AFRİKA: FƏDAKAR RUHLAR ÜÇÜN "QARA SEVDA"


Seda Tecim
Bu yazıya 1345 dəfə baxılıb.

Tanzaniyaya ikinci ziyarətimiz həyəcan və qaçaqaçla başladı. İnsan gedib gördükdən sonra ora üçün nələr aparılmalı olduğunu daha yaxşı anlayır. Bu səfərimiz on beş günlük olacaqdı. Ağcaqanad dərmanları, ağrı kəsicilər, oradakı qardaşlarımızın uşaqları üçün antibiotiklər, qızdırma əleyhinə dərmanlar və s. Bir tərəfdən bunları çamadana yerləşdirərkən digər tərəfdən də əsl yurdumuz olan axirət üçün nələr hazırlamalıyıq? Deyə düşünürəm.

Azərbaycandan və Türkiyədən olan Afrikadakı qardaşlarımız üçün hazırlanan əmanətləri, hədiyyələri çamadana yerləşdirdik.                                                        

“Vəkilimiz, Sənsən Ey Rəbbimiz! Sən səfərimizi xeyirli et!” deyə dualar etdik. Yaxınlarımızın dualarını, Afrika ilə bağlı xəbərdarlıqlarını, ebola virusunun yaratdığı narahatlıqların hamısını geridə buraxaraq; “Rəbbim, Sənə əmanətik!” deyib, yola çıxdıq. Aeroporta qədər oxuduğum ayəyi-kürsilərin sayını xatırlamıram. “Rəbbim xeyirlisi ilə qardaşlarımızın əmanətlərini yerinə çatdırmağı nəsib et!” deyirik.

 Nə sərvətdən, nə şan-şöhrətdən, nə də rəngimizin fərqliliyindən  asılı olmayaraq  Qüdrət sahibi Mövlamız qarşısında hamımız toz zərrəsi belə deyilik. Çox şükür insanıq, möhtacıq və acizik, Rəhmanın quluyuq hamımız. Elə bu hisslərlə də Afrika yolçusuyuq. Səfərimiz Allah rizası üçündür. Elə bir ürəyin övladlarıyıq ki, "Xidmət əhli, ürəyinin uzana bildiyi hər yerdə vəzifəlidir", şüarı ilə könüllərə "bir ümmət şüuru ilə qardaşlıq duyğusu" aşılayan bir könül insanının duaları bütün bu xidmətdəki qardaşlar üçün ən böyük ikram, ən gözəl hədiyyədir…

Yeddi saat yarımlıq bir səfərdən sonra salamatlıq yurdunda, Darüssəlamdayıq. Burada bizi xidmət edən qardaşlarımız qarşılayırlar. Afrikada xidmət, oradakı qardaşlarımız üçün bir eşqdir. Afrika, könüllü ruhlar üçün bir qara sevdadır. Könlünü Afrikaya həsr edənlər, orada eşqlə xidmət edənlər, bu eşqi həyat bilmişlər. Onların bu qara sevdaları və gözyaşları artıq bu səhranı yaşıllaşdırmağa başlamışdır.

Hz. Mövlananın gözəl bir sözü vardır, "Allah üçün tökülən gözyaşı qəlbə dəstəmaz aldırar". Bəli, Afrikada ürəyimizin dəstəmaz aldığını hiss etdik. Şükrün ən böyük nemət olduğunu anladıq. Qənaəti, səbri, şükrü Afrikalı Müsəlman qardaşlarımız bizə daha yaxşı göstərmiş oldular.

Hamımız gecələr boyu səcdədə olan Peyğəmbərin ümməti deyilikmi? Rəngimiz, irqimiz, fərqli olsa da, ümməti üçün ağlayan, insanlıq üçün ağlayan Peyğəmbərin ümməti deyilikmi?… Üstünlüyün yalnız təqvada olduğunu söyləyən Peyğəmbərimiz (s.ə.s.). Hz. Bilal (r.a.) qara bədəni, nur üzü və büllur kimi səsiylə Peyğəmbər məscidinin müəzzini. Əbu Zər (r.a.), sözünü əsirgəməyən, tündxasiyyətli cəsur bir adam. Bilala “siyahın oğlu” deyir; Peyğəmbər bir az incimiş; "Ya Əbu Zər ölçünü qaçırdın!" deyir. "Ağın oğlunun qaranın oğlunun üzərində bir üstünlüyü varmı? İnsanlar arasındakı üstünlük təqva və əməli Salehlərlədir. "Ebu Zər (r.a.)  xəcalətli, peşman üzünü qumlara qoymuş; "Ya Bilal sən ayağınla üzümə basmadıkca, məni bağışlamadıqca bu başımı qumum üzərindən qaldırmayacağam" deyir. Hz. Bilal, Əbu Zərin əlindən tutub qaldırır qucaqlaşırlar. Peyğəmbərimizin üzü gülür.

      Bu gün də Afrikalı qardaşlarımızla qucaqlaşan, onların dərdləri ilə dərdlənən qardaşlarımıza da Peygambərimizin təbəssümü nəsib olsun. Peyğəmbərimiz; ümməti üçün bir ananın atanın mərhəmətindən daha çox şəfqətli və mərhəmətli idi."Mömin qardaşının dərdi ilə dərdlənməyən bizdən deyil!" buyurmuşdur. Burada; aclıq, susuzluq, qəriblik, yetimlik hamısı bir yerdədir. Qəmli oluruq, dualar edirik, mömin qardaşlarımızın çətinliklərinə çarə ol Ya Rəbb!.. Almaz kimi parlayan gözlərinə şəfqət və mərhəmətlə baxmağı bizlərə də nəsib et.

