Hidayət Və Yardım Allahdandır


Dilbər Hacıyeva
Bu yazıya 880 dəfə baxılıb.

Bu gün insanların çoxu dinin cızdığı yolu tərk edib yalnız maddiyyata əhəmiyyət verməyə başlamışdır. Halbuki maddiyyat bir heçdir. İnsanın ölməz qismi  ruhudur. Ruh maddiyyat ilə bəslənməz. Ruhun qidası, onu və hər şeyi yoxdan yaradan Allah Təalaya doğru olaraq iman, sonra ona ibadət və qulluq etməkdir. Bu gün bütün elm adamları Allah Təalanın varlığına inanırlar. Ancaq iman və ibadətləri yanlışlara, doğru olmayan fikirlərə, sözlərə aldanaraq haqq  yoldan ayrılmaqdadır:

Amerikanın ən böyük beyin cərrahı olan, bir çox elmi dərəcələr qazanmış, elmi nailiyyətləri ilə şöhrət qazanan prof. White, həyatında yaşamış olduğu hadisəni və bu hadisənin onun İslama gəlməyinə səbəb olduğunu açıqlayır:

Əməliyyat üçün gətirilən uşaq 6 yaşında sevimli bir qız idi. Çox gözəl, ağıllı düşüncəli qızdı. Ancaq müayinə nəticəsində beynində böyük bir şiş olduğunu gördük. Əməliyyata apardıq. Bu şiş ilə bağlı olan kist onun çox inkişafına səbəb olmuşdur. Mən içi su ilə dolu olan hissədən əməliyyata başladım. Ancaq fəlakət! Yarımkürə şəklində olan kistli şiş birdən birə kiçilməyə başladı və səthindəki damarlar  partladı. Əməliyyat anında qan fışqırmağa başladı. Bulaq kimi axan qanı dayandırmaq üçün həkim yoldaşalarımızla birgə əlimizdən gələni edirdik. Ancaq  qan dayanmırdı. Əlimizi hər şeydən üzmüşdük. Qızı itirəcəyimizdən qorxurduq. Üzərimizə böyük bir ağırlıq, hüzn çökmüşdü. Mən partlayan damarların üzərinə pambıq parçaları qoyaraq qanı dayandırmağa çalışırdım. Qan dayanmış kimi göründü, ancaq əlimi qaldıra bilmirdim.  Çünki əlimi qaldırsaydım qanın təkrar axmağa başlayacağından və bu dəfə artıq heç nə edə bilməyəcəyimizdən əmin idim. Uşağa qan köçürülməyə başlandı. Mənim kimi zavallı bir insan necə olur ki,  özündən yaşca çox kiçik olan qızın beynində əmələ gəlmiş olan şişi kəsib çıxarmaq cəsarətini tapa bilərdi?!

Adına beyin dediyimiz, bütün işləri görən, insana şəxsiyyətini verən zəka, həyacan, hiss, istrab, düşüncə, xəyal kimi fərqli-fərqli qüdrətləri bəxş edən, ancaq Allahın yarada biləcəyi bu bənzərsiz əsərə bir aciz qul necə toxuna bilərdi?

Aradan yarım saat keçdi. Əməliyyat otağında tam bir sükunət vardı. Hamımızın vəziyyəti olduqca pis idi. Həkim yoldaşlarım və mən əlimi qaldıracaq olsam yenidən bulaq kimi qan axmağa başlayacağını və bununla da  məsum qızın həyatının sonu olacağını bilirdim. Elə o anda, Allah Təalaya dua etməyə başladım və onun köməyinə sığındım: “Allahım, barmaqlarıma lazımi güc ver və mən bu qanaxmanın qarşısını ala bilim”, - deyə dua ilə yalvardım. O anda qəlbimi böyük bir fərahlıq aldı. Çünki artıq Rəbbimə təvəkkül etmişdim. İndi sakitcə barmaqlarımı damarların üzərindən qaldıracağıma və qanın artıq axmayacağına inanırdım. Əslində, mənim inandığım Allahın gücünün mənimlə olduğu idi. Bütün ruhumla Rəbbimi hiss edirdim. O anı söyləməyə kəlmələr tapa bilmirəm. Bütün bu çətinliklər mənim İslama gəlməyimə səbəb oldu. Allahın izni ilə qan artıq dayanmışdı. Qanın axması dayandıqdan sonra əməliyyatı etmək asanlaşdı. Əməliyyat 4,5 saat davam etdi. Bir həftə uşağın yanından ayrılmadım. Qızın yavaş-yavaş sağaldığını gördükcə çox sevinirdim.

            Bu gün həmin qız 10 yaşındadır və tam sağlam və xoşbəxtdir.

            Mən isə bu əməliyyatda iştirak edib həyatımı dəyişdiyimə, Rəbbimə qovuşduğuma görə çox xoşbəxtəm.      


Dilbər Hacıyeva
Bu yazıya 880 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.