Varlıqları Tanıyaraq Heyranlığı Artıraq!


Xədicə Şahin
Bu yazıya 1111 dəfə baxılıb.

Müəllim öyrədəndən çox öyrənəndir.  Bəzən bir yarpaqdan, bəzən bir uşaqdan, bəzən bir heyvandan çox şey öyrənilər. Kainatdaki hər şey insan üçün müəllimdir. Aləm,  tamamilə, gəlin kimi Allah Təalanın adları ilə bəzənmişdir. Görə bilmək üçün bir azca diqqət lazımdır. Bəzən insan görə bilməz, birinin köməyi ilə diqqət yetirər və heyranlığı artar.

         "Şagirdlərimiz müəllimlərimiz olsun" deyə çıxdıq yola. Qazaxıstanın Çimkənt mədrəsəsinin son sinif şagirdləri ilə əsma təcəllilərini bir-birimizə öyrətmək üçün dərsin bir saatını "Allah Təalanın ağacdakı Əsma təcəllisi nələrdir?" mövzusuna ayırdıq. Bir dərs boyunca Allahın 99 adını (əsma təcəllisini) yaradılanlarda görməyi müzakirə etdik. "Bir sonrakı dərsə hər kəsə Allahın adlarından bir varlıqdakı təcəllisinin araşdırması üçün mövzu verildi. Araşdırmanı edən şagirdlərimiz və onların varlıqlarda tapdıqları  Allahın adlarının qısaldılmış halı:

Ayagöz ABDURAMANOVA

 ARI:

Ər- Rəzzaq; balı ilə insanlara ruzi verməsi

Əş-Şafi; balı ilə yeyənlərə şəfa verməsi

Əl-Qahhar; eşşək arısının insanları sancıb bəzən öldürməsi.

Mərvə GÜLƏR

 DƏVƏ:

Əl- Qədr; digər heyvanlarla müqayisə edəndə qüdrətli görünməsi və 10 dəqiqə içində 130 litr su içməsi. Suyu bu qədər qısa bir müddətdə başqa bir canlı içsə damarları dözə bilməz, çatlayar.

Ər -Rəzzaq; əti və südü ilə insanlara ruzi verməsi

Əl-Müntaqim; balasına zərər verən insanı illər keçsə də unutmayıb qisasını alması.

Nurgül JOLDASBAYEVA

 RƏNGLƏR;

Əl- Məcid; bir çox rəngin güldə və ya günəşin batışın da bir yerdə toplanması

Ən- Nur; rənglərin işıq verməsi.

Aynur MADCANOVA

Səma:

Əl- Kəbir; böyük olması

əl-Hafiz; gizlədici olması, ulduzları gündüz gizlətməsi, meteoritlərindən qoruması

Əl- Mətin; dirəksiz ayaqda dayana bilməsi

Ər- Rəfi; yüksək olub yetişməz olması

Ən -Nur; gündüz günəşlə, gecə ayla ətrafı işıqlandırması.

Nazira GAYBULLAYEVA

AT:

Ər-Rahim; sahibinə mərhəmətli olması, üzərindən düşüncə onu tapdalamaması.

Kalemkas BAKAŞ       

AT:

Əl- Mətin; güclü olması

Ər- Rəzzaq; ətindən və südündən insanlara ruzi verməsi (Kazaklar üçün at əti və at südü çox qiymətlidir)

Ən -Nafi; insanların atdan faydalanması.

Oğulcan AZİMOVA

 PİŞİK:

Əs-Səmi; insanların eşidə bilmədiyi şeyləri eşitməsi

Əl-Basar; gecələri də görməsi

Ət-Darı; cırmaqlayaraq zərər verməsi.

Zeynəb M. İSMAYIL

 QOYUN:

Ər- Rəzzaq; insanları əti ilə, südü ilə doyurması və yunu ilə geydirməsi

Əl -Kərim; əti ilə, yunu ilə, ildə iki dəfə balalaması ilə comərd olması

Əl- Camal; gözəl olması

Əl-Halim; yumşaq olması.

Marjan İLYASOVA

 QARIŞQA:

Əl -Alim; elm sahibi olması, koloniyalarını (yuvalarını)  ağıllı bir şəkildə qurması

Əl-Xabir; bir-birinə harada qida varsa onu xəbər verməsi

Əs-Səbir; səbirlə özündən 10 qat böyük yükü daşıması.

Züleyha ABDUKERİMOVA

 QAR DƏNƏSİ

Əl-Cəmil; gözəl görünməsi

Əl-Fəttah; insanların könüllərini görünüşü ilə sakitləşdirib, rahatlatması

Əl-Musavvir; 1 kvadrat metre 350 min qar dənəsi düşməsi və bunların şəkillərinin bir-birinə bənzəməməsi.

Araylım RÜSTEMOVA

 DƏNİZ

Əl- Camal; gözəl görünməsi

Ən- Nafi; balığı ilə, inci mərcanı ilə insanları faydalandırması

Əl-Qahhar; insanları boğması

Əl-Kəbir; dərin və geniş olması.

Simbat BASIMBEKOVA

 GÜL:

Əs-Səbir; gülün tikanına səbir etməsi

Əl-Camal; gözəl olması

Ər-Rəzzaq; arıları, kəpənəkləri doyurması.

Şagül CUMAHAN

 ANA:

Ər-Rəhim; balasına mərhəmət göstərməsi

Əl-Mömin; uşağına güvən verməsi

Əl-Ğaffar; uşaq nə qədər dəcəllik etsə də bağışlaması

Əl-Hayy; uşağının hidayətə çatması üçün gözəl əxlaq verməsi

Əl-Kərim; uşağına qarşı comərd olması

Əl-Vədüd; uşağını sevməsi

Əs-Səbir; çox səbirli olması.

Zavre BAHIBULLAYEVA

QUŞ

Əl- Alim; yuvasından çıxıb, ruzi verildikdən sonra yuvasının yolunu tapması

Əl- Hayy; diri olması

Əs- Səlim; oxuması ilə, görünüşü ilə insanı rahatlaşdırması.

Gavhar SALIBEKOVA

İNSAN

Əl-Müntaqim; insanın intiqam alması

Əl-Mümin; özünə möhtac olanlara güvən verməsi

Əl-Kərim; comərd olması.     

         Hər varlıqdakı ortaq olan ad isə əl-Mümit adıdır. Yəni fani (ölümlü) olmasıdır.

         Allah Təala özünü hər yaratdığı varlıqda başqa bir adı ilə göstərmişdir. Bu qədər aşkar olan yaradıcını görməmək isə insanın xatirinə bu ayəyi-kəriməni gətirir: "And olsun biz, cinlər və insanlardan, ürəkləri olub da bunlarla anlamayan, gözləri olub da bunlarla görməyən, qulaqları olub da bunlarla eşitməyən bir çoxlarını cəhənnəm üçün var etdik. Baxın bunlar heyvanlar kimi, hətta daha da aşağıdadırlar. Bunlar qafildirlər" (Əraf, 179).


Xədicə Şahin
Bu yazıya 1111 dəfə baxılıb.