Yağış necə yaranır? - 2


Aysel Seyidova
Bu yazıya 865 dəfə baxılıb.

Yağışın əmələ gəlməsi ilə əlaqədar olaraq başqa bir ayədə bu məlumatlar verilir:

Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər. (Nur surəsi, 43)

Bulud tipləri üzərində araşdırma edən elm adamları yağışın əmələ gəlməsi ilə əlaqədar çaşdırıcı nəticələrlə qarşılaşmışlar. Yağış buludları müəyyən bir sistem və mərhələlər daxilində meydana gəlir və formalaşır. Yağış buludlarından biri olan “cumulonimbus” növü buludların meydana gəlmə mərhələləri elmi olaraq belədir:

I - Sürtülmə: Buludlar küləklər tərəfindən olduqları yerdən başqa yerə gedirlər.

II - Birləşmə: Külək tərəfindən itələnən bu kiçik ölçüdəki buludlar (Cumulus) birləşərək böyük buludları əmələ gətirir.

III - Yığılma: Kiçik buludlar birləşdikdən sonra böyük buludun içindəki yuxarı doğru çəkmə qüvvəsi artır. Buludun mərkəzindəki yuxarı çəkmə qüvvəsi kənarlardakı çəkişmədən daha güclüdür. Bu yuxarı çəkmə buludun gövdəsinin şaquli olaraq böyüməsinə səbəb olur. Beləcə buludlar yuxarıya doğru genişlənərək üst-üstə yığılmış olur. Bu, şaquli olaraq böyümüş buludun gövdəsinin atmosferin daha sərin yerlərinə doğru uzanmasına səbəb olur. Bu zaman həmin nöqtədə atmosferin sərin bölgələrində, bulutda su və dolu damlaları böyüməyə başlayır.

Bu mərhələlərin nəticəsində, su və dolu damlaları, yuxarı çəkmə gücünün onları dəstəkləyə bilmədiyi qədər ağırlaşdıqları zaman yağış, dolu və s. şəkildə düşməyə başlayır.

Unutmamaq lazımdır ki, meteorologiya buludun formalaşması, quruluşu və funksiyası ilə əlaqədar detalları inkişaf etmiş avadanlıqlardan (təyyarə, peyk, kompüter və s) istifadə edərək yaxın zamanda öyrənmişlər. Görülən odur ki, Allah bu ayələrində də bizə 1400 il əvvəl bilinməsi mümkün olmayan bir məlumat vermişdir.

Quranda yağış haqqında verilən bir digər məlumat isə, yağışın müəyyən bir ölçü ilə endirildiyidir. Zuxruf Surəsində belə buyurulur:

O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız! (Zuxruf Surəsi, 11)

Yağışdakı bu ölçü də, araşdırmalarla təsbit edilmişdir. Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda bir ildə dünyaya yağan yağış miqdarıdır. Yəni su, davamlı bir tarazlıq içində, "bir ölçüyə görə" dönüb dayanır. Yer üzündəki həyatın davamı da, bu su dövrü sayəsində təmin edilir. İnsan sahib olduğu bütün texnoloji imkanları istifadə etsə də, bu dövrü heç vaxt süni olaraq gerçəkləşdirə bilməz. Əgər bu miqdarda ən kiçik bir dəyişiklik belə olsa, qısa bir zaman sonra böyük bir ekoloji balanssızlıq ortaya çıxacaq və bu da həyatın sonunu gətirəcək.


Aysel Seyidova
Bu yazıya 865 dəfə baxılıb.