Dahilərdən kəlamlar


Əbdürəhman Həbib oğlu
Bu yazıya 1062 dəfə baxılıb.

Qurani–Kərim Allah kəlamıdır. Bu müqəddəs kitab füsünkar gözəlliyə malik ilahi bir əsərdir və yerdə qalan bütün əsərlər isə bəşəri kəlamdır. Bu barədə yaxşı deyilmişdir:

Haqq kəlamı hara, kəlami – bəşər,

Onu inkar edən bəlaya düşər!

Qurani–Kərim özündən əvvəl Allah–Təala tərəfindən göndərilmiş səmavi kitablardan – Tövrat, Zəbur və İncildən fərqli olaraq bir dövr üçün deyil, qiyamətə qədər bütün dövrlər üçün göndərilmişdir. Qurani–Kərim hissə-hissə iyirmi üç il ərzində vəhy mələyi Cəbrail vasitəsi ilə əvvəl Məkkədə, sonra isə Mədinədə Məhəmməd əleyhissəlama nazil olmuşdur. Müqəddəs kitabımız Qurani–Kərim bütövlükdə nurla dolu yaşayış, əxlaq həyat kodeksidir. Hər bir bəşər övladı onu narahat edən hər bir məsələyə yalnız Allahın kitabında – müqəddəs Qurani – Kərimdə cavab tapa bilər bu müqəddəs kitab insan əqlinə mənəvi qida, insan qəlbinə məlhəmdir.

“Everyman”s” ensiklopediyasi, islam maddəsi:

“İslamiyyət, həyatın bütün məsələləri üçün qaydalar qoyur. O əksiksiz bir qanunlar toplusudur. Hər cür təmizlikdən tutmuş ta alış-verişə, cinayətlərə qədər ehkam irəli sürür və hətta saqqal və bığın necə kəsiləcəyi haqqında belə hökm qoyur. İslamın bütün qanunları əhəmiyyət baxımından eynidir”.

J.W.Wan Höte Qurani-kərim haqqında deyir:

“Quranın əzəldən olub-olmaması kimi məndə bir şübhə yoxdur. Müsəlmən olaraq mənə fərz olduğu kimi kitabların kitabı olduğuna iman edirəm”.

Bismark deyir:

“...Bütün səmavi kitabları tədqiq etdimsə də heç birində bir hikmət görə bilmədim. Bu qanunlar nəinki cəmiyyəti, hətta bir kiçik ərazidə yaşayan xalqın səadətini belə təmin edə biləcək mahiyyətdən çox uzaqdır. Lakin muhammədilərin Quranı bu cəhətdən istisnadır... Mən Quranin hər kəlməsində böyük bir hikmət gördüm.

...Səninlə eyni əsrdə yaşamadığıma görə çox təəssüf edirəm, Ey Muhamməd Müəllimi və naşiri olduğun bu kitab sənin deyildir. O, lahutidir. Bunun lahuti olduğunu inkar etmək, mövcud elmlərin batil olduğunu irəli sürmək qədər gülüncdür.

Bunun üçün bəşəriyyət sənin kimi mümtaz bir qüdrəti bir dəfə görmüş, bundan sonra isə görməyəcəkdir. Mən hüzuri məhəbbətində hörmətlə baş əyirəm.

1905-ci ildə məhşur HİND ALİMİ, hüqüq, fəlsəfə və filologiya elmləri doktoru, professor Abdulla Səhrəverdi ingilis dilində tərtib və nəşr etdirdiyi “Məhəmmədin kəlamlari” kitabını dünya nəşriyyatlarının çoxu bu kəlamları kitab halında çap etmişdir. Deyirlər ki, böyük rus yazıçısı Lev Tolstoy öləndə onun paltosunun cibindən Məhəmməd Peyğəmbərin bu mübarək kəlamkarının toplandığı kitab çıxmışdı.

Azad HİNDİSTANIN ilk prezidenti Mahatma Qandi bu kitab haqqında demişdir. Bu qiymətli kəlamlar təkcə müsəlmanların bilik xəzinəsi deyil, bəlkə bütün bəşəriyyətə aid olan xəzinədir”.

Peyğəmbərin kəlamlarından bir neçəsi:

Behişt anaların ayaqları altındadir.

