Nemətin Sahibini İncitməyək


Xədicə Şahin
Bu yazıya 975 dəfə baxılıb.

Orta Asiyada yaşayan Müsəlman Türk qardaşlarımızın ortaq xüsusiyyətlərindən biri də qonaqpərvər olub, ikram etməyi çox sevmələridir. Evində bir gündəlik yeməyi olan biri belə düşünmədən onu gələn qonağına ikram edər, lazım olsa özü ac qalmağı seçər. Evə gələn qonaq tox olsa da yemək ikram etməmək çox ayıb salıyar. Hətta telefonla zəng vurub "biz yalnız çaya gəlirik, yemək süfrəsinə ehtiyac yoxdur" desəniz, "yalnız çayla qonaq qarşılanarmı?" deyərək heyrətlənərlər. Həmçinin, qonağın yeməyi bəyənib qabındakını bitirməsi ev sahibini çox sevindirər. Yalnız evində ikram etməklə kifayətlənməz, evə gedərkən də qonağına süfrədə olan çörəkdən yeməyə, şirniyyata nə varsa paket hazırlayıb, hədiyyə edər.

Süfrəmizdəki neməti Allahdan hədiyyə olaraq görüb, “bugünkü ruzimiz də budur”, deyərək təşəkkür duyğuları içində qarşılayıb, qəbul etmək lazımdır. Xüsusilə də qonaqlıqda "qonaq istədiyini deyil, veriləni yeyər" atalar sözünü düstur bilib, ikram edən kimsəyə sözümüzlə, özümüzlə təşəkkür duyğularımızı bildirərək məmnuniyyətimizi səmimiyyətlə bildirmək lazımdır. Əks halda kiçik alçaldıcı bir söz və ya mimika könül kəbəsini yıxmağa yetər. İkramı bəyənməməyin ev sahibinin könlünü nə qədər qırdığını Orta Asiyada yaşanan bir hadisə ilə təsvir edə bilərik. Türkiyədən gələn qonaqlar yerli bir ailənin evində qonaq olur. Gələn qonaqlar bəlkə də fərqli bir mədəniyyəti ilk dəfə görməyin naşılığıyla təqdim edilən ikramları, ev sahibini və evini tənqid edərək, xoş olmayan sözlər ifadə edirlər. Ev sahibi də bu sözləri eşidib çox kədərlənir. Bəlkə də fərqində olmadan qürurla sərf edilən sözlər həm nemətin sahibini həm də neməti ikram etməyə vəsilə etdiyi qulunun ürəyini çox qırır. Hər ikram edilən şey bəyəniləcək deyə bir qayda yoxdur. Zövqə uyğun olmaya bilər. İkramı bəyənmədiyi üçün susub nəzakətlə bildirmək başqa, ikramı xor görüb, alçaltmaq isə tam fərqlidir. Peyğəmbərimiz (s.ə.s.) bu mövzuda Hz. Cabirdən (r.a.) edilən rəvayətdə belə buyurmuşdur: "İnsana şər olaraq, qonaq getdiyi yerdə önünə qoyulanı bəyənməməsi kafidir" (Ramuz. C. 2/340-8).

Peyğəmbər ümməti olan bizlər Onun sünnəsi dediyimizdə yalnız sağ əllə yemək yeməsini, oturaraq su içməsini nümunə verər və onu tətbiq edərik. Özünə ikram edilən bir hədiyyə və ya yeməyi gülər üzlə qəbul edib əgər yemədiyi bir ikram isə neməti xor görmədən, ikram sahibini incitmədən geri çevirməsini sünnət olaraq tətbiq edə bilirikmi? Peyğəmbərimizin ikram ediləni ev sahibinin könlünü incitmədən, nəzakətlə geri çevirməsinə verilən nümunəni hamımız eşitmişik. Əbu Əyyub Əl-Ənsari buyurur: "Rəsulullaha (s.ə.s.) daim axşam yeməyi

hazırlayıb, göndərərdik. Qalanını, bizə geri göndərdiyi zaman, mən və Ümmü Əyyub, Hz. Rəsulullahın əlinin dəydiyi yerləri dəqiqləşdirib, onu yeyər və bununla bərəkətlənərdik. Yenə bir gecə, hazırlayıb göndərdiyimiz soğanlı və ya sarımsaqlı yeməyi Rəsulullah geri çevirmişdi. Onda əlinin izini görə bilmədikdə, yanına getdim. "Ya Rəsulullah! Atam, anam sənə fəda olsun! Siz axşam yeməyini geri çevirdiniz. Lakin, onda əlinizin izini görə bilmədim. Halbuki mən və Ümmü Əyyub, geri göndərdiyiniz yeməkdə əlinizin dəydiyi yerləri yeyib, bununla bərəkətlənirdik", dedim. Rəsulullah (s.ə.s.) buyurdu ki; "Bu tərəvəzdə bir qoxu hiss etdim. Ondan yemədim. Mən mələklə danışan bir adamam". "O yemək haramdırmı?" deyə soruşduqda, "Xeyr! Lakin mən qoxusundan ötəri ondan xoşlanmadım", buyurduğu zaman; "Sənin xoşlanmadığın şeydən mən də xoşlanmaram!" dəyincə Peyğəmbərimiz (s.ə.s.), "Siz onu yeyin", buyurdu. "Bunun üzərinə biz də ondan yedik və bir daha Rəsulullaha (s.ə.s.) o tərəvəzdən yemək hazırlamadıq".

Yenə peyğəmbər sünnəsini həyat düsturu edərək üz ağıyla dünyaya vidalaşmış Sahibül Vəfa olan könül insanı Həzrət Musa Topbaş haqqında “Altınoluk” jurnalının 185-ci sayında Abdullah Sərt Bəylə edilən bir müsahibədə qəlbən verilən ikramın necə qəbul edilməsi lazım olduğunu bu xatirələriylə dilə gətirir: “Anadoluda bir yerə getmişdik. Süfrə yumru bir taxtadan, yəni yer süfrəsi, üstü də bezlə örtülmüşdü. Çox düzgün də deyildi. Gələn yeməklər də ustadımızın səhhətinə mənfi təsir edə bilərdi. Mən bu səbəbdən narahat olub, “Əfsus”, - dedim. “Ustadımız narahat olacaq”, - deyə, kefim qaçdı. Hər halda ustadımız mənim bu rəftarımı hiss etmişdi ki, ev sahibinə iltifatlar edirdi. "Necə gözəl bir süfrədir?! Canı könüldən hazırlamısınız, çox hüzurlu bir süfrədir" - deyə, tərifləyirdi. Mənim üzümdəki narazılığı gizlətmək üçün ustadımız əlindən gələni edirdi. O gün, həqiqətən başqa səyahətlərdə yediyindən daha çox yemək yedi. O yeməklərin də çoxu ustadımızın az yediyi yeməklər idi. Amma bunu az da olsa hiss etdirmədi. Onsuz da ustadımız tez-tez bunları söyləyərdi: "İnsan Allahı tapdıqdan sonra, quru çörəklə isti çörəyin fərqi qalmaz. Önünə nə gələrsə fərq etməz. Soyuqla istinin, soğanla ən gözəl nemətlər arasında bir fərq görməz. Artıq hamısını Allahın ikramı olaraq görər", deyərdi.

Peyğəmbər tərbiyəsiylə tərbiyələnən insanlar ikram edəni incitməmək üçün diqqət göstərərkən, medianın tərbiyə etdiyi insanlar özlərinə süfrə açanların qəlbini heç düşünmədən qıra bilir. Xüsusilə televiziyadakı yemək yarışmaları, xarakteri formalaşmamış insanları daha da cəsarətləndirib "bəyənmirsənsə bunu rahatlıqla söyləməlisən, əskikliklərini üzünə vura bilərsən"

kimi ifadələri rahatlıqla söyləyirlər. Bu proqramların təlqiniylə hər kəs bir-birinin əskikliyini və ya bəyənmədiyi bir şeyi rahatlıqla dilə gətirə bilir. Bu səbəbdən ev sahibinin qonaq qarşılaması zövq yerinə, "aman, bir qüsurumu tapmasınlar", deyərək işgəncə halını ala bilir. Bir neçə gün qabaqcadan, qonaq qarşılama stressinə girib təmizlik, növ-növ ikramlar üçün o qədər saat israf edilir. Niyyət, nümayiş olduğu üçün əldə savab yerinə yalnız yorğunluq qalır.

Müsəlman, yemək yedirməkdən, qonaq qarşılamaqdan zövq almalıdır. Biz Hz. İbrahimin qonaq qarşılamasıyla bağlı hekayələri dinləyərək böyümüş bir cəmiyyətik. Dualarımızda Xəlil İbrahim bərəkəti istəyən, Xəlil İbrahim süfrəsinə həsr olunmuş mahnılarla böyüyən bir nəsil kimi qonağı yük olaraq görmək həm dini, həm də milli yöndən gözəl bir adətimizin yox olması deməkdir. Hz. Əli (r.a.) yemək yedirmə barəsində belə buyurur: "Bir yoldaşımı, bir səhər yeməyə çağırmaq, mənim üçün bazara çıxıb bir kölə satın almaq və o köləni Allah yolunda azad etməkdən daha sevimlidir" (Hayatü's Səhabə, c. 3/299).

Hz. Əli "Nemətləri şükürsüzlük ilə özünüzdən qaçırmayın" buyurur. İkramı bəyənməmək isə ən böyük şükürsüzlüklərdən biridir. Nemətin sahibinə qarşı şükürsüzlükdən yenə bütün nemətlərin sahibinə sığınırıq.

"Allahım sən ki, bizə həyatda o qədər çox şey verdin, mərhəmət edib, daha bir şey ver, bizə bütün bu nemətlərə qarşı nemət və təşəkkür duyğusu daşıyan bir ürək lütf et!" (G. HERBERT).


Xədicə Şahin
Bu yazıya 975 dəfə baxılıb.