Onun Böyük Ürəyi


Seyid Çingiz İbrahimov
Bu yazıya 2037 dəfə baxılıb.

Mehriban Xanım Əliyevaya

həsr olunur.

 

Bir insan haqqında danışmaq istəyirəm. O insan haqqında ki, çiyinlərində milyonların çəkə bilmədiyi yükü aparır. Bəli, çox maraqlı və inanılmaz. Bu incə ciyinlərə düşən ağırlığa dözmək hər bir insanın hünəri deyil.

Kənardan hamının qibtə ilə baxdığı insanın qəlbinə, daxili aləminə baxa bilirikmi?

Hər gün əksəriyyətin öz şəxsi maraqları haqqında düşündüyü bir vaxtda xalqının, millətinin tərəqqisi üçün, mədəniyyətinin inkişafı üçün göstərdiyi səyləri görməmək, qeyd etməmək olmur. İllərlə xəz dəridən olan paltoları geyinib özünü insanlara sevdirməyə çalışan insanlardan fərqli olaraq bu Xanım öz işləri, əməlləri ilə insanların rəğbətini qazanıb. Hər kəsə asan gələ bilər başqalarının gördüyü işlər. Lakin hər kəs başqasının gördüyü işi görə bilməz.

Yaşadığım, gördüyüm, eşitdiyim nə varsa, onlardan nəticəyə gələrək yazıram. O qədər insan adı altında yaşayanları görmüşəm ki, yazmaqla qurtarmaz. Ağızlarına obrazlı desək, çüllü dovşan yerləşməyənlər adi çətinliklərdə, dalda qalan namərddir deyib, çıxıblar aradan. Ancaq, dedikləri sözlərlə və etdikləri əməllərlə, hərəkətlərlə uyğunsuzluqları görüb məəttəl qalmamaq olmur. Bağ belə, bostan belə. Qeyrət belə gəldi, namus elə getdi. Kişi belə olmalıdır. Kişi elə olmalıdır. Və daha nə qədər misal sahibləri çətinliyə düşəndə çayın üstündəki anasını da, anasının halal südünü də yaddan çıxarıb əkilib aradan. Heç üzünü görən də olmayıb dar gündə xaqını, millətini atıb qaçan o qeyrətciklərin, vətənpərvərciklərin.

Gəlin baxın, nəzər yetirin bu qadının gördüyü işlərə, əməllərə.

Bu insan əvvəldən nə söz verir, nə də kütləvi informasiya vasitələri qarşısında performans göstərmir. İş görür desək, görülən işləri adiləşdirərik. Zəhmət çəkir. Vaxt itirir. Öz səhhəti, öz sağlamığı bahasına xalqının, millətinin tərəqqisi üçün çalışır. Zəhmətinin, gördüyü işlərin, əməllərin bəhrəsini xalq, millət görür. Xanıma isə mənəvi rahatlıq qalır.

Mənəvi rahatlığı hiss etmək üçün insan özü təmənnasız köməyin nə olduğunum bilməlidir. Xanım kimi xarakterli insanlara fədakar – altruist deyirlər.

Fədakar (altruist) insan - başqa bir şəxs (başqa insanların) maraqlarının xeyrinə, başqalarının rufahı naminə təmənnasız fəaliyyəti nəzərdə tutan, mənəvi prinsipləri yüksək tutan bir insan deməkddir.

Bu Xanıma fədakar demək azdır. Mehriban xanımın etdikləri faydalı, xeyirli əməlləri saymaqla qurtarmaz.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları fondunun sədri Mehriban xanım Əliyevanın dinin və mədəniyyətin inkişafında rolu heyrətamizdir. Milli musiqimiz olan muğamın və xalq mahnılarımızın dünyaya tanıdılmasında Xanımın rolu böyükdür.

Hər dəfə Mehriban xanımın adının çəkilməsində məqsədim bu insanın haqqının itməməsi, yaddaşlarda həkk olunması üçündür. Biz yer üzünün müvəqqəti sakinləriyik. Bizim yer üzündə yaşamağımızın mənası özümüzü və vahid Allahı dərk etməkdir. İnsan cəmiyyətdə yaşayır. Hər birimiz cəmiyyətin bir üzvüyük. Bütün cəmiyyətin ağır yükünü bir və ya bir neçə insanın çəkməsi düzgün deyil. İnsan bu dünyadan köçəndə özünə sual verməlidir, mən niyə doğuldum, və mən yaşadığım kiçik zaman müddətində nə etdim?

