Yer Planetinin Atmosfer Qatları-2


Nazim Qaraməmmədli
Bu yazıya 716 dəfə baxılıb.

 “İnsanların öz əlləri ilə etdikləri üzündən, quruda və suda fəsad (pozuntu) əmələ gələr ki, Allah (bununla) onlara etdiklərinin bir qismini daddırsın və bəlkə onlra tövbə edib pis yoldan qayıtsınlar”(Qurani –Kərim, ər-Rum surəsi, ayə 41).

Hazırda qlobal istiləşmə məsələsi dünya alimlərini ən çox məşğul edən məsələdir. Qlobal istiləşmə probleminin ortaya çıxmasının əsas səbəbi istixana effekti yaradan qatda karbon qazının miqdarının artması ilə bağlıdır. Məlum olduğu kimi suda istifadəni bəşər övladı istəsə də azalda bilməz, ancaq karbon qazının miqdarını insan öz fəaliyyətini təmizləməklə azalda bilər və buna məcburdur. Əks təqdirdə ekoloji problemlər bəşər övladının Yer səthində yaşamasını çox çətin hala gətirə bilər. Yuxarıdakı ayədən də göründüyü kimi, yer kürəmizdə son vaxtlarda baş verən fəsadların nəticəsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. Bu hesaba Yer kürəsində fəlakətlə nəticələnən qasırğa, tufan, boran, quraqlıq və bəzi bölgələrdə aramsız yağış və qar kimi təbii fəlakətlə nəticələnən hadisələr çoxalmışdır. Bunlar quruda baş verən fəlakətlərdir. Buzlaqların qlobal istiləşmə səbəbi ilə əriməsi yerin su hövzələrində suyun səviyyəsinin artmasına gətirib çıxarır. Bu isə suda baş verən fəsadlardır.

         Göründüyü kimi Allah Təala 14 əsr bundan qabaq bəşər övladına ekoloji tarazlığı qorumağı tövsiyə etmişdir. Əslində texnoloji səviyyə ekoloji tarazlığı pozacaq durumda deyilkən, bu mövzuya diqqətin çəkilməsi həzrəti Mühəmməd (s.ə.s.)in başqa bir möcüzəsidir. Bu, Qurani-Kərimin hökmünün Qiyamətə qədər davam edəcəyinə daha bir sübütdur.

 “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” (Əl-Bəqərə surəsi, ayə 29).

Bəs Yer atmosferinin kiməvi tərkibi necədir?

Burada əsas komponent azot  77%, oksigen 22%, digər kimyəvi elementlər və su buxarı 1% təşkil edir. Yer atmosferi bütün digər planetlərin atmosferindən troposfer və hidrosfer qatına görə fərqlənir. Yer atmosferi məxsusi olaraq Allah tərəfindən elə yaradılmışdır ki, Yerdə yaşayan bütün canlıları Günəşin məhvedici şüalarından qorusun. Yerin səthində normal hərarətdə yaşadığımız üçün Allah yer atmosferində “istixana” effektini yaratmışdır. Günəşin ultrabənövşəyi oblastda şüalanması insan həyatı və Yerin fauna və florası üçün çox zərərli olduğundan Allah Ozonosfer təbəqəsini yaratmışdır. 


Nazim Qaraməmmədli
Bu yazıya 716 dəfə baxılıb.