Yay Kursları Və Uşaqlar


Xədicə Şahin
Bu yazıya 1210 dəfə baxılıb.

Azərbaycanın ən gözəl qəsəbələrindən biri olan Əliabadda, ölkə müstəqilliyinə qovuşduğu andan etibarən məscidlərdə Qurani-Kərim dərsləri fəaliyyətə başlamışdır. Quran öyrənmək üçün mədrəsəyə gələn 23- 24 yaşlarındakı Günay müəllimə:

"Xilas et narından Allah,

Ayırma didarından Allah,

Cənnətdə camalından Allah,

Bizləri məhrum eyləmə Allah" ilahisinin sözlərini tapa bilərsinizmi?" dedi. Səbəbini soruşduğum zaman "10-11 yaşlarındaykən Quran kursuna gedincə müəllimimiz bu ilahini əzbərlətmişti, çox təsirlənmışdım. Yalnız bir iki misrası yadımda qalıb. Yenidən əzbərləyib bu ilahini söyləmək istəyirəm" dedi.

Yenə Qazaxıstanın Çimkənt şəhərindəki Quran kursunda edilən söhbətə xarici görünüşləri son dərəcə müasir, universitet tələbəsi olan üç qız qoşuldu. Tanış olduqdan sonra bu kursu, söhbəti haradan eşitdiklərini soruşduğumuzda bir neçə il əvvəl bu kursda açılan yaz kursuna qatılmışdım. "o havanı unuda bilmədiyim üçün yenidən sizləri ziyarətə gəldim" dedi.

Kiçik olanda ürəklərə atılan toxum çürüməz. İllər keçsə də bir gün yaşıllaşar. Bu səbəbdən kiçik yaşda verilən Quran təhsili daşa yazılan yazılara bənzyir. Uşaq ruhuna yerləşir. Yaz kurslarında təhsil verən müəllimlər, təhsilə gələn uşağa məlumatdan çox sevgi verməlidir. Əsası sevgi olan təhsil, bizlərə insanın qəlbini qazandırar. Yuxarıdakı iki misalda sevgi əsaslı təhsil alan uşağın ürəyində Quran kurslarının isti bir yuva təəssüratı meydana gətirdiyini, illər sonra o yuvanın istiliyini hiss etmək üçün yenidən qayıtdığını görürük. Bunun əksini göstərən nümunələr də, təəssüflər olsun ki, mövcuddur.

Bir yaz kursuna Quran öyrənmək üçün gələn 12 yaşında bir şagird diqqət  göstərilmədiyi üçün kursu heç sevməmişdi. Ayrılmaq istədiyi halda atası "Quranı öyrənmədən səni buradan əsla götürməyəcəm" deyir. Burada tanış olduğu 50-60 yaşları arasındakı müəllimə "nə olar müəllimim 1 həftə ərzində mənə Quranı öyrədin, buradan xilas olum. Burdan çıxsam bu kursa bir daha əsla gəlməyəcəm", deyir. Bu uşaq bəlkə də həyatı boyunca Quran kursu deyilərkən diksinərək, kurslara həbsxana gözü ilə baxacaq.

Yanlış davranışa nümunələr, təəssüf ki, çoxdur. 45 yaşlarında bir qadın 8-9 yaşlarında ikən məscidə Quranı öyrənmək üçün gedir. Sübhanəkə duasını əzbərləyib Tahiyyata keçincə bu duanı heç cür əzbərləyə bilmir. Əzbərləmədən müəllimin yanına gəlincə, müəllim kiçik qızın üzünə bir sillə vurur. Kiçik qız sillənin verdiyi ağrıdan daha çox qəlbində yaranan kədər və qorxu səbəbi ilə bir daha məscidə getmir. İllər sonra qardaşı evlənərkən dini nikahlarını qıymağa, duasını əzbərləyə bilmədiyi üçün kiçik qızı sillələyən imam gəlir. Yaşının çox olmasına baxmayaraq, müəllimi görüncə qadın qorxudan titrəməyə başlayır. Bu hadisəni yaşayan adam yediyi yumruğun təsirini hələ də hiss etdiyini bu sözləri ilə ifadə edir: "Namazda hər Tahiyyat duasını oxuyarkən kiçik olanda yaşadığım o hadisə ağlıma gəlir, ürpərirəm".

Yaz kurslarının məqsədi uşaqların könlünə girib, o kiçik ürəklərdə yaxşı iz, şirin xatirələr qoya bilməkdir. Allah Rəsulu (s.ə.s.) belə buyurur: "Asanlaşdırın, çətinləşdirməyin; sevdirin nifrət etdirməyin". Yaz məktəbində uşağa şiddət tətbiq olunaraq bezmə və nifrət duyğuları oyandırılacaqsa, yaz kursunu açmamaq daha xeyirlidir. Yaz məktəbi açıq ürək əməliyyatı qədər diqqət tələb edən bir müddətdir. Yaz məktəbinin təşkilindəki məqsəd uzaqlaşdırmaq deyil, yaxınlaşdırmaq; öyrətmək deyil, sevgi və şəfqət toxumlarını səpməkdir.

Uşaq təhsili bir binanın inşasında kərpicləri üst-üstə qoymaq kimi bir işdir. Kərpicləri üst-üstə qoyarkən arada boşluqlar qalsa bina zərər görə bilər. Bu daşları düz yerləşdirmək ilk olaraq ana-atanın işidir. Bəzən ana-ata bu daşları yerinə yerləşdirməkdə səhvlər edə bilər. Dövrəyə din təhsili verən pedaqoqlar daxil olarsa cəmiyyətə sağlam bir nəsil qazandırılmış olar. Əhəmiyyətli olan kərpicləri qırmadan uşağın könül dünyasını inşa edə bilməkdir.

Əvvəlki alimlər elm öyrədən kimsəyə "bu gün neçə adamın qatili oldun" deyə soruşurlarmış. Yaz kursu təhsili verən pedaqoqlara da bu sualı yönəltmək yerində bir davranışdır. "Görəsən yaz, kurslarında neçə uşağın qatili olurlar?"

 


Xədicə Şahin
Bu yazıya 1210 dəfə baxılıb.