Bədən çəkisinin artması üçün nə etmək lazımdır?


Könül Muradova
Bu yazıya 893 dəfə baxılıb.

Bir çox kök insanlar arıq olan adamlara qibtə ilə yanaşaraq onların  nə qədər çox üstünlüklərə malik olduğunu (nə qədər və nə zaman istəsə yeyər, amma kökəlməzlər, bədənin müəyyən hissələrində piy yığılmasından və selülitdən əziyyət çəkməzlər və sair)  bildirirlər. Lakin normadan artıq arıq olmaq müəyyən xəstəliklərin xəbərçisi ola bilər. Daim olaraq çəki itirməyin ən təhlükəli səbəbi qadın orqanizmində reproduktiv funksiyanın pozulmasına işarə ola bilər. Sadə dillə desək,  170 sm boyu olan qadının çəkisi 45 kq.dan artıq deyilsə belə qadının  menstrual dövrü pozula bilər və bu da sonsuzluğa gətirib çıxarar. Həmçinin adi həyat tərzi keçirən, vaxtında istirahət edən və pəhriz saxlamayan insan çəkisini səbəsiz olaraq zamanla itirirsə, bu özlüyündə orqanizmdə hansısa xoşagəlməz istiqamətdə dəyişikliyin baş verməsinə bir siqnaldır. Bu, mədə-bağırsaq və həzm sistemində hansısa problemin yaranmasından tutmuş, şiş xəstəliyinin də xəbərçisi ola bilər. Həkim müayinəsindən keçdikdən sonra belə bir xəstəliklər aşkarlanmırsa, bu zaman kökəlmək üçün aşağıda göstərilənlərdən faydalanmaq olar.

İlk  növbədə müəyyən qədər kilo yığmaq üçün qarşınıza məqsəd qoymalısız. Bunun üçün daima çoxlu yemək lazım deyil. Bu sağlamlığa xeyir deyil. Kilo almaq üçün iştahı artırmaq və gündəlik  yemək rasionunu dəyişdirmək lazımdır. İştahınızı stimullaşdırın. Hər yeməkdən əvvəl tərəvəz və ya meyvə şirəsi için. Müntəzəm fasilələrlə gündə 5-6 dəfə yeyin. Yeməkdən sonra qidanın orqanizmdə rahat həzmi üçün sakit oturub istirahət edin. Kilo almaq istəyən insanın qidasında əsasən protein və karbohidrat çox olmalıdır. Protein və karbohidratın bir hissəsinin ət, balıq və yumurta məhsullarından alınması vacibdir. Bacardığınız qədər hər gün kəsmik yemək və kəsmiyin yağlılıq dərəcəsinin yüksək olmasına fikir vermək lazımdır. Kilo almaq və bununla bədənin lazım olmayan hissələrində piy qatının əmələ gəlməməsi üçün daima idmanla (əsasən güc tələb edən idman növü; trenajorda və ya qantellərlə) məşğul olmaq lazımdır.

Çəkinin artmasına kömək edən ərzaqlar:  

Düyü, makaron, taxıl çörəyi, təbii şirələr, nektarlar, quru meyvələr.

Trəvəz: avokado, zeytun, kartof, qarğıdalı, balqabaq.

Quş əti, balıq, yumurta, qoz, fındıq, yağlı və çox duzlu olmayan pendirlər, yağlı dondurma, süddən hazırlanan kokteyllər. Sıyıq hazırlayarkən suyun yerinə süddən istifadə edin. Orta miqdarda şiriniyyat yemək olar.

                        

 

 

 

 


Könül Muradova
Bu yazıya 893 dəfə baxılıb.