Hər Ana Bir Məktəbdir


Əlif GÜLDAR
Bu yazıya 907 dəfə baxılıb.

Ana-ataya hörmət çox vacibdir. Hər ana övladını əvvəlcə doqquz ay bətnində daha sonra da bir ömür boyu ürəyində daşıyar. Hər övlad da həyata başladığı ilk gündən etibarən, dünyaya anasının şəfqət və mərhəmət qanadları ilə yapışar. Anaya hörmət və xidmət hər şeydən əvvəl gəlir. Hədis şərifdə buyurulduğuna görə, bir adam Rasulullahın -sallallahu əleyhi və səlləm- yanına gələrək:
"-Mənim insanlar arasında xidmət və ülfət edə biləcəyim ən layiqli və ən çox haqqı olan kimdir?" deyə soruşur. Rasulullah -sallallahu əleyhi və səlləm- də üç dəfə "Anan!", sonra "Atan!" buyurmuşdur (Buxari, Ədəb, 2).
Peyğəmbərimizin əbasını hədiyyə etdiyi və təriflədiyi Həzrət Veysəl Qəraninin anasına etdiyi yaxşılıqlar və itaəti səbəbi ilə çox yüksək dərəcələrə və lütfkarlığa nail olmuşdu.
Allah Təalanın razılığı ana-atanın razılığında, qəzəbi də ana-atanın qəzəbindədir. Anasını öz kürəyində Kəbəni təvaf etdirən bir kimsə Abdullah İbni Ömərdən suruşur: "Mən anamı kürəyimdə Kəbəni təvaf etdirirəm, görəsən bununla anamın haqqını ödəyirəmmi?" Abdulldah İbni Ömər "Ananın haqqının yüzdə birini belə ödəyə bilməzsən, ancaq ona yaxşı rəftar etsən, yaxşı baxsan etdiyin kiçik bir xidmətə çox böyük savab vardır".
Ana-ataya lütfkarlıq yaxşılıq övlad üzərinə fərzdir. Allah-Təala buyurur; "Rəbbin, özündən başqasına əsla ibadət etməməyinizi, anaya-ataya yaxşı davranmağınızı qəti olaraq əmr etdi. Əgər onlardan biri, ya da hər ikisi sənin yanında qocalıq çağına çatsa, əsla onlara "of!" belə dəmə; onları danlama; onlara şirin və gözəl söz söylə” ﴾İsra:23﴿.
Loğman surəsinin 14-cü ayəyi-kəriməsində "İnsana da, ana atasına yaxşı davranmasını əmr etdik. Anası onu hər gün bir az daha gücsüz düşərək qarnında daşımışdır. Onun süddən kəsilməsi də iki il içində olar. (Onun üçün) insana belə əmr etdik: "Mənə və ana-atana şükr et. Axır dönüş mənədir", buyurulur.
Bu ayəyi cəlilərə və Peyğəmbərimizin Hədisi şəriflərinə əsasən onlarla yaxşı dolanmaq demək;
1. Ac olsalar yemək vermək
2. Paltarları yoxdursa paltar almaq
3. Xidmətə möhtac olsalar onlara kömət etmək
4. Çağırdıqları zaman “buyur” deyib yanlarına getmək, yaxşılıq etmək
5. Bir iş buyurduqlarında əmrlərini yerinə yetirmək. (Günah olan əmrləri yerinə yetirilməz.)
6. Onlarla danışarkən şirin dil ilə və yumşaqlıqla xitab etmək
7. Onları adları ilə çağırmamaq
8. Onlar bir yerə gedərkən arxasından getmək
9. Özün üçün sevdiyin bir şeyi onlar üçün də sevmək
10. Özünə dua edərkən onlara da dua etmək
Peyğəmbərimiz (s.ə.s.) buyurur; "Ömrünün uzun, ruzisinin bərəkətli olmağını istəyən ana-atasına yaxşılıq etsin, sılayı rəhm etsin". Ananın duası tez qəbul olunan duadır. Övladının yaxşılığını görmək üçün ona kömək edən ataya Allah mərhəmət etsin. Övladlar ana-ataya əmanətdir. Onları ən gözəl şəkildə İslam əxlaqı ilə yetişdirmək ana və atanın vəzifəsidir. Hər ana bir məktəbdir. Ana ən gözəl və ilk müəllimdir. Həzrəti Fatimə anamız bizlər üçün gözəl bir modeldir. Elə analar model alınmalıdır ki, budaqlarında Həzrəti Həsən və Həzrəti Hüseyn (r. anh) kimi meyvələr, gənclər yetişsin.
Buxari və Müslimdə qeyd olunan İbni Məsud radıyallahu anhdan nəql edilən hədisi şərifə görə: “Ən fəzilətli əməl vaxtında qılınan namazdan sonra ana-ataya yaxşılıq etməkdir.
Həzrət Musa (ə.s.) soruşur:
"Ya Rəbbi cənnətdə yoldaşım kimdir?"
"Filan yerdə bir qəssab var, o sənin yoldaşın olacaq. Musa (a.s.) deyilən yerə gedir. Günəş batana qədər orada qalır. Axşam olanda qəssab bir parça ət götürüb çantasına qoyur. Qəssab axşam evinə gedərkən Musa (a.s.) ondan soruşur;
Ey gənc, qonaq qəbul edərsənmi?
"Bəli, məmnuniyyətlə birlikdə gedirlər. Evə gələndə gənc gözəl bir yemək bişirir. Daha sonra evin tavanından asılan zənbili endirir. Zənbilin içində çox yaşlı zərif gücsüz bir qadın vardı. Onu zənbildən çıxarır. Bir qaşıq götürüb qadını doyana qədər yedirdir. Sonra paltarını dəyişdirir və yenə də zənbilə qoyur. Bu əsnada qadın dodaqlarını tərpədib nə isə söyləyir. Qəssab yenə zənbili tavana asır. Musa (ə.s.);
"Bu qadın kimdir? Ona nə etdin?"
Bu mənim anamdır. Çox yaşlanıb, artıq taqəti qalmayıb. Oturmağa belə halı yoxdur. Bazardan gələndə onu yedirdib, paltarını dəyişdirirəm. Özüm yemərəm, amma onu doyuraram".
Həzrət Musa (ə.s.) yenə soruşur: “O əsnada ananızın dodaqları tərpəndi, nə söyləyirdi? Gənc: "Hər gün Ya Rəbbim oğlumu cənnətdə Musa (ə.s.) ilə yoldaş et” deyə dua edir". Musa (ə.s.): "Gözün aydın olsun, Musa Peyğəmbər mənəm, ananın duası qəbul oldu. Cənnətdə yoldaşım da sənsən dedi".
Rəbbimiz bizlərə də özünə xeyirli bir qul, Peyğəmbərimizə xeyirli bir ümmət, Allah dostlarına layiq bir tələbə, ana və atalarımıza da xeyirli bir övlad olmağı və analarımızın xeyir-duasını almağı, nəsib etsin.
Əlif Güldar


Əlif GÜLDAR
Bu yazıya 907 dəfə baxılıb.