Yer Planetinin Atmosfer Qatları-3


Nazim Qaraməmmədli
Bu yazıya 804 dəfə baxılıb.

Maraqlıdır, Yer atmosferi hansı təbəqələrdən ibarətdir?

1)     Troposfer - ən aşağı təbəqədir. Yer səthindən hündürlüyü 16-18 kilometrə çatır. Burada havanın təxminən 80%-i cəmləşir. Troposferin 1-4%-ni su buxarı təşkil edir. Ona görə də, bu təbəqədə səma mavi görünür. Bütün iqlim hadisələri `troposferdə baş verir. (qar, yağış, külək)

2)     2. Stratosfer təbəqəsi 20-55 kilometr hündürlüklər arasında yerləşir. Bu qatda 15-30 kilometr hündürlükdə  Ozonosfera qatı da yerləşir. Ozonosfera Günəşin ultrabənövşəyi oblastda olan şüalarını Yerə buraxır. Bu şüalar Yer səthinə çatsaydı bütün calı aləmi məhv edərdi.

 

Bəs ozon dəliyi nədir?

Ozon üç atomlu oksigen molekuludur. Ozon qatı stratosferin və qismən də troposferin qarışmasından, əsasən isə, Yerdə Günəşin təsiri ilə gedən fotokimyəvi proseslər nəticəsində yaranır.

         Ozonun bir xüsusiyyəti vardır. O, müəyyən qazlarla kimyəvi reakdiyaya girib tez parçalanır, çox gec bərpa olunur. Bu çox təhlükəlidir. Məlumdur ki, qaz ona verilən bütün həcmi tutur. Ona görə də, Yer atmosferində ozon molekulasının miqdarı azaldıqda Günəşin məhvedici şüaları Yerə daha çox keçir və hər bir kubmetrdə olan ozon molekullarının sayı azalır. Şüaların ozon molekulları ilə toqquşma ehtimalı kiçilir. Bu hala ozon dəliyi deyilir. Həmin ozonosfera qatını normal atmosfer təzyiqində sıxsaq onun qalınlığı cəmi 3 millimetr olar.

3)     Mezosfer 60-80 kolometr hündürlüklər arasında yerləşir, su buxarı yoxdur, ona görə də, səma qara rəngdədir. Hərarət 100-1300 C arasında dəyişir.

4)     Termosfer 80-900 kilometr hündürlüklər arasında yerləşir. Bu qatda həm də, İonosfera qatı yerləşir. Ən hündür və isti təbəqədir, qaz tərkibi azot, oksigen, arqon və hidrogen ionlarından ibarətdir. Onlar elektronlarını itirmiş atomlardan, yəni ionlardan ibarətdir.Hərarət gündüz 2300- 28000  C arasında, gecə isə 19000 C

Olur. Rentgen şüalarını udur, bununla da, Yerin fauna və florasını məhv olmaqdan qoruyur, qütb parıltıları yaradır. Atomların əksəriyyəti bu qatda ionlaşmış haldadır. Ona görə də bu təbəqə ionosfera adlanır.

5)     Ekzosfer 900-1200 kilometr hündürlüklər arasında yerləşir. Canlıların tənəffüsündən, yanğından və vulkan püskürmələrindən yaranan karbon qazı bu qatda toplanır. Yerə gələn şüalanmanı təxminən 18% azaldır və su buxarı qızdırır. Əgər İonosfera və Ozonosfera təbəqlərini də bu beş qata əlavə etsək, onda Yer atmosferinin də Ənbiya surəsinə göstərildiyi kimi “Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmışdır”, ifadəsini atmosferində yeddi qatdan ibarət olmasına bir işarə kimi qəbu etmək olar. Göründüyü kimi, hər bir atmosfer təbəqsinin özünəməxsus mühüm funksiyası vardır. Həmin təbəqələr olmasa Yerdə həyat da mümkün olmazdı. Allah öz qüdrəti və elmi sayəsində yaratdıqlarını hər cür xətadan, bəladan hifz etmək üçün Yer səthindən müxtəlif hündürlüklərdə atmosfer təbəqələrini də yaramışdır. Əgər bu atmosfer təbəqələri olmasaydı Yer  səthində yaşamaq da mümkün olmazdı.  

 


Nazim Qaraməmmədli
Bu yazıya 804 dəfə baxılıb.