Əsnəmək


Kevser Atar
Bu yazıya 1508 dəfə baxılıb.

Əsnəməyin səbəbi nədir?

Elm adamları əsnəməyi ürək sıxıntısı, yuxunun başlaması, əsəb və yuxusuzluq kimi səbəblərə bağlayırlar.

İnsan əsnəyəndə onun bədənində həm zehni həm də bədəni tənbəllik, keylik, süstlük və diqqətsizlik meydana gəlir. İnsan belə qəflət içində olunca, onun bədəni şeytanın hərəkətə keçməsinə hazır bir hala gəlir və şeytanın öz vəzifəsini yerinə yetirməsi asanlaşır. Bu səbəblə insan əsnədikdə mümkün qədər özünü sıxmalı, buna mane ola bilmirsə ən azından ağzını örtməlidir. Bundan başqa əl-üzünü yuyaraq, dəstəmaz alaraq və ya yorğundursa istirahət edərək  bu qəflət halından qurtulmağa çalışmalıdır.

“Əsnəmək şeytandandır”deyirlər, bu nəqdər doğrudur?

Əbu Hüreyyə (r.a.), Peyğəmbərimiz (s.ə.s.)in belə buyurduğunu deyir:

“Əsnəmək şeytandandır, ona görə də sizdən hər hansınız əsnəyəcəyi zaman gücü yetdiyi qədər onu tutsun”. (Müslim)

Əbu Səid əl –Hudri (r.a.)dan gələn bir digər rəvayətdə də, Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

“Sizdən biriniz əsnədiyi zaman əli ilə ağzını tutsun çünki şeytan onun ağzına girər”. (Müslim)

Başqa hədisi-şərifdə də:

“Biriniz əsnəyəcəyi zaman gücü nisbətində onu aradann qaldırmağa çalışsın.Çünki bir kimsə əsnədiyində şeytan ona gülər”, buyurmuşdur.(Buxari)

Zikr edilən hədisi-şəriflər “Şeytandan gəldiyinə diqqət çəkilən əsnəmə”, əsasən çox yeyib-içmək, hərəkətsizlik və yuxusuzluq kimi vəziyyətlərdən qaynaqların. Əsnəməyə səbəb olan bu vəziyyətlərdən hər biri şeytanın xoşladığı işlərdir. Bunun üçün hədisi-şəriflərdə əsnəyərkən ağzımızı örtməyimiz əmr edilərək, həm qarşımızdakına çirkin bir görüntü sərgiləməkdən qurtulmanın yolu, həm də şeytanın güləcəyi, sevinəcəyi  hər cür davranışdan uzaq durmağımızın lazım olduğunu bizə öyrədir.

Namazda əsnədikdə namaz pozulurmu?

Namazda əsnəməyin ədəbi nədir?

Namazda əsnəmək məkruhdur. Yəni namaza əngəl olan bir hal deyildir. Əgər namazda əsnəmə halı gələrsə, insan mümkün olduğu qədər  ağzını açmamaq üçün dodaqlarını sıxmalı, ancaq belə də əsnəməyə mane ola bilmirsə ayaq üstədirsə, sağ əlinin tərsi ilə digər hallarda isə sol əlinin tərsi ilə ağzını örtməlidir. Buna diqqət etmək namazın ədəbindəndir.

Başqa bir rəvayətdə isə, İblis, Peyğəmbərimiz (s.ə.s.)ə namazlam  əlaqəli bunları söyləyir:

“Nə zaman insan namaza qalxmaq istəyərsə, onu tutaram və müxtəlif vəsvəsələrlə onu namazdan uzaqlaşdırmağa çalışaram. Əgər etdiyim bütün işlərdə məni məğlub edərsə, son olaraq onun yanına gedərəm və namaz qılarkən burnun üfürərəm. Mən üfürüncə o əsnəməyə başlayar. Əgər o əsnəmək əsnasında əli ilə ağzını örtməssə, onun içinə kiçik bir şeytan girər. Bu şeytan onun dünya sevgisini  və dünyəvi əlaqələrini çoxaldar. Bunda sonra o insan həmişə bizə itaət edər, sözümüzü dinləyər, dediklərimizə əməl edər”. (Şeytanın hiylələri- Muhyiddin İbni Arabi)

Namaz xaricində əsnəməyin ədəbi nədir?

Namaz xaricində əsnəməyə gəlincə insan mümkün qədər özünü sıxmalı, əgər bununla əsnəməy mane ola bilmirsə, namazdakının tam əkisə sağ əlini düz üzü ilə ya da sol əlinin tərsi ilə  ağzını örtməlidir. Bunların heçbiri mümkün deyilsə, ən azından çirkin bir görüntü yaratamamaq üçün başını fərqli bir yönə çevilməli və ya əyilməldir.

Əsnəməmək üçün nə etməyimiz lazımdır?

Qəflət səbəbi ilə gələn əsnəməkdən qurtulmanın müxtəlif yolları vardır. Bu mövzuda Hz. İbni  Abidin belə buyur:

“Əsnəməyi  dəf etməyin çarəsi Peyğəmbərlərin heç əsnəmədiklərini xatırlamaqdır. Yəni Pyeğəmbərimiz (s.ə.s.)in heç əsnəmədiyini xatırlayıb ona salavat gətirməkdir ”.

Kuduri (r.a.) bu xüsusda belə buyurur:

“Biz bunu dəfələrlə təcrübə etdik və doğruluğunu gördük”. (Rəddül-Muhtar)

Xüsusi ilə namazda əsnəməmək üçün bu xüsuslara diqqət etmək lazımdır:

-        Ayaqyolu ədəbinə riayət etmək,

-        Hər namazda dəstəmazı yeniləmək,

-        İftitah təkbiri alarkən əlinin tərsi ilə fani dünyanın arxada qaldığını təsdiqləmək.

-         Bəsmələni şüurlu bir şəkildə söyləmək.

Cənabı Haqq qəflət səbəbi ilə şeytana uyub əsnəməkdən və bunun nəticəsində meydana gələn hər cür şeytani vəsvəsə və günahdan cümləmizi mühafizə etsin və bizə daimi olaraq mənəvi bəsirət və oyanıqlıq nəsib etsin. Amin.

   


Kevser Atar
Bu yazıya 1508 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.