Yağış necə yaranır?


Aysel Seyidova
Bu yazıya 2046 dəfə baxılıb.

Yağışın necə əmələ gəldiyi uzun müddət insanlar üçün bir sirr idi. Ancaq hava radarlarının kəşf edilməsindən sonra, yağışın hansı mərhələlərdən keçərək əmələ gəldiyi dəqiqləşdi.

Buna görə, yağış üç mərhələdən keçərək meydana gəlir: Əvvəl külək yolu ilə yağışın "xammalı" havaya qalxır. Ardından buludlar meydana gəlir və ən son olaraq da yağış damcıları ortaya çıxır.

Quranda yağışın meydana gəlməsi ilə əlaqədar verilən məlumatlarda, bu proseslərdən söz edilir. Bir ayədə bu əmələgəlmə haqqında belə buyurulur: “Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər” (Rum Surəsi, 48).

İndi isə ayədə keçən 3 mərhələni incələyək:

I mərhələ: "Allah küləkləri göndərir ..."

Okeanlardakı köpüklənmə ilə əlaqədar olaraq saysız hava qabarcığı ortaya çıxır və su zərrələri davamlı olaraq səmaya qalxır. Duzla zəngin olan bu zərrələr daha sonra küləklərlə daşınır və atmosferin yuxarısına doğru yol alırlar. Aerozol adı verilən bu kiçik hissəciklər "su tələsi" adı verilən bir mexanizmlə, yenə dənizlərdən yüksələn su buxarını öz ətraflarında kiçik damlalar halında toplayaraq bulud damlalarını əmələ gətirirlər.

II mərhələ: "... beləcə bir bulud qaldırar da onu necə istəsə göydə yayıb paylayar və onu parça-parça edər ..."

Duz kristallarının ya da havadakı toz zərrələrinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damlaları çox kiçik olduqlarından (0.01 ilə 0.02 mm diametrində) havada asılı qalırlar və göyə yayılırlar. Beləcə göy buludlarla örtülür.

III mərhələ: "... nəhayət onun arasından yağmur çıxdığını görürsən".

Duz kristallarının və toz zərrəciklərinin ətrafında bir yerə gələn su parçaları yaxşıca sıxlaşaraq yağış damlalarını əmələ gətirirlər. Beləcə havadan daha ağır bir mövqeyə gələn damlalar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayırlar.

Göründüyü kimi yağışın meydana gəlməsindəki hər mərhələ, Quran ayələrində bildirilir. Üstəlik bu mərhələlər doğru sıralama ilə açıqlanmışdır. Dünyadakı bir çox təbii hadisədə olduğu kimi, bunda da Allah ən doğru şərhi etmiş, üstəlik bu şərh kəşf edilmədən əsrlər əvvəl Quranla insanlara bildirilmişdir.


Aysel Seyidova
Bu yazıya 2046 dəfə baxılıb.