Arıqlamaq üçün qaçış


Könül Muradova
Bu yazıya 1094 dəfə baxılıb.

Gəzərək hərəkət etməklə artıq çəkidən qurtulub çox gözəl bir vücuda sahib olmaq mümkündür.

İdman növləri arasında ən çox yağ əridən idman qaçışı və ya addımlama hesab olunur.

Həkim Michael Spitzbartın (Maykl Spitsbart) hazırladığı 4 həftəlik gəzişmə proqramında artıq çəkidən ən qısa müddətdə necə qurtulmanın yolları açıqlanır:

1-ci həftə:

İdman qaçışı. Əvvəlcə gəzişmə texnikasını öyrənmək üçün özünüzü buna vərdiş etdirməyə hazırlayın.

İlk gün 10 dəqiqə boyu rahat addımlarla gəzinin. (1 dəqiqədə təxminən 125 addım)

O biri günlər yarım saata çatana qədər gəzmə müddətini hər gün 4 dəqiqə artırın.

Əgər nəbzinizlə bağlı bir problem yoxdursa, gəzişməyə ilk gündən etibarən 30 dəqiqə ilə başlaya bilərsiniz.

Gəzinti üçün mümkün olduqca düz bir yer seçin. Məsələn, bir park və ya dəniz kənarı ola bilər.

                    

QEYD: Gəzişmə sırasında şüurlu olaraq dərin-dərin nəfəs alın və verin. (3-4 addımda nəfəs alıb növbəti 3-4 addımda nəfəs verin).

İtirilən kalori: 30 dəqiqədə 150-200 kalori

2-ci həftə:

Bu həftədə gəzişmə müddətini bir qədər artıracaqsınız.

İlk iki gün 40 dəqiqə,üçüncü və dördüncü gün isə 50 dəqiqə. Həftənin qalan 3 gününü isə 1 saat gəzişməyə cəsarət edin.

Bu həftədə nəbzinizin 110 olması yetərlidir. Nəbz ölçən saatlardan istifadə daha yaxşı olar.

Əgər yanınızda saat olmasa özünüz də nəbzinizi ölçə bilərsiniz. Bunun üçün gəzişmə sona çatanda hərəkətsiz dayanın və 15 saniyə ərzində nəbzinizi ölçün. Saydığınız rəqəmi 4-ə vurun.

İtirilən kalori: 60 dəqiqədə 400-500 Kalori

3-cü həftə

İlk gün yavaş addımlarla gəzintiyə başlayıb birdən-birə sürəti artırın. (dəqiqədə 140-160 addım). Sonra 5 dəqiqə boyu yenidən normal gəzişməyə qayıdın. Gəzişmənizin davamlılığı bu cür olsun: 3 dəqiqə sürətli-5 dəqiqə yavaş, 4 dəqiqə sürətli-5 dəqiqə yavaş, 5 dəqiqə sürətli-15 dəqiqə yavaş. Bu templə təxminən 1 saat boyunca gəzin.

İtirilən kalori: 60 dəqiqədə 550-700 kalori

4-cü həftə:

Bu həftədə 5 dəqiqə normal sürətlə başlayıb, 50 dəqiqə sürətli addımlarla, son 5 dəqiqədə isə yavaş addımlarla gəzin.(dəqiqədə 140 addım)

İtirilən kalori: 60 dəqiqədə 700-1000 kalori.

 


Könül Muradova
Bu yazıya 1094 dəfə baxılıb.