Ağdərili olaraq yalnız xristian missionerləri görən Afrikadakı müsəlman qardaşlarımız bizim həm ağdərili, həm də Müsəlman olduğumuzu görüncə əvvəllər təəccüb edirlərmiş. İndi isə Müsəlman olan yetim uşaqların israrla "vəlimiz olarsınızmı, bizim məktəbimizə vəli yığıncaqlarımıza gələrsinizmi?" demələri bizi kövrəltdi. Müsəlman bir ağdərilinin onlarla birlikdə olmaları, onlara güvən, mənəvi bir sevinc verir.

İmanın nə böyük bir nemət olduğunu, nə qədər şükr etməli olduğumuzu orada qəbilə həyatı yaşayan "Massai"lərin (yarı köçəri bir həyat sürən yerli xalqa verilən addır) həyatlarına baxaraq daha yaxşı anlayırıq. Massailərdən az da olsa İslamı seçənlərin olması bizləri sevindirir. Namazın insan həyatındakı plan və proqramını nizamı tərtibi, təmizliyin, ruh dincliyini necə təmin etdiyini içimizdə yaşayırıq. "Bizlər də iman nemətinin şükrünü, onu məhrumlara da çatdırma səyiylə ödəməyə çalışmalıyıq. Çatma imkanımız olsa da çatmadığımız üçün İslamın gözəlliklərindən bixəbər qalanların məsuliyyətini vicdanımızda hiss etməliyik", deyən Allah dostunun sözlərini özlərinə şüar edərək burada xidmətə qaçan insanlar nə xoşbəxtdirlər...

 Bizi duyğulandıran səhnələrdən biri də yetimxana ziyarəti oldu. Yetimxana üçün apardığımız yardımları yetimxana məsullarına təslim etdik. Daha sonra apardığımız şəkərləri uşaqlara payladıq. Verdiyimiz şəkərdən bir yetim uşaq, başqa bir uşaqla paylaşarkən, insanın belə incə və zərif bir duyğuya sahib olduğunu gözyaşları ilə görürük. Bilirik ki, o yetim uşağın bu şəkərdən başqa heç nəyi yoxdur. O uşaq, bizlərə böyük bir ərdəm, fədakarlıq və comərdlik dərsi verir… Yetimxanadan çıxarkən orada günahsız və çarəsiz gözlərlə bizə baxan, yaşları çox kiçik olan körpələrimizi orada qoymağın hüznünü ürəyimizdə hiss edirik. Azərbaycanlı bir bacımızın göndərdiyi qurbanları orada kəsənin və yetimlərin bir anlıq olsa üzünün güləcəyini hiss edib dua və gözyaşı ilə ayrılırıq…

Yerli insanlardan həssas mömin qardaşlarımız var. Türkiyədə təhsil alıb gələn müəllimlərimizə, iki otaqlı evinin bir otağını yeter ki, Quran oxunsun, tələbələr gəlsin deyə verilməsi bizləri sevindirir. Pəncərəsi, qapısı, xalçası, masası olmasa da əlli altı tələbəsi var. Tələbələrlə birlikdə söhbət edərkən, soruşuruq: “Bura nə üçün gəlirsiniz?” “Elm, təhsil almağa" deyirlər. Sevinirik.

Ziyarət günümüz Cümə axşamı idi. Orada xidmət edən qardaşlarımızdan biri deyirki: "Sabah Cümədir, uzaqdan daşıdıqları su ilə evlərində paltarlarını yuyurlar. Çoxunun bir paltarı var onu da Cümə günü üçün hazırlayır. Burada hər kəs Cümə günü ən gözəl paltarını geyinir. Onların rəflərlə dolu paltarları yoxdur, maşallah imanlı könülləri var.

 Tanzaniya Afrikanın ən etibarlı ölkələrindən biridir. Swahili dilinin rəsmi dil olduğu ölkədə müəyyən bir vaxt keçirdikdən sonra əslində dillərində nə qədər çox Ərəbcə söz olduğunu fərq edirsiniz. Bir Türk olaraq bizim dilimizdə də bu cür sözlər olduğundan özünüzü Swahili dilini bilən hiss edirsiniz.

Hər kəs gülümsəyir. Kasıblıq burada yeni bir məna qazanır. Ölkənin içinə getdikcə evlərdə elektrikin olmadığını, elektrik bir yana qapıların belə olmadığını görürsünüz. Amma gəlin görün  insanlar yenə də xoşbəxtdir…

        İnsanlar rahatdır, hər halda isti olduğundan, hər iş yavaş olunur. İnsanların əsəbləri alınıb sanki, siz bu yavaşlıqdan əsəbiləşsəniz belə hər kəs gülümsəyir.  Aslan Kral filmində bala aslana atası kədərləndiyi zaman belə deyir: "Haqqına matata", yəni "Taxma başına". Tanzaniyada ən çox eşidəcəyiniz söz budur. Zənnimcə bu, bir az da həyatı başlarına çox taxmadıqları üçündür. Çünki o qədər yoxluq, kasıblıq düşünülərək yaşanmaz.

       Tanzaniyadan evinizə gəldiyiniz zaman bütün əşyalar sizə çox görünür, şkaflarınızda olan paltarlarınız utandırır sizi. O qədər yoxluğa baxmayaraq yaşanılan həyatları xatırlayıb öz özünüzə hisslənirsiniz. Artıq sizin üçün də hər  əldə edə bilmədiyiniz mal, hər apardığınız mübarizə, hər səy "haqqına matata" olur.

 

 

 


Seda Tecim
Bu yazıya 1345 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.