İsraf Və Qənaət


Fatimə Qəhrəmanova
Bu yazıya 949 dəfə baxılıb.

Dinimizin qadağan etdiyi xüsusiyyətlərdən biri; fərd və toplumu yoxsulluğa, fəlakətə sürükləyən, cəmiyyəti yıxan israfçılıq əməlidir. İnsanlığın rifahını və səadətini yüksək tutan dinimiz İslam, israfı önəmsiz  xərcləri qadağan etmiş, insanlara qənaətli olmağı, hər neməti yerli-yerində istifadə etməyi əmr etmişdir. Uca Allah Qurani-Kərimdə kamil möminin özəlliklərini sayarkən; onların daima qənaətli olmalı olduqlarını qeyd edərək Onlar  xərclədiklərində nə israf edərlər, nə də xəsislik edərlər. Onların xərclədikləri bu ikisi arasında tarazlaşdırılmış bir xərcləmədir.”(əl-Furqan, 67).

Uca Allahın bizə bəxş etdiyi maddi imkanların israf edilməsi, bir çox yuvanın dağılmasına, ailələrin, toplumun və ölkənin iqtisadı cəhətdən zəifləməsinə səbəb olur. İnsanın həyatda rahat yaşaması və dolanışığı üçün iki cəhət zəruridir. Bunlardan biri qazanmaq, digəri də əldə olanı yerli-yerində və ölçülü şəkildə xərcləməkdir. Bunlardan biri əskik olarsa həyatın ahəngi pozular, yaşamaq çətinləşər, hüzur yox olar. Peyğəmbərimiz Hz.Peyğəmbər (s.ə.s.)in Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərinizə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-büluğa çatana qədər, xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız” (Ənam Surəsi, 151-152) söylədiklərini unutmamalıyıq.

Yer üzündə hər nemətin bir sonu olduğunu unutmamalıyıq. Sevgi yerinə kin, məhəbbət yerinə qısqanclıq, doğruluq yerinə yalan, fədakarlıq yerinə xudbinliklə hərəkət edərək ömrümüzü, zamanımızı, imkanlarımızı boşa xərcləmiş, israf etmiş oluruq. Zibilliyə atılan çörəklər, boşa xərclənən  zaman, enerji, boşa axıtılan su və s. hər biri israfdır. Gənclərin vətən, millət adına xərclənməsi lazım olan zamanlarını və bol enerjilərini küçələrdə, çayxanalarda keçirmələri boş israfdan başqa bir şey deyil. Bilik öyrənmək, ailəyə və cəmiyyətə faydalı işlər görmək əvəzinə Allahın qızıl tək bəxş etdiyi və bir daha geri qaytarılması mümkün olmayan zamanı mübahisəyə və faydasız işlərə xərclənmək də israfdır.  Maddi və mənəvi israf bizi başqalarına möhtac hala gətirər. Dəyəri bilinməyən zaman və həyat israfdır. Elə isə imkanlarımızı, qazandıqlarımızı, sağlığımızı, sərvətimizi ölçülü şəkildə istifadə etməli, qazancımızdan ehtiyacı olan  qohum və imkansızlara mümkün qədər yardım etməliyik.


Fatimə Qəhrəmanova
Bu yazıya 949 dəfə baxılıb.