Toyuq yoxsa? Önünüzə qoyulan qidaya diqqət yetirin!


Fidan Seyfullazədə
Bu yazıya 976 dəfə baxılıb.

“Toyuq” və onun məhsullarının istehlakının, əlbəttə, bir çox səbəbi var!

“Toyuq deyə satılan məhsullar, həqiqətən, toyuqdurmu?”- sualına cavab vermək lazımdır. Artıq adına toyuq deməyimiz belə imkansızlaşan heyvanların böyük əksəriyyəti genetik dəyişikliyə məruz qalmışdır. Toyuqların yemlərinə qan və ət tullantıları, həmçinin toyuq məhsulları qatılır. Və beləcə öz cinslərindən olan heyvanların ətini yeyən toyuqlar vəhşiləşirlər.

Genetik quruluşu dəyişdirilərək vəhşiləşən bir heyvan yaxud yumurtlama aparatına çevrilən toyuq, ac qaldıqda və digər vəziyyətlərdə yanındakı başqa canlı bir toyuğu yediyinə artıq tez-tez rast gəlinir.

Şəxsiyyət, mədəyə girən qidalarla meydana gəlirsə, vəhşi ev heyvanlarını yemək insan nəslinə necə təsir edər, heç düşünmüsünüz? Nəticə etibarı ilə, artıq  neçə ildir bilmirəm, amma uzun illərdir toyuq məhsullarını yemirəm. Çünki toyuq bizə görə “şüphəli” olmasa da, “…Haram və ya halal olduğu şübhəli olanlar vardır”. İnsanlardan çoxu bunları bilmirlər. “Hər kim bu şübhəli şeylərdən uzaq olsa, dinini də, şərəfini də qorumuş olar. Kim də şübhəli şeylərə yönəlsə harama düşmüş olar” - hədisi-şərifinə görə hal hazırda satışda olan toyuq və toyuq məhsullarını yeməməliyik. Bunun həlli yenə də bizim əlimizdədir.

Qazancı qədər yeyib-içdiklərindən də hesaba çəkiləcək insanlar, ona təqdim edilən hər şeyi yeməməlidir. Biz şərtlərimizi ortaya qoyub onlara itaət etsək, istehsalçılar da yaşamaq üçün bizim seçimlərimizə hörmət göstərmək məcburiyyətində qalarlar.

Mövcud sistemdə ruh və bədən sağlamlığımız və həyatımız, təəssüf ki, kapitalist, materialist sistemin əlindədir. Halbuki, onların iqtisadi həyatı bizim əlimizdədir. Onlar bizim sağlıq və inancımız baxımından istehlak seçimlərimizə hörmətlə yanaşmalıdırlar. Lakin bizim acınacaqlı halımız onların həyat mənbəyinə çevrilmişdir


Fidan Seyfullazədə
Bu yazıya 976 dəfə baxılıb.