Ya yola gəl, ya da çəkil!


Əlif Güldar
Bu yazıya 658 dəfə baxılıb.

Aşiqlər sultanı Həzrəti Mövlana nə gözəl deyib: "Ey nəfsim səni sən edən mənəm, məni də mən edən sənsən. Ya yola gəl birlikdə gedək ya da yoldan çəkil mən Haqqa gedim". İnsanın qəlbi nəfs mənasında işlədilir. Nəfs sözünün iyirmidən çox mənası vardır. Ruh, can, qan, mənlik, daxili aləm, ürək, böyüklük, ucalıq, iradə kimi… Lakin daha çox iki mənası işlədilir. Birincisi bir şeyin özü, əsli; məsələn, Qurani Kərimdə "Hər nəfs ölümü dadıcıdır", buyurulur. İkincisi dinə uyğun olmayan istəklərin qaynağı olaraq istifadə edilir. Buna nəfsi əmmarə deyilir. Bu nəfs Allahın düşmənidir. Hədisi qutsidə belə buyurulur; "Nəfsinə düşmənlik et, çünki o mənim düşmənimdir".

Nəfsimizin mahiyyəti; Allah Təala insanda üç şey yaratdı. Ağıl, ürək, nəfs. Bunların heç birini gözlə görmək mümkün deyil. Biz onun varlıqların əsərləri ilə, etdikləri işlərlə və dinimizin anlatdığı qədər dərk edirik. Ağıl və nəfs beynimizdə qəlb isə ürəyimizdədir. Bunlar maddə deyil yer tutmazlar. Var olmaları elektrikin lampası kimidir.

Pis nəfsə nəfsi əmmarə deyilir. Mənfi xüsusiyyətlərlə bəzənən nəfsdir. Peyğəmbərlər və vəlilərdən başqa digər nəfslər nəfsi əmmarədir. İnsanın ən böyük düşməni onun nəfsidir, daha sonra pis yoldaş və şeytan gəlir. Şeytan və pis yoldaş nəfsə təsir edərək insana daim zərər verməyə çalışır. Onun üçün nəfsin əmmarəlikdən təmizlənməsi vacibdir. Nəfs daim tərbiyə və idarə edilməlidir. Hədisi şərifdə “Əsl komandir nəfsini məğlub edəndir”, buyurulur. Ağlın əlaməti nəfsə qalib və hakim olmaq və öldükdən sonra lazım olanları hazırlamaqdır. Ahmaklığın əlaməti nəfsə uyub Allahdan əfv və mərhəmət gözləməkdir.

Həzrəti Aişə anamız; "İnsan Rəbbini nə vaxt tanıyar?" deyə sual verincə Peyğəmbərimiz "Nəfsini tanıdığı zaman" buyurmuşdur.

Nəfsi əmmarə ilə mübarizə, riyazat və mücahidə ilə olar. Riyazat nəfsin arzularını yerinə yetirməməkdir. Nəfs daim haram olanlara yönələr. Mücahidə isə nəfsin istəmədiyi şeyləri etməkdir. Nəfsimiz xeyir və ibadət istəməz. Nəfsə, günahlardan qaçmaq ibadət etməkdən daha çətindir. Onun üçün günahdan qaçmaq daha savabdır. Nəfs dünya zövqlərinə və ləzzətlərinə düşkündür. Bunların yaxşı pis, faydalı zərərli olduğunu düşünməz. Nəfsin arzuları dinimizin əmrlərinə uyğun gəlməz. Dinimizin qadağan etdiyi şeyləri etmək nəfsi qüvvətləndirər. Zərərli şeyləri yaxşı göstərib ürəyi aldadar. Ürəyin nəfsə aldanmaması üçün ürəyi qüvvətləndirmək və nəfsi zəiflətmək lazımdır. Dinin əmrlərinə uyğun yaşayan arzularına qovuşar. Qurani Kərimdən tərcümə olaraq "Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir" buyurular ( Ənkəbut 69).

Həzrət İmam Qəzali buyurur ki; "İnsanda pis xüsusiyyətləri yığan nəfslə mübarizə etmək qırmaq lazımdır". Hədisi şərifdə; "Sənin ən böyük düşmənin səni bütünlüklə əhatə edən nəfsindir", buyurulur.

Həzrət İmam Rəbbani buyurur ki: “Təsəvvüf yolunda olmaqda məqsəd nəfsi təzkiyə edib və ürəyi təsviyə etmək, yəni nəfsi və ürəyi xəstəliklərdən qurtarmaqdır. Bəqərə surəsində "Ürəklərdə xəstəlik vardır" qeyd olunan onuncu ayəyi kərimədə bildirilən xəstəlik müalicə edilmədikcə həqiqi imana qovuşulmaz.

Kainatdakı hər şey bizim üçün yaradılmışdır. Tənəffüs etdiyimiz havanın belə şükrünü əda etməkdən acizik. Qurani Kərimdə İbrahim surəsi 34-cü Ayəyi cəlilədə "Allahın bu qədər nemətlərini saymaq istəsəniz saya bilməzsiniz, doğrusu insan çox zalım, çox nankordur".

Adiyat surəsi 8-ci ayəyi kərimədə bildirildiyi kimi “İnsan mala mülkə çox düşkündür, əsasən də xəsisdir”. İsra surəsinin 100-cü ayəsində "Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, o zaman da tükənər qorxusuyla xəsislik edərdiniz. Onsuz da insan çox xəsisdir", buyurulur. Bizi yaradan Rəbbimiz əlbəttə bizi bizdən daha yaxşı bilir. Xəstəliyi verən Rəbbimiz bunların dərmanını da yaratmışdır. Allahın əmrlərinə uyğun olaraq qadağanlarından uzaqlaşınca qurtuluş ümidi çoxalır. İnsan yalnız namazını doğru etsə bütün pisliklərdən uzaqlaşar. Qurani Kərimdə Ənkəbut surəsi 45-ci ayəyi cəlilədə Allah Təala buyurur: "(Ey Məhəmməd!) Kitabdan sənə vəhy olunanı oxu, namazı da düzgün qıl. Çünki namaz, insanı həyasızlıqdan və pislikdən qoruyar. Allahı xatırlamaq (namaz qılmaq) əlbəttə ən böyük ibadətdir. Allah etdiklərinizi bilir". O halda etməli olduğumuz nəfsə uyğun gəlməmək günahlardan qaçmaq və namazı doğru yerinə yetirməkdir.

Nəfs ilə mübarizədə həyat kitabımız Qurani Kərimdə bir sıra hekayə və bizim üçün ibrətli nümunələr vardır. İslam tarixində xüsusi ilə də Allah dostlarının həyatlarında saysız nəfslə mübarizə mənqibələri vardır. Bunların hər birindən istifadə etmək çox mənalı və əhəmiyyətlidir.

Rəbbim hər birimizi bu mübarizədən üzümüzün ağı ilə çıxanlardan və cənnətdə Camalı ilə şərəflənənlərdən eyləsin.


Əlif Güldar
Bu yazıya 658 dəfə baxılıb.