Yer Planetinin Atmosfer Qatları-4


Nazim Qaraməmmədli
Bu yazıya 698 dəfə baxılıb.

(Fusillət surəsi, ayə 12)

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!” 

Burada xatırlatmaq yerinə düşər ki, Yer planetinin yaxın ətrafında yerləşən ən yaxın kosmik qonşuları Venera və Ay çox istidir. Yerdən sonra Günəşdən məsafəsinə görə dördüncü olan Mars planeti isə çox soyuqdur. Orta illik hərarət 55 dərəcədir. Göründüyü kimi, sonsuz kosmik fəzada bizim Yer planetinin yeri məxsusi olaraq seçilmişdir. Əgər Yer Günəşə bir az daha yaxın olsaydı, çox isti və bir az uzaq olsaydı, daha soyuq olardı. Bütün bu tənzimləmələr hər bir işi çox böyük dəqiqliklə yoluna qoyan Allahın qüdrəti sayəsində mümkündür. Quranın ifadəsi ilə desək “(onu hər cür bəladan) hifz etdik. Bu yenilməz qüvvət sahibi olan, (hər şeyi bilən) Allahın təqdiridir (əzəli hökmü, qanunudur!)” Allahdan başqasının buna qüdrəti və elmi çatmazdı.

Əgər Yer planeti atmosferə malik olmasa idi, nəzəri hesablamalara görə onun səthində gündüz 160 dərəcə selsi isti və gecə -100 dərəcə selsi şaxta olardı.

Bəs yer planetində gecə-gündüzün əmələ gəlməsinin səbəbi nədir?

Əl-Həcc surəsi, ayə 61

Bu belədir. (Allah zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bəzən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidəndir, görəndir!

Gecə-gündüzün bir-birini əvəz etməsinin səbəbi yerin öz oxu ətrafında qərbdən şərqə doğru 0,5 km/san sürətlə 23 saat 59 dəqiqə 56 saniyə ərzində tam bir dövr etməsinin nəticəsidir. Siz Allahın qüdrətinin böyüklüyünə baxın ki, biz bu surətlə fırlanmanı hiss etmirik. “Gecəni gündüzə, gündüzü də gecəyə qatar, ifadəsinin mənası ondan ibarətdir ki, Yer daima qərbdən şərqə doğru dönər və bunların arasında heç bir fasilə olmaz. Yazda və yayda insanlar daha çox məhsul toplasınlar deyə, Allah gündüzü uzadıb gecəni qısaldar. Payızda və qışda isə gündüz qısalır gecə uzanır ki, insanlar daha çox istirahət etsinlər. Bütün bu işləri Allah öz əbədi və əzəli olan elminin sayəsində o qədər böyük dəqiqliklə yerinə yetirir ki, biz bu hərəkətlərin heç birini hiss etmirik


Nazim Qaraməmmədli
Bu yazıya 698 dəfə baxılıb.