Fəhlənin alnının təri qurumamış, onun muzdunu verin.

Ömrünü elmə sərf edən adam heç vaxt ölmür.

Bir saat təfəkkür etmək altmış il ibadətdən üstündür.

Elmindən fayda gələn alim min abiddən üstündür.

Elmi beşikdən məzara qədər öyrənmək lazımdır.

Elmin ayağı dünyadan kəsildiyi an savaş başlanacaqdır.

İnsanın gözəlliyindən biri də onun aydın və gözəl danışmasıdir.

Bəşəriyyət düz yolu tapdıqdan sonra dağılıb məhv olmaz. Yalnız münaqişə və mübahisə yolu ilə dağıla bilər.

Təkəbbür insanı alçaldır və kiçildir.

Qocaya hörmət ALLAHA hörmət deməkdir.

Bütün aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz dünyanın zülmətlə dolu olan bu dövründə gəlmiş, batil inancları qaldırmış, iman və İslam nuru ilə dünyanı qaranlıqlardan qurtarmış, insanlığa dünya və axirət səadətinin açarlarını verərək həqiqi mədəniyyətin yolunu göstərmişdir.

Bu gün İslam tarixini tərəfsiz şəkildə tədqiq edən bir çox qərb şərqşünasları belə Peyğəmbərimizin yüksək mərtəbəsini, gözəl əxlaqını vəinsanlıq üçün həqiqətən

rəhmət və ən böyük qurtarıcı olduğunu qəbul etməyə məcbur qalmış, ona heyran olduqlarını dilə gətirmişlər.

Mahmud Əsəd tərəfindən tərcümə edilən bir əsərdə məşhur ingilis filosofu Mr.Karlayl belə deyir: “Hz. Məhəmməd (s.ə.s.) riyadan tamamilə uzaq olduğuna görə onu çox sevirəm... Hz. Məhəmmədi (s.ə.s.) bəşəriyyətdə ölçə biləcək heç bir tərəzi yoxdur. O, ölçülə bilməyəcək qədər ağır və böyükdur”.

İnsaf sahibi qeyri – müsəlmanlar Peyğəmbərimizə (s.ə.s.) bu qədər heyranlıq duyub maraq və məhəbbət göstərirsə, onun ümməti olan bizlərin ona necə sevgi və hörmətlə bağlanmalı olduğumuzu düşünməliyik.

Burada bunu da əlavə edək ki, Peyğəmbərimiz (s.ə.s.) dünyanı şərəfləndirdikdən sonra, ondan qabaq gəlmiş peyğəmbərlərin gətirdikləri şəraitlərin hökmü qalmamışdir. Haqq və hökmranlıq sadəcə Qurani–Kərimə və bizim peyğəmbərimizə aiddir. Buna görədir ki, peyğəmbərimiz bir gün Hz, Ömərin əlində mənsux (hökmü ortadan qalxmış) Tövrat səhifələrini görüncə ona qarşı çıxaraq: “Siz də yəhudi və xristianlar kimi mənə verilən nübuvvətə (peyğəmbərlik), mənə nazil olan Qurana şübhə və tərəddüd edirsiniz? Vallahi, Musa Peyğəmbər ki, ona tövrat endirilmişdi, hal – hazırda həyatda olsa idi, mənə tabe olmaqdan başqa heç bir qüdrəti olmazdı” buyuraraq bu həqiqəti ifadə etmişdi.

Heç şübhəsiz, batil dinlərin, xüsusilə də, xristianlığın çoxlu təbliğatına baxmayaraq, yaxşı bilinməlidir ki, dövrümüzdə nə İncilin, nə Tövratın hökmü vardır. Halhazırda və qiyamətə qədər təsərrüf və hökmranlıq bizim peyğəmbərimizə Muhamməd Mustafaya (s.ə.s.) aiddir.

Uca Rəbbimizdən bütün insanlara – qohum - əqrəba, bacı qardaşlara hidayət diləyirəm. Allah Təala bizi İslam dinimizdə sabit, bizlərə müsəlman kimi yaşayıb müsəlman kimi ölməyi nəsib etsin. Amin.


Əbdürəhman Həbib oğlu
Bu yazıya 1062 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Hicab Təqvadır
  • Dahilərdən kəlamlar