Yer Planetinin Atmosfer Qatları


Nazim Qaraməmmədli
Bu yazıya 888 dəfə baxılıb.

Qurani-Kərim, əl-Ənbiya surəsi, ayə 30.

“Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)”.

İlk öncə qeyd etmək lazımdır ki, Yer atmosferi məxsusi olaraq elə yaradılmışdır ki, onun səthində yaşayış mümkün olsun. Yeddi qat atmosfer təbəqəsinin hər birinin özünəməxsus funksiyası vardır. Əgər bu təbəqələr olmasaydı, Günəşin məhvedici şüaları Yer səthində bütün canlı aləmi bir andaca məhv edərdi. Ona görə də, insan öz fəaliyyəti ilə çalışıb ətraf mühitə kimyəvi tullantıları imkan daxilində az atmalıdır. Əks təqdirdə, biz öz fəaliyyətimizlə Allahın yaratdığı atmosfer təbəqələrini zəiflədə bilərik. Bunun nəticələri isə çox ağır olar. Qeyd edək ki, sonradan pozulmuş ekoloji tarazlığın bərpası çox müşkül və çətin məsələdir. Ekoloji tarazlığın pozulması çox ciddi məsələdir. Son dövrdə baş verən qlobal istiləşmə bununla bağlıdır.

İstixana effektinin mahiyyəti nədir?

Əslində, Günəşdən aldığı enerjinin miqdarına görə Yer  kürəmizin səthində -20 dərəcə selsi şaxta olmalı idi. Məlumdur ki, biz Yer səthində orta hesabla +20 dərəcə selsi hərarətdə yaşayırıq. Bunun səbəbi  su buxarı, karbon, metan, ozon və s. qazlarından ibarət təbəqənin mövcud olmasıdır.  Bu təbəqə Yer atmosferində təxminən 25 kilometrlik yüksəklikdə yerləşir.  Məsələ burasındadır ki, həmin atmosfer təbəqəsi Günəşin istilik şüalarını Yerə doğru maneəsiz buraxır, yəni bu istilik şüaları Yer səthindən əks olunub, həmin təbəqəyə çatanda elə bil ki, möcüzə baş verir. Bu təbəqədə yerləşən həmin qazlar bu şüaları əks etdirərək yenidən Yerə  qaytarırlar. Bu proses eynən insanların yerdə yaratdığı süni istixanalarda (parnik) baş verən proseslərə bənzəyir.  Bu səbəbdən Yer planetimizin səthində hərarət 39 dərəcə selsi yüksəlir. Belə bir çox böyük tənzimlənmə hesabına Yer səthində orta illik hərarət +18-20 dərəcə selsi olur. İstixana effektinin mahiyyəti belədir. Əgər bu təbəqə olmasaydı onda Yerə -20 dərəcə selsi şaxta olardı. Yerin də səthi Mars planeti kimi buzla örtülü olardı. Su maye halında deyil, buz halında olardı. Belə olan halda, insanlar üçün Yer səthində yaşamaq mümkün olmazdı. 


Nazim Qaraməmmədli
Bu yazıya 888 dəfə baxılıb.