə.s.) bir hədisi şərifində:

“Mənə dünyanızdan qadın və gözəl qoxu sevdirildi, namaz da gözümün nuru qılındı”, (Nəsai, İşarətün-Nisa, 10, Əhməd III, 128, 129) buyurmuşdur. Yəni salehə bir xanımı Cənabı Haqq sevmiş və Həbibinə də sevdirmişdir. Ümumiyyətlə, peyğəmbərlərin, övliyaullahın və fətih ruhuna sahib cəngavərlərin arxasında daima salehə bir xanım vardır. Bir xanımın, bu ləyaqəti qazana bilməsi də ancaq Quran və Sünnət istiqamətində yaşaması ilə mümkündür.

Aləmlər sultanı peyğəmbərimiz, Vəda Haccındakı xütbəsində bu gerçəyi belə bəyan etmişdir:

“...Sizə elə bir əmanət qoyuram ki, ona bərk sarıldığınız müddətdə yolunuzu çaşmazsınız. O əmanət, Allahın Kitabı və Nəbisinin sünnətidir...” (Hakim I, 171/318)

Yəni bu müqəddəs miras, sənə ülvi bir əmanətdir.

Bu səbəblə sən,

Oxuduğun hər şeyin Hiradan gələn, “Rəbbinin adıyla oxu” (əl-Ələq 1), əmrinə uyaraq sadəcə Allah üçün oxumalısan. Yenə Sevrdə könülləri hüzura qovuşduran: “Kədərlənmə, çünki Allah bizimlə bərabərdir”, (ət-Tövbə 40), ayəyi-kəriməsinin həqiqətində dərinləşərək, həyatın acı sürprizləri qarşısında heç bir zaman yasa qapılmamalı, ümid, həyəcan və əzmini daima mühafizə etməlisən.

Və yenə Peyğəmbərimiz (s.ə.s.)in müjdəsini heç vaxt unutmamalısan:

“İnsan, sevdiyi ilə bərabərdir”. (Buxari, Ədəb 96)

Sizlərin də Kitab və Sünnəti layiqi ilə yaşayaraq bu ləyaqəti qazanmanızı, təqva sahibi gənc xanımlar olaraq halınızla da ən gözəl şəkildə İslamı təbliğ edə bilmənizi Rabbimizdən niyaz edirik.

Cənabı Haqq, cümlənizə Xədicə Validəmizin cömərdlik və fədakarlığından, Aişə validəmizin elm və irfanından, Fatimə validəmizin iman və təqva dərinliyindən, mübarək salehə anaların ruhani xüsusiyyətlərindən pay almağı nəsib etsin...

Amin!

 


Osman Nuri Topbaş
Bu yazıya 1235 dəfə baxılıb.