Texnologiya Ya Məktəb?


Sanem Altan
Bu yazıya 744 dəfə baxılıb.

Təhsilin daha yüksək bir nöqtəyə gəlməsi üçün fikirlər irəli sürən, məqalələr nəşr edən bir sayt mövcuddur.

Orada, həqiqətən, maraqlı yazılar oxuyuram, bu yaxınlarda böyük bir həyəcanla davamı ilə maraqlandığım bir başlığa rast gəldim. “Silikon vadisinin idarəçilərinin uşaqları niyə texnologiya olmayan bir məktəbə gedir?”

Təəccüblü bir başlıqdır, deyilmi?

Bizim Leyla 7 yaşındadır, bu il birinci sinfi bitirir.

Hələ birinci sinfə yazılarkən məktəbin müdiri mənə “imtahan haqqında düşünən bir valideyn burada razı qalmaz. Biz uşaqları imtahanlara hazırlamırıq, onların xoşbəxt olmalarını, yaxşı dil öyrənmələrini, qabiliyyətlərini kəşf etmələrini əsas götürürük” demişdi, mən də çox təsirlənmiş “axtardığım məktəb budur” demişdim…

Sonra bunu atama deyərkən və ödədiyimiz məktəb pulunu söylədiyim zaman, atam mənim ağılsız olduğumu Leylanı da bu ağılsızlıqla məhv edəcəyəmi düşündü. Bir ibtidai məktəbin bu qədər bahalı olmasının “mədəniyyətsizlik” olduğunu söylədi.

Düzü, düşününcə ona haqq verirəm… Ödədiyimiz pul, qızım üçün lazımlı fədakarlığı etdiyim duyğusunu təmin edir və bu pulla yaxşı bir təhsil alacağına inanmamı təmin edir, yəqin.

Düşündükcə, bəzən bu pulu Leylanın təhsili üçünmü, yoxsa öz rahatlığım üçünmü ödəyirik kimi bir şübhəyə də düşürəm.

İndi nə vaxt Leyla bir şey etməkdə çətinlik çəksə, “onsuz da məktəb qabaqcadan bunu söyləmiş, burada təhsil çox yaxşı deyil demiş, uşağın doğru dürüst oxumasına ehtiyac yoxdur, amma məktəbdə bir musiqi otağı var, görsən möhtəşəm” deyə atam mənimlə lağ edir. Bax, o zamandan bəri uşaqlar necə bir məktəbə getməli deyə, həqiqətən, maraqlanıram, araşdırıram,bu saytı da belə kəşf etdim.

Demet Sunarın da yazdığı yazını çox bəyəndim. Texnologiyanın nəhəngləri uşaqlarını texnologiya olmayan bir məktəbə göndərir.

Bu məqalə New York Timesdə nəşr olunmuş və təbii ki, çox böyük səs-küyə səbəb olmuşdu.

Məktəbin adı "Waldorf School of the Peninsula"dır. Bu məktəbdə heç bir texnologiya aləti yoxdur.

E-Buy, Google, Apple, Yahoo, Hewlet-Packard kimi texnologiya nəhənglərinin uşaqlarını göndərdikləri məktəb budur.

Kompüter, ağıllı yazı taxtaları yoxdur, bildiyiniz lövhə, təbaşir, kağız qələm… Hörgü, tikiş, palçıqla əl işi öyrənməyin digər vəsaitləri. Bir də oyun və hekayə danışmaq var …

 

Google şirkətinin əsas rəhbəri Alan Eagle, “beşinci sinfə gedən qızım hələ Google-dan istifadə etməyi bacarmır, bunu yerinə tikiş bacarır” deyir… Hədəfi bir gün öz corablarını tikə bilməkmiş.

Waldorf təhsil sisteminə görə məsələ həll etmək və riyaziyyat bacarığı, hörgü hörmək, qayçı ya da bıçaq istifadə etmək kimi əl bacarıqları ilə inkişaf edir.

Əl bacarıqları, atlama, tullanma, dırmaşma kimi hərəkət bacarıqları 7 yaşından sonra zəkaya çevrilirmiş. İnsanı sarsıdan və düşündürən bir yanaşmadır.

Elə deyilmi?

Texnologiya, zəka və əl bacarığı arasındakı doğru əlaqə nədir görəsən?

Açığı mən yenə bu fikri sevdim … Uşaqların texnologiya yerinə torpaqla, təbii həyatla iç-içə böyüməsinin zəkalarının daha da artması üçün doğru zəmin olduğuna inanıram …

Xatırlasanız iki böyük kompüter nəhəngi də Steve Jobs və Bill Gates də böyük müvəffəqiyyətlərinə məktəblərini yarıda buraxaraq çatmışlardı. Qızımın məktəbi ilə danışmağı planlayıram, onlara təbiət, torpaq, əkinçilik sahəsində dərs keçmələrini, hətta bunun məsuliyyətini də öz üzərimə götürməyi təklif edəcəyəm… Sonra bir baxarsınız əkinçilik, tikiş, hörgü bütün məktəblərə yayılmış, hətta əsas dərslərdən birinə çevrilər …

Bəlkə bu anlayışı texnologiya ilə birləşdirmək daha da müvəffəqiyyətli bir nəticə verə bilər.

 

 

 

 


Sanem Altan
Bu yazıya 744 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.