Hər kəsin sevdiyi meyvə - Portağal


Kəmalə Hüseynova
Bu yazıya 2435 dəfə baxılıb.

Portağal – alman mənşəli sözdür, mənası “çin alması” deməkdir. Portağal ağır və əllə toxunulduqda bərk olmalıdır. Portağalı bıçaqla kəsmək olmaz, dilim-dilim yemək lazımdır. Orta əsrlərdə müxtəlif xəstəliklərin müalicəsində ondan geniş istifadə edilmişdir. O cümlədən: • Portağal maddələr mübadiləsini yaxşılaşdırır, qanda şəkəri azaldır. Diabetli xəstələrə portağal şirəsi içmək məsləhət görülür.

• Portağal orqanizmin bütün funksiyalarını aktivləşdirir, əsəbləri və beyini möhkəmlədir.

• Portağal (və ya şirəsi) yeməkdən ən azı 20 dəqiqə əvvəl qəbul edilməlidir. Əks təqdirdə həzmetmə orqanları xəstəlik tapa bilər və həzm etmə çətinləşər. • Portağal (və ya şirəsi) yeməkdən yarın saat əvvəl qəbul edildikdə iştahanı açır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xüsusilə qəbizliyin aradan getməsində çox kömək edir.

• Portağal şirəsi görməni yaxşılaşdırır, diş ətini möhkəmlədir, əsəb sistemini bərpa edir, artıq piylənməni aradan aparır, qan damarlarının işini qaydaya salır, infeksiyadan qoruyur, ömrü uzadır. Xəstələrə şirəni həm xalis, həm də suyla qataraq vermək olar. • Dişləri və diş əti xəstə olanlar müntəzəm olaraq bir neçə həftə portağal şirəsi içməlidirlər. • Portağal şirəsi hətta qastrit və on iki barmaq bağırsaq xorası olanlara da kömək edir. İfrazat orqanları pis işləyənlərə isə portağal şirəsinin içilməsi məsləhət görülmür. • Portağal bədəndəki lazımsız maddələri çıxarır, iltihabı sağaldır. • Yatmazdan əvvəl portağal yemək olmaz. • Portağalın qurudulmuş qabığı iştaha açır, soyuqdəymə, öskürək zamanı, pisxassəli yaralarda işlədilir. • Portağalın qabığı böyrək, bağırsaq xəstəlikləri və sidik kisəsinin daşının müalicəsində istifadə olunur. • Qızdırma zamanı portağal qabığı toz halına salınıb, hər gün 2-3 dəfə qəbul edilməlidir. Yüksək hərarət zamanı (artrit varsa) hər vaxt portağal şirəsi içilə bilər.

Portağalın zərərli cəhətləri: Bu günə qədər mütəxəssislər arasında portağalın zərərli cəhətləri ilə bağlı mübahisə gedir. Mütəxəssislər hesab edirlər ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün bu meyvə zərərli ola bilər. Portağal yeyərkən "qızıl orta"nı tapmaq lazımdır. Bu məqamda dahi şair Nizami Gəncəvinin məşhur misralarını yada salmaq münasib olardı: Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verər o da.

İtaliya şəhərində portağal döyüşləri

İtaliyanın şimalındakı İvrea şəhərində 3 gün davam edən karnavala rəvayəti ilə bağlıdır.qatılanlar bir-birlərini portağal atəşinə tutur. Bu XII əsirdən gələn bir ənənədir.

Qədim hekayədə dəyirmançı qızı, Markus adlı zalım hökmdarın yaxınlıq təklifini rədd edərək onun boynunu vurur.

Deyilənə görə o gündən bəri qeyd olunan bayramda məhz hökmdarla sadə adamların tutuşması səhnələri canlandırılır.

Portağallar isə tiran hökmdarının kəsilmiş başının rəmzidir.

3 gün ərzində davam edən meyvə döyüşlərində tədarük edilmiş 500 ton portağal istifadə olunur.

Enerji gətirən içki : stəkanda 1 çay qaşığı şəkər və bir az duz, az miqdar qaynar suda əridilir. Sonra ona 1 çay qaşığı təzə sıxılmış portağal şirəsi əlavə olunur. Stəkan soyuq su ilə doldurulur, qarışdırılaraq içilir. Bu içkidən marafonçular da istifadə edirlər.

Portağal maskası

Tərkibi:

2 çay qaşığı un

1 ədəd portağalın təzə sıxılmış şirəsi

Kosmеtoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rutubətli olana, məsləhət görürlər. Portağal şirəsini unla yaxşıca qarışdırırlar və əmələ gəlmiş kütləni üzə sürtdükdən sonra, üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtürlər. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla еhtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayırlar.

Portağalli toyuq filesi salatı İstifadə olunan ərzaqlar: 300 qr. toyuq filesi 3-4 ədəd portağal 200 qr. təzə xiyar mayonez duz Hazırlanması: Toyuq ətini qaynadıb bişirin və xırda - xırda doğrayın. Portağalı yuyun və onu xüsusi bıçaq vasitəsi ilə dairəvi ziq-zaq şəklibdə kəsin. İki hissəyə bölün. Portağalın içərisini boşaldın. Portağalın iç hissəsini də xırda - xırda doğrayın. Xiyarı yuyub xırda - xırda doğrayın. Sonra toyuq ətini, xiyarı və portağalı qarışdırın və zövqə görə duz, istiot vurun. Üzərinə mayonez əlavə edib yenidən qarışdırın. Sonra içi boşaldılmış portağal qabığının içərisini hazırladığınız salatla doldurun. Salatın üstünü müxtəlif giləmeyvələr ilə bəzəmək olar.

Portağallı isti kökələr

Lazım olan ərzaqlar:

1 stəkan ilıq süd

4 stəkan un

1 paket maya

1 yumurta

1 stəkan şəkər tozu

Yarım stəkan əridilmiş kərə yağı

1 tutam duz

1 çay qaşığı darçın

1 yemək qaşığı rəndələnmiş portağal qabığı

Yarım stəkan portağal şirələməsi

Yarım stəkan qırmızı çöl mərsini

Üzəri üçün:

2 yemək qaşığı portağal suyu

1 stəkan pudra şəkər

Hazırlanması:

Un və mayanı geniş bir qabda yoğurun. Süd, yağ, şəkər, duz, darçın əlavə edib yoğurun. Lazım olsa un və ya süd əlavəsi edin. Üzərini örtərək 1 saat mayalanmağa qoyun.

Xəmirə rəndələnmiş portağal qabığı, portağal şəkərləməsi və çöl mərsini əlavə edib yoğurun. Xəmiri 16 parçaya bölüb yumrulayaraq yağlanmış soba qabına sərin. Üzərini örtərək 40 dəqiqə istirahət etdirin. Üzərinə çırpılmış yumurta çəkib, 190 dərəcəli sobada qızarana qədər bişirin.

Pudra şəkərinə portağal suyunu əlavə edib qarışdırın. Yağlı kağızdan edilmiş papağa doldurub kökələrin üzərinə möhkəmlədin. 30 dəqiqə istirahət etdirib xidmət edin.


Kəmalə Hüseynova
Bu yazıya 2435 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.