Əgər insanın işi ancaq doğulub – ölməkdirsə niyə Allah insanları yaradıb? Elə adi robortları yaradardı. Daha insanları yaradıb yer üzündə sıxlıq yaratmazdı.

Allah insana ruh verib, şüur verib. İnsan - adına layiq yaşamalıdır. Bacarığından, istedadından layiqincə istifadə etməlidir. Ancaq qarnını fikirləşməklə, tuluğunu doldurmaqla, gün keçirməklə yaşamaq üçün yer üzündə doğulmağa dəyməz. İnsan öz potensialını maarifləndirməyə, yaradıcılığa, saf arzuların reallaşmasına yönəltsə həm bəşəriyyət qazanar, həm də insan mənəvi zövq alar gördüyü işlərdən.

İnanın ki, mənəvi dəyərlərə verilən qiymət heç vaxt izsiz itmir. İnsanın mənəviyyata, haqqa önəm verməsi genlə, irslə əlaqəlidir. Bu həqiqətdir.

Mehriban xanımın səmimiyyəti, çalışqanlığı, humanistliyi onun nəslinin Seyid geni ilə əlaqəli olmasıdır.

Seyid nümunədir. Seyid irəlidə olandır. Seyid Allahın etibarlı bəndəsidir.

Seyid öz əməlləri, hərəkətləri ilə insanları haqqa, ədalətə çağırandır, səsləyəndir.

Xanım öz səyi ilə, gördüyü işlərə yanaşması ilə, sevgisi ilə insanları özünə sevdirə bilib.

Bu bir möcüzədir ki, Allah Azərbaycana Mehriban xanım kimi bir insan bəxş edib. Bu həqiqətdir.

Mən həmişə deyirəm: “Varsa bu insandan artıq xalqına, millətinə bağlı xanım göstərin”.

Yoxdursa, olanın qədrini bilin. Allah səbirlidir. Ancaq Allahın da səbrinin həddi var.

Cəmiyyət yaxşı insanın qədrini bilməyəndə, Allah o naşükür cəmiyyəti elə insanı sevməyə məcbur etdirir ki, bunu sözlə ifadə etmək olmur. İnsanlar kimi cəmiyyət də özü öz bəxtinin, taleyinin dəmirçisidir.

Allahın hər hansı bir cəmiyyətə bəxş etdiyi insanların hansı insani keyfiyyətlərə malik olmasında, həmin cəmiyyətdə insanların maddiyyata və ya mənəviyyata üstünlük verməsinin böyük əhəmiyyəti var. Əgər cəmiyyət madiyyatı mənəviyyatdan üstün hesab edirsə, pula, vara-dövlətə olan sevgisi Allaha, valideynlərinə olan məhəbbətdən yüksəkdirsə, o halda cəmiyyət pula olan arzusu reallaşa bilər. Əgər cəmiyyət mənəviyyatı madiyyatdan üstün hesab edirsə, haqqı- ədaləti pula, vara-dövlətə olan sevgidən artıq, Allaha, valideynlərinə olan məhəbbət səmimi, həqiqidirsə o halda cəmiyyətə Allaha bağlı insanları bəxş edir. Bu çox geniş bir mövzudur.

Bizim bir təsəllimiz var ki, Allahın nəzarəti bizim üstümüzdən əskik deyil. Bunun baqiz nümunəsi Allahın bu xalqa, bu millətə bəxş etdiyi Mehriban xanımdır.

Bu həm də bir məsuliyyətdir, sınaqdır, imtahandır. Biz bu imtahandan necə çıxacağıq? Üzü ağ, alnı açıq? Yoxsa Allahın insanlara bəxş etdiyi xalqına, millətinə, vətəninə, torpağına bağlı insanların qədrini bilməyənlər siyahısına daxil ediləcəyik? Bax, budur sual? Cavabı bizdən asılıdır. Allah isə ədalətlidir. Lakin Allahın səbri ilə oynamaq olmaz. Biz insanları sözdə yox, qəlbdə sevməyi bacarmalıyıq. Mən açıq etiraf edirəm ki, Mehriban xanım kimi insanlara az rast gəlmişəm. İnsanları gözəl ayırd edirəm. Bu həyat təcrübəsi ilə əlaqədardır, həm də seyid nəslindən olmağımın böyük rolu var. Əsas Allaha sevgim, bağlılığım məni ruhlandırır yaşamağa, yazmağa. Lakin ümumi deyilənləri, kimlərinsə xoşuna gəlməyim xatirinə yox, həqiqəti insanlara çatdırmaq məqsədi ilə yazılar yazıram. Bu yazdıqlarım da həqiqətdir. Mən öz borcumu yerinə yetirirəm. Bildiyimi insanlarla bölüşmək istəyirəm.

Elə bil ki, xalqımızın şairi Məmməd Araz “Vətən mənə oğul desə” şerindəki iki misranı tək özünə deyil, həm də Mehriban xanıma və vətənini, xalqını, millətini, torpağını sevən bütün insanlara həsr edib. Məmməd Araz:

“Vətən mənə oğul desə nə dərdim

Mamır olub qayasında bitərdim”.

Mehriban xanıma xoş arzularını həyata keçirməyə iradə, can sağlığı arzulayıram.

Mehriban xanımın seçdiyi yol çox çətin, məşəqqətli yoldur. Bu yol ilə gedən insan geri dönmək haqqında düşünə bilmir. Çünki, bu yol seçimi bizdən, insanlardan əvvəl Allahın seçimidir. Allahın rizası olmadan heç bir arzu reallaşa bilməz. Bir anlıq fikirləşəndə ki, Mehriban xanım kimi insanlar olmasaydı həyat adiləşərdi. Nümunələr insanı yaşamağa, mənalı yaşamağa ruhlandırır. Bu yazdıqlarım ancaq, deyiləsi olanlardır. Lakin, o qədər deyiləsi xoş sözləri var ki, yaza bilmirəm. Ona görə ki, həqiqəti insanlara demək asandır. Lakin insanlar bu deyilən həqiqətləri qəbul etməsi üçün müddət, zaman tələb olunur. İnsanlar gördüklərinə inanır,

eşitdiklərini qəbul edirlər. Lakin, qəlb, ruh haqqında nə qədər yazılıbsa yenə azdır. Çünki, insanın daxili aləmini duymaq, hiss etmək hər kəsə müəssər olmur. Bu səbəbdəndir ki, insana layiq olduğu qiyməti, çox vaxt sağlığında verilmir. Çünki, çox vaxt həyatda hər şey müqayisə ilə müəyyən edilir. Təəssüflər olsun ki, çox vaxt alınan nəticələr insanların hələ də yaxşıların qədrini bilmədiklərinin göstəricisi olur. Nə edəsən? Bu belədir, həqiqət.

Biz gəlib gedərik bu dünyadan. Ancaq bizdən sonra gələnlər desinlər ki, halal olsun o insanlara ki, ömürlərindən dəyərli vaxtlarını insanların maariflənməsi üçün nə isə yazıb gediblər. Deməsinlər ki, bir gün gəldi-bir gün getdi du dünyadan. Gəlməsi ilə getməsi arasında doyunca yedi, qarın doydurdu. Ondan sonra yerdə qalan ad oldu.

Mehriban xanım daha böyük iş görür. O xalqının maariflənməsinə, mədəniyyətinin inkişafına öz töhfəsini verir. Bu yol ilə irəliləmək hər kəsə nəsib olmur. Bu çox böyük əmək, səbir, inam, sağlamlıq bahasına başa gəlir. Ancaq halal olsun deməkdən başqa bir söz qalmır insana.

Mehriban xanımın gördüyü işlər onun qəlbinin, ruhunun böyüklüyündən irəli gəlir.

Allah Mehriban xanımın qəlbinə görə arzularını reallaşdırsın.


Seyid Çingiz İbrahimov
Bu yazıya 2037 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.