Yerin Kimyəvi Tərkibi


Nazim Qaraməmmədli
Bu yazıya 911 dəfə baxılıb.

Hələlik Yerin nüvəsində kimyəvi elementlərin paylanması haqqında vahid qəbul olunmuş elmi nöqteyi - nəzər yoxdur.

Bəs bizim planetin yaşı nə qədərdir?

Gündəlik həyatda insan vaxtı ölçmək üçün gücə və gündüzün dəyişməsindən, Ayın fazalarından, fəsillərin dəyişməsindən istifadə edir. Ancaq bu sadaladıqlarımız Yerin yaşını təyin etməyə imkan vermir. Yerdə olan radioaktiv elementlərdən istifadə etməklə onun yaşını təyin etmək olar. Müəyyən mülahizələr əsasında təyin edilmişdir ki, Yerin yaşı təqribən 4,5 milyard ildir.

Məlum olduğu kimi, biz Yerin səthində yaşadığımızdan onun Yerdən bilavasitə bütöv şəklini çəkmək mümkün deyildir.

Hal-hazırda Yer səthində 800-ə yaxın fəaliyyətdə olan vulkan vardır. Vulkan püskürmələri də Yerin daxili quruluşunu öyrənməyə kömək edir. Xatırladaq ki, Yer qabığının kimyəvi tərkibi aşağıdakı kimidir:

Oksigen 47%, silisium 25,5%, alüminium 8,05%, dəmir 4,65%, kalsium 2,96%, natrium və kalium 2,5% və maqnezium 1,87%-dir. Bu səkkiz element Yer qabığının 99%-ni təşkil edir.

1.      Okean

2.      Okeanlar alt yer qabığı

3.      Kontinentlər alt yer qabığı

4.      Yuxarı mantiya

5.      Aşağı mantiya

6.      Xarici nüvə

7.      Daxili nüvə

Qurani-Kərim, əl-Əraf, ayə 57.

“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!”

Yer səthinin 70,8%-ni (361 mln.kv.km) təşkil edən su örtüyü hidrosfer adlanır. Quru hissəsi Yerin 29,2%-ni (149 mln.kv.km) təşkil edir. Dünya okeanının dərinliyi təxminən orta hesabla 3900 metrdir. Okeanlar Yerin su ehtiyatının 97%-ni təşkil edir. Okeanlarda olan güclü hava axını istiliyi ekvatordan qütblərə doğru aparır. Bunun hesabına Yerin iqlimi müəyyən dərəcədə tənzimlənir. Küləklər vasitəsi ilə Allah istədiyi bölgəyə yağmur göndərir, təbiəti canlandırır və ona yeni bir ruh verir. Son dövrlərə qədər insanlar bilmirdilər ki, yağmurun bu və ya digər bölgəyə düşməsində əsas rolu küləklər oynayır. Halbuki gördüyünüz kimi bu Qurani-Kərimdə 1400 il bundan qabaq öz əksini tapmışdır.   


Nazim Qaraməmmədli
Bu yazıya 911 dəfə baxılıb.