Zəhərli maddələrin düşməni


Kəmalə Hüseynova
Bu yazıya 1139 dəfə baxılıb.

Cəfəri – kərəvizkimilər fəsiləsinə aid ikiillik bitki cinsidir.

Cəfəri Azərbaycan mətbəxində geniş istifadə olunan göyərtidir. Cəfəri kök və yarpaq hissələrinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq C vitamini vardır. Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq C vitamini, 10 mq karotin, həmçinin B1 və B2 vitaminləri vardır. Cəfəri toxumunda 2,7%, kökündə 0,05%, yarpağında isə 0,3% efir yağı vardır. Azərbaycanda "məhsuldar" cəfəri sortu yetişdirilir.

Cəfəri təkcə salatlara və yeməklərə ləzzət vermir, həm də bizi gözəlləşdirməyə xidmət edir. Cəfəri sağlamlığımız üçün də çox əhəmiyyətlidir. Bir çox xəstəliklərin dərmanıdır. Cəfərinin xərçəng xəstəliyinin də qarşısını aldığı faktı araşdırmalarda təsdiq olunub. Səhər içildiyində bədəndə olan toksinləri, yəni istənməyən gecə boyu yuxu zamanı meydana gəlmiş zəhərli maddələrin tər ilə bədəndən atılmasına kömək edir. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə blenderdə yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq və qarışdırırıq, səhər yeməyindən yarım saat əvvəl içirik, üstündən bir stəkan su içirik. Sonra səhər yeməyi yemək olar. Bunu beş gün ara vermədən etmək lazımdır, sonra bir həftə ara verib yenidən, təkrar edirik. Bundan sonra bədəndəki bütün kimyəvi maddələrin hamısı təmizlənir. Bu prosesi qaraciyərin piylənməsi zamanı da etmək lazımdır (yəni xolestroldan təmizləyir). Hepatit-B xəstələri üçün — Yarım litr qaynayan suya 10-12 ədəd təzə cəfərini əlavə edirik. 3 dəqiqə ağzı qapalı halda zəif odda dəmləyirik. Soyuduqdan sonra yarısını səhər yeməyindən yarım saat əvvəl, yarısını isə səhər yeməyindən bir saat sonra, yerdə qalanı isə axşam yeməyindən yarım saat əvvəl içilir. Hər gün təzə olmalıdır. Bunu da 15 gün ara vermədən içmək lazımdır. Cəfərinin faydaları nələrdir?

* Cəfəri arıqlamağa da yardım edir. Qanında Dəmir elementi əskik olanlara da çoxlu cəfəri qəbul etmələri məsləhət görülür.

* A, B1, B3, və C vitaminləri, kalsium və dəmir tərkibli olan xoş qoxulu cəfəri, ət yeməkləri, şorbalar və qayğanaq, hətta plovlara dad verən gözəl bitkidir.

* Böyrək və öd daşlarının düşməsinə kömək edir. İki-üç dəstə cəfərinin köklərini 4 stəkan suda qaynadın. Səhər və axşam bir stəkan için. Bu çay öd və böyrəkdə olan daşların düşməsinə kömək edir.

* Yeməkdən sonra ağzınızda xoş bir qoxu olmasını istəyirsinizsə, bir neçə ədəd cəfəri çeynəyə bilərsiniz. Ağır və yağlı yeməkdən sonra özünüzü narahat hiss edə bilərsiniz. Bunun aradan qaldırmaq üçün yarım dəstə cəfərini bir dəmlikdə qaynadıb az balla qarışdırdıqdan sonra içinə az miqdarda limon sıxsanız, möcüzəvi içki və həzmi asanlaşdıran şəfa əldə etmiş olarsınız.

* Cəfərinin bişmişi və bişməmişi də yuxu gətirir.

* Çoxlu cəfəri yemək, üzümüzün rəngini düzəldir və dəriyə təravət bəxş edir. Cəfəri suyu ilə dəriyə kompres edilsə, dəri daha parlaq olur.

* Cəfərinin orqanizmi zəhərlənmələrdən təmizləyici xüsusiyyətləri də var.

* Böyük bir ovuc təzə cəfəri yarpağını bir litr suda qaynadaraq əldə edilən mayedən astma, menopoz problemləri, öskürək üçün istifadə etmək olar.

* Təzə cəfəri suyu böyrək, sidik kisəsi və sidik yolu iltihablarını sağaldır.

* Cəfəri suyunun eynilə digər şəfalı bitkilər kimi faydaları çoxdur. Cəfəri suyunda çox yüksək miqdarda xlorofil var. Bu xlorofil maddəsi orqanimz üçün böyük əhəmiyyət kəsb edir. Çünki xlorofilin qan azlığını aradan qaldırır. Qanın artması ilə birlikdə böyrəklər, qaraciyər və sidik yollarının təmizlənməsinə və daha yaxşı işləməsinə kömək etmiş olur.

* Cəfəri ən zəngin C vitamini qaynaqlarından biridir. Hər səhər bir qədər cəfəri yemək gün ərzində bizə lazım olan C vitamininin böyük qisimini təmin edə bilir.

* Cəfəri siqareti yeni tərk edənlər üçün də olduqca faydalı bitkidir. Belə ki, bəlğəmlərin boğazdan xaric olunmasında cəfəri suyunun böyük rolu var.

 

SOĞANLI CƏFƏRİ SALATI

Tərkibi:

3 ədəd təzə yaşıl soğan

Yarım dəstə cəfəri

2 ədəd pomidor

Yarım limon

1 ç.q narşərab

Bir çimdik duz

2 x.q zeytun yağı

 

Hazırlanması:

Pomidorların qabıqlarını soyub kub şəklində doğrayın. Cəfəri və təzə yaşıl soğanları təmizləyib bol suda yuduqdan sonra iri-iri doğrayın. Ayrı bir kasanın içində duz, narşərab, limon suyu və zeytunyağını qarışdırın. Doğranan vəsaitləri salat qabına əlavə edib sousu üzərinə gəzdirərək tökün, qarışdırıb servis edin.


Kəmalə Hüseynova
Bu yazıya 1139 dəfə baxılıb.