Uşaqlara Qurban bayramı necə izah edilməlidir?


Sevil Yavuz
Bu yazıya 600 dəfə baxılıb.

Əziz atalar və analar! Qurban bayramına sayılı günlər qaldı. Qurban bayramı proqramınızı hazırlayarkən kiçik yaşda olan uşaqlarınızın qurban bayramında travma yaşamaması üçün necə tədbirlər görməlisiniz və nələrə diqqət etməlisiniz? Bunları bilməyiniz vacibdir.

İlk növbədə Qurban bayramının mənasını uşaqlarınıza açıqlamalısınız. Nə qədər məlumatlı ata- analar olsanız da bir cəmiyyət içərisində yaşadığınız üçün qurban bayramında “heyvanların kəsildiyini” görəcəksiniz. Təbii ki, bu səhnəni uşağınıza izlətmək istəməsəniz də, bir yerdən başqa yerə gedərkən bir anlıq görüntü olaraq görəcəkdir. Bu səbəblə Qurban bayramının mənasını uşağınızın anlayacağı şəkildə, hekayə danışırcasına başa salmalısınız. Hər uşağın qavraması fərqli olduğu üçün sual verməsinə izin verərək, mümkün olduğu qədər nümunələrlə konkret şəkildə anlatmalısınız.

Bayramın mənasını açıqlayarkən Qurban bayramının ancaq heyvanların kəsilməsi, yəni qurban kəsilməsi mənası daşımadığını, dostluq, paylaşma, həmrəylik, bayramlaşma kimi vacib mövzuları da ehtiva etdiyini izah etməliyik. Uşaqlara bayramlaşmanın nə olduğu, necə bayramlaşmalı, bayramlaşmağa getməyin, bayramda nələr ikram edildiyinin məlumatının verilməsi lazımdır.

Qurban kəsimi uşaqlarınıza necə təsir edər?

Qurban bayramında xüsusilə kiçik uşaqların kəsim səhnələrini izləməməsi lazımdır. Çünki mücərrəd düşüncə dönəminə keçməmiş uşaqlar qurban kəsiminə bir məna verə bilməzlər və bu onları psixoloji olaraq sarsıdar. Hər uşağın bu səhnədən təsirlənməsi fərqlilik göstərsə də, bir heyvanın gözlərinin, ayaqlarının bağlanması, kəsilməsi uşaqda travma yarada bilər. Yaşı kiçik olan uşaqlarda depressiya, aqressivlik, gecə yuxuları, ət yemək istəməmək kimi problemlərə də səbəb ola bilər. Belə bir vəziyyətdə mütləq pedoqoq dəstəyinə ehtiyac var.

Uşağınızın travma yaşamaması üçün nələrə diqqət etməlisiniz?

Uşağınızın yaşına görə Qurban bayramının mənasını açıqlaya bilərsiniz. Ancaq uşaq Qurban kəsimini anlayacaq yaşda deyilsə, başa salmayın və kəsim səhnələrindən uzaq tutun.

Qurban bayramı üçün aldığınızın qurbanlığı əvvəlcədən alıb bağçanızda saxlamayın. Uşaq qurbanlıqla sevgi əlaqəsi qurar və onun ölümü səbəbi ilə sarsılar. Eyni zamanda sevdiyi heyvanı ailəsi qurban etdiyi üçün onlara qarşı qəzəbli olar.

Bayramın başqa gözəlliklərini – bayram alış-verişi, ailə ziyarətləri, bayramlaşma, paylaşma kimi bayrama xas xüsusları onunla birlikdə edin.

Maraqlanan uşaq üçün ...

Bir az daha çoxunu öyrənmək istəyən uşaq üçün valideynlər dünyadakı bütün canlıların bir-birinə kömək etdiklərini, məsələn, çiçəklərin arılara bal etmək üçün kömək etdiyini, arılar da bal hazırlayaraq bizlərin qidalanmamızda kömək etdiyini söyləyə bilərlər. Bitkilərin və heyvanların; insanların onları yeməsindən, onların südündən, yumurtalarından, yunundan və ətlərindən faydalanmalarını istədiyi deyilə bilər. Beləcə canlıların bir-biri ilə yardımlaşdığı, heyvanların bundan çox xoşbəxt olduğu izah edilməlidir.

Allah Təala kəsdiyiniz qurbanları qəbul etsin. Gözəl bayram keçirməyiniz diləyi ilə Bayramınız Mübarək!


Sevil Yavuz
Bu yazıya 600 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.