Qələm qabı


Günay Vəliyeva
Bu yazıya 1203 dəfə baxılıb.

 

Boşalmış şampun qablarından uşaqlarınızı sevindirmək üçün onlara gözəl karandaş qabı düzəldə bilərsiniz.Karandaş qabımızı hazırlamaq üçün boş şampun qabı, qayçı, aboy bıçağı, yapışdırıcı lent, kley, rəngli kağızlar.

1.Bunun üçün əvvəlcə şampun qablarının üzərindəki kağızı soyub çıxarırıq.

2.Şampun qabını aboy bıçağı ilə ensiz hissəsini yarım dairə şəklində kəsirik.

3.Bizə lazım olmayan hissədən karandaş qabımız üçün aboy bıçağı ilə iki ədəd əl kəsirik.

4.Kəsdiyimiz əlləri lazım olan hissəyə arxa tərəfdən kleyləyirik.

5.Qara və ağ kağızlardan ağız, göz, dişlər kəsib yapışdırırıq.

6.Sonda isə karandaş qabının arxasına iki tərəfli yapışqan vuraraq istədiyiniz yerə yapışdıra bilərsiniz.


Günay Vəliyeva
Bu yazıya 1203 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Qələm qabı