Kəbədə ibadət


Atakişizadə Əsmayə
Bu yazıya 873 dəfə baxılıb.

Afif əl-Kindi adında bir kişi, ailəsinə bazarlıq etmək üçün Məkkəyə gəlir. Quşluq namazı vaxtı, Kəbənin yaxınlığında olarkən gənc bir oğlanın göyə baxdığını görür, ardınca Beytullaha yönələrək ayaq üstə dayanır. Sonra kiçik bir uşaq (Həzrət Əli) Onun sağ tərəfində, bir qadın da bu ikisinin arxasında durur. Sonra hər kəs rüku və səcdə edir. Əvvəllər heç görmədiyi bu ibadəti heyranlıqla seyr edən Afif, bu insanların kim olduqlarını həmin zaman orada olan Peyğəmbərimizin (hələ müsəlman olmamış) əmisi Abbasdan soruşur. O da göndərilən yeni dindən danışır və bu yad insan onların dördüncüsü olmağı çox istədiyini bildirir.

Başqa bir rəvayətə görə, Abdullah ibn Məsud, Məkkəyə ticarət üçün getdiyi zaman, onların üçünü (Rəsulullah, Həzrət Xədicə və Həzrət Əli) birlikdə Kəbəni təvaf edərkən gördüyünü, həmin an Həzrət Xədicənin geyiminə (təsəttürə) diqqət etdiyini söyləyir.

Burada biz Həzrəti Xədicəni, küfrün ortasında, Cəbrayılın öyrətdiyi kimi namaz qılarkən görürük. Budur aşkar ibadət - durğun suya atılan ilk daş kimi… Və bu nöqtədən bütün qitələrə dalğa-dalğa yayılan camaat olaraq qılınan ilk namaz...

Çətin dövrdə

Peyğəmbərimiz təbliğə başladıqdan sonra Ona sataşmaq və təhqir etməklə qarşılıq verən Məkkə müşrikləri, gün keçdikcə zülümlərini artırırdı. Onlar daha sonra bütün möminləri, Haşim oğullarının yaşadığı məhəllə olan “Şibi Əbu Talib”də bir yerə yığaraq, onlarla olan bütün əlaqəni kəsdilər. Üç ilə qədər davam edən bu çətinliklər zamanı yeməyə bir şey tapmayan möminlərin neçə-neçə uşaqları ölmüş, özləri də ağac qabıqlarını yeməyə məcbur olmuşlar. Elə bu məqamda Həzrəti Xədicə anamız malı ilə, canı ilə hər cür fədakarlıq göstərərək, Peyğəmbərimizi tək qoymamış və hətta bütün imkanlarını səfərbər etmişdir.

Həzrəti Xədicənin sahib olduğu sərvət, İslam uğrunda hər gün daha çox əriyib tükənirdi. Belə ki, Peyğəmbərimizin Mədinəyə hicrəti ərəfəsində, evlilik səbəbi ilə sahib olduğu o böyük sərvətdən ona çox cüzi bir miqdar qalmışdı.

Həzrəti Xədicə, müsəlmanların çəkdiyi bütün çətinliklərdən payını almışdır. Çünki Peyğəmbərimizin və İslamın ən çətin illəri, Həzrəti Xədicə ilə evli olduğu illərə təsadüf edir. Rəsulullahın bu vəfakar xanımı, Peyğəmbərimizin razılığı ilə rədd edildiyi işgəncə və təhqirlərə məruz qaldığı günlərdə yanından heç ayrılmamış və Onu heç bir zaman çətinliklərlə başbaşa qoymamışdır. Rəsullullah, Məkkədə keçirdiyi günlər ərzində, Qureyşdən gördüyü cəza və cəfadan taqətsiz bir vəziyyətdə evə qayıdarkən, o vəfakar xanım Peyğəmbərimizi təsəlli etmiş, dəstək olmuş və Onun mənəviyyatını yüksəltmişdi. Peyğəmbərimiz, bu çətin günlərində ən böyük təsəlli və dəstəyi, Həzrəti Xədicənin qurduğu xoşbəxt ailə yuvasında tapmışdı. Şəxsən gördüyü bu məhəbbət və fədakarlıqlar da, bir vəfa abidəsi olan Allah Rəsulunun həyatı boyunca nəyə görə Həzrəti Xədicəni unutmadığını göstərir.

Həzrəti Xədicə anamız, həm şəxsi cəhdləri ilə, həm də qohumları və hələ müsəlman olmamış qardaşı oğulları ilə birlikdə bu çətinliyin aradan qaldırılmasında Peyğəmbərimizə dəstək olmuşdur.

Belə ki, qardaşının oğlu Hakim ibn Hizam, bu yolda ilk addımı atan şəxsiyyət olaraq bilinir. O, bir gecə, daşıya bildiyi qədər ərzaq alaraq bibisinə apararkən, bunu öyrənən Əbul-Buhturi ibn Hişam:

“-Sən onun bibisinə ərzaq aparmasına mane ola bilməzsən, qohum ziyarətini kəsə bilməzsən!” - dedi. Bu səbəbdən Əbu Cəhil ilə aralarında münaqişələr yarandı. Lakin Hakim, fürsət tapdıqca bibisinə ərzaq göndərirdi. Əbu Cəhil, sadəcə bir dəfə onu görmüş və mübahisə etmişdir.


Atakişizadə Əsmayə
Bu yazıya 873